Maliyyə dayanıqlığı risklərinin idarə edilməsi və requlyativ tədqiqatı şöbəsində baş/aparıcı mütəxəssis

Kapital Bank

Vakansiya haqqında

Bu rolda siz makroiqtisadi və maliyyə risklərini təhlil edəcək, stress-testlərin və risk modellərinin tətbiqi, eləcə də tənzimləyici tələblərin araşdırılması ilə bankın maliyyə dayanıqlığının gücləndirilməsinə töhfə verəcəksiniz. Təhlilləriniz risklərin vaxtında qiymətləndirilməsinə və əsaslandırılmış qərarların qəbuluna dəstək olacaq; bu da bank xidmətlərinin etibarlılığını və maliyyə ekosisteminin sabitliyini qorumağa kömək edəcək. Rol makroiqtisadi təhlil, modelləşdirmə və tənzimləyici araşdırmanı bir araya gətirdiyi üçün biliklərinizi real bank qərarlarına təsir edən işdə tətbiq etmək imkanı yaradır.

  • İqtisadiyyat, maliyyə, ekonometrika, statistika və ya riyaziyyat üzrə ali təhsil;
  • Ekonometrik modelləşdirmə sahəsində minimum 3 il iş təcrübəsi;
  • SQL və Python üzrə biliklər;
  • FRM, CFA və ya CQF sertifikatı, stres-test, model validasiyası və ya model auditi sahəsində təcrübə.
  • Güclü analitik düşünmə, liderlik, ünsiyyət və komandada işləmək bacarıqları;

Ekosistem səviyyəsində öyrənmə imkanları

Mentorluq və peşəkar inkişaf

Milyonlarla müştəri üçün real təsir yaratmaq

Dəstəkləyici və açıqfikirli mədəniyyət

Texnologiya və biznesin kəsişməsində karyera imkanı

Rəqabətli əməkhaqqı və bonuslar

Yüksək təminatlı sığorta

Visa Premium əməkhaqqı kartı

Korporativ endirimlər

Korporativ tədbirlər

Əlavə məzuniyyət günləri

  • Bankın makroiqtisadi şoklara qarşı dayanıqlığını ölçmək məqsədilə əlverişsiz ssenarilər üzrə stres-testlər aparmaq;
  • Kapital stres-testi və kapital adekvatlığı çərçivəsini gücləndirən stres-test prosedurlarını hazırlamaq və tətbiq etmək;
  • Stres-test və kapital adekvatlığının qiymətləndirilməsi məqsədilə pərakəndə və korporativ kredit portfelləri üzrə makroiqtisadi dəyişənləri PD, LGD, NPL və miqrasiya kimi risk drayverləri ilə əlaqələndirən ekonometrik, zaman sıraları və panel məlumat modelləri qurmaq;
  • Stres ssenarilərinin mənfəət və zərər hesabatına, risk üzrə ölçülmüş aktivlərə və kapital adekvatlığına təsirini hesablamaq, kapital və likvidlik riskləri arasında ikinci mərhələ təsirlərini modelləşdirmək, əks-stres testləri və həssaslıq təhlilləri aparmaq;
  • Modelləri daxili normativ sənədlər əsasında qurmaq, sənədləşdirmək, ilkin validasiyasını həyata keçirmək və müstəqil validasiya prosesinə dəstək göstərmək;
  • Stres-test nəticələrinin risk iştahası limitlərinə, kapital planlamasına və strateji planlaşdırmaya inteqrasiyasını təmin etmək;
  • Bazar dinamikasını və requlyativ dəyişiklikləri nəzərə alaraq modelləri davamlı təkmilləşdirmək.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Bakı, Port Baku Towers 2, 153 Neftchilar Ave, Nasimi district
Təcrübə
3+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
20 noyabr 2026
Son tarix
30 noyabr 2026
Baxış
275

Şirkət haqqında

Kapital Bank
Banking · 5,001–10,000 employees · Bakı
Kapital Bank — bütün vakansiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

İş yeri Bakı şəhərindədir.

Minimum 3 il təcrübə tələb olunur.

Rəqabətli əməkhaqqı və bonuslar təklif olunur.

Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Risk meneceri üzrə Bakıda digər açıq elanlar.

Bütün oxşar vakansiyalar
Göstərilməyib
Maliyyə dayanıqlığı risklərinin idarə edilməsi və requlyativ tədqiqatı şöbəsində baş/aparıcı mütəxəssis
Müraciət et