Risklərin idarə edilməsi üzrə kiçik mütəxəssis

Agrarco

Vakansiya haqqında

Təsvir

  • Şirkətdə risklərin idarə olunması sisteminin tətbiqi və inkişafı istiqamətində gündəlik fəaliyyətlərin icrasında iştirak etmək;
  • Struktur bölmələr üzrə risklərin identifikasiyası, qiymətləndirilməsi və monitorinqi proseslərini həyata keçirmək;
  • Risk reyestrinin hazırlanması, yenilənməsi və aktuallığının təmin edilməsində iştirak etmək;
  • Risk hadisələri, itkilər və insidentlər üzrə məlumatların toplanmasını və ilkin təhlilini aparmaq;
  • Biznes proseslər üzrə risk və nəzarət nöqtələrinin müəyyən edilməsində iştirak etmək;
  • Biznes proseslərin xəritələnməsi prosesində iştirak və dəstək;
  • Risk qiymətləndirmə sessiyalarının, workshop və müsahibələrin təşkilinə dəstək vermək;
  • Risk indikatorlarının (KRI) monitorinqini aparmaq və nəticələr üzrə hesabatlar hazırlamaq;
  • Risklərin idarə olunması üzrə hesabat, dashboard və təqdimatlar hazırlamaq;
  • Risklərin azaldılması üzrə tədbirlər planlarının icrasını izləmək və status monitorinqi aparmaq;
  • Daxili normativ sənədlərin risk idarəetməsi tələblərinə uyğunluğunu ilkin qiymətləndirmək;
  • Əməliyyat, uyğunluq, maliyyə və proses riskləri üzrə məlumatların konsolidasiyasını həyata keçirmək;
  • Risklərin idarə olunması üzrə metodoloji sənədlərin hazırlanmasına dəstək vermək;

Tələblər

  • Təhsil: İqtisadiyyat, statistika, analitika, risklərin idarəedilməsi, İnformasiya texnologiyaları və ya digər müvafiq sahələrdə bakalavr dərəcəsi;
  • İş təcrübəsi: minimum 1 il müvafiq vəzifədə təcrübə;
  • Xarici dil: İngilis, Rus;
  • Digər Bacarıqları: Güclü analitik və problem həll etmə bacarıqları ilə yanaşı risk qiymətləndirmə bacarıqları, qərar qəbul etmə bacarığı, hesabat hazırlama bacarığı, güclü yazılı və şifahi ünsiyyət bacarığı, münaqişələrin həlli bacarığı, innovativ düşünmə və özünü inkişaf etdirmək bacarığ

Vakansiya növü - Tam ştat

İmtiyazlar

  • tibbi sığorta (ailə üzvləri də daxil olmaqla)

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Yerləşmə
Azərbaycan
Təcrübə
1+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
20 avqust 2026
Dillər
English, Russian
Son tarix
20 sentyabr 2026

Şirkət haqqında

Agrarco
Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, Bitkiçilik · 300-500 · Baku
Agrarco — bütün vakansiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

GeoEngineering OJSC
Senior · 3+ ilBakı
Maaş göstərilməyib

Layihələrin koordinasiyası və planlaşdırılması üzrə 3 ildən çox təcrübəsi olan mühəndis axtarılır

Project ManagementRisk ManagementMicrosoft ProjectStakeholder Management+22
Müraciət et
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Risklərin idarə edilməsi üzrə kiçik mütəxəssis
Müraciət et