Risklərin idarə olunması, əməliyyat itkilərinin analizi və hesabatların hazırlanması üzrə menecer.
Vakansiya haqqında
- Qrup və törəmə müəssisələrdə risklərin idarə edilməsi və daxili nəzarət sistemlərinin qurulması və təkmilləşdirilməsi proseslərini əlaqələndirmək;
- Risklərin idarə edilməsi və daxili nəzarət üzrə siyasətlərin, metodologiyaların, daxili qayda və prosedurların hazırlanmasında və yenilənməsində iştirak etmək;
- Risklərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi, risk reyestrlərinin yenilənməsi, eləcə də əsas risk indikatorlarının monitorinqi proseslərini əlaqələndirmək;
- Yeni layihələrin, investisiya qərarlarının və mövcud biznes proseslərinin risk qiymətləndirilməsini təşkil etmək, nəticələr əsasında təkliflər hazırlamaq;
- Qrup və törəmə müəssisələrdə daxili nəzarət mexanizmlərinin mövcudluğunu, adekvatlığını və effektivliyini qiymətləndirmək;
- Təsdiq edilmiş monitorinq planına uyğun olaraq risk əsaslı, tematik və proses əsaslı daxili nəzarət yoxlamalarının təşkilini və aparılmasını əlaqələndirmək;
- Biznes proseslərinin qanunvericiliyə və daxili normativ sənədlərə uyğunluğunun yoxlanılmasını əlaqələndirmək, aşkar edilmiş uyğunsuzluqlar barədə rəhbərliyi məlumatlandırmaq;
- Risklərin, nəzarət boşluqlarının və audit nəticəsində müəyyən edilmiş nöqsanların aradan qaldırılması üzrə tədbirlər planlarının hazırlanmasını əlaqələndirmək və onların icrasına nəzarət etmək;
- Risklərin idarə edilməsi və daxili nəzarət üzrə hesabatların hazırlanmasını təmin etmək, nəticələri və təkmilləşdirmə təkliflərini rəhbərliyə təqdim etmək;
- Ona həvalə edilmiş işlərin planlaşdırılmasını, mütəxəssislərin fəaliyyətinin əlaqələndirilməsini və hazırlanmış materialların keyfiyyətinin qiymətləndirilməsini təmin etmək;
- Şirkətdə risk və daxili nəzarət mədəniyyətinin inkişaf etdirilməsində iştirak etmək, zərurət yarandıqda xidməti ezamiyyətlərə getmək.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçMüraciət üçün son tarix 21 noyabr 2026-cı ildir.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarRisk meneceri üzrə Bakıda digər açıq elanlar.
Risklərin idarə olunması, əməliyyat itkilərinin analizi və hesabatların hazırlanması üzrə işləyir, bank sektorunda 5 il təcrübə tələb olunur
Risklərin idarə olunması sistemini qurur, inkişaf etdirir və komanda rəhbərliyi edir.
Maliyyə risklərinin idarə olunmasını təmin edir və risklərin qiymətləndirilməsi bacarığı tələb olunur.




