Vakansiya haqqında

İcbari növlər üzrə kiçik mütəxəssis/mütəxəssis

Vakansiya haqqında məlumat:

PAŞA Sığorta ASC namizədləri İcbari növlər üzrə kiçik mütəxəssis/mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Bu rol, icbari sığorta növləri üzrə sığorta tələblərinin idarə edilməsi prosesinə cavabdehdir. Mütəxəssis, sığorta hadisələri üzrə iddiaların tam və dəqiq tənzimlənməsini təmin edərək, sənədləşmənin aparılmasını və müvafiq tərəflərlə (müştərilər, dövlət orqanları) effektiv kommunikasiyanı həyata keçirərək müştəri məmnuniyyətinin yüksək səviyyədə saxlanılmasında və şirkətin sektor liderliyinin gücləndirilməsində mühüm rol oynayacaqdır.

Öhdəliklər

  • Sığorta hadisələri üzrə iddiaların tam və düzgün tənzimlənməsi prosesini təmin etmək;
  • Sığorta hadisələrinə dair sənədləşməni və uçotu aparmaq, sənədlərin elektron nüsxələrini daxili sistemə əlavə etmək;
  • Məlumatların toplanması məqsədilə müvafiq dövlət orqanlarına və təşkilatlara sorğular göndərmək;
  • Sığortalılar, onların nümayəndələri və/və ya zərərçəkən üçüncü şəxslərlə birbaşa ünsiyyət qurmaq və sənədləşmə prosesini idarə etmək;
  • Müştərilərin iddia və iradlarını qəbul etmək, müqavilə əsasında mübahisəli məqamları araşdırmaq.

Bilik və Bacarıqlar

  • Yüksək səviyyədə məsuliyyət, diqqətlilik və detallara həssaslıq;
  • Problemləri operativ müəyyən etmə və həll etmə bacarığı;
  • Güclü yazılı və şifahi ünsiyyət, eləcə də işgüzar yazışma bacarıqları;
  • Gərgin iş şəraitində və məhdud zaman çərçivəsində işləmək bacarığı;
  • Komandada işləmək, təşəbbüskarlıq və məqsədyönlülük kimi davranış səriştələri;
  • MS Office proqramları üzrə biliklər;
  • Sığorta sahəsi üzrə sertifikatların olması arzuolunandır;
  • Dil bilikləri: Azərbaycan, İngilis, Rus.

Təhsil və Təcrübə

  • Ali təhsil (İqtisadiyyat, Maliyyə, Biznesin idarə olunması ixtisasları üzrə);
  • Hüquq təhsili arzuolunandır;
  • Biznes sahəsində minimum 1 il iş təcrübəsi.

Biz Sizə Təklif Edirik

Dəyər yaradan işlər

  • Qərarların qəbulunda iştirak etmək, dəyişikliklərə təsir göstərmək və şirkətin uğuruna töhfə vermək imkanı.

Birlikdə güclənən komanda

  • Peşəkar, dəstəkləyici və əməkdaşlığa açıq komanda mühitində çalışma imkanı.

Davamlı inkişaf imkanları

  • Yeni biliklər əldə etmək, təcrübənizi zənginləşdirmək və peşəkar inkişafınızı davam etdirmək üçün geniş imkanlar.

Etimada əsaslanan iş mühiti

  • Fikirlərinizə dəyər verilən, təşəbbüslərinizin dəstəkləndiyi və inkişafınıza investisiya qoyulan iş mühiti.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

PASHA Insurance OJSC invites candidates to apply for the position of Junior Specialist / Specialist in Compulsory Insurance Lines and become a member of our professional team.

This role is responsible for managing the insurance claims process for compulsory insurance types. The specialist will play a crucial part in maintaining high levels of customer satisfaction and strengthening the company's sector leadership by ensuring the complete and accurate settlement of insurance claims, managing all related documentation, and conducting effective communication with all relevant parties, including clients and state authorities.

Responsibilities

  • Ensure the complete and accurate settlement process for insurance claims;
  • Manage documentation and records for insurance events and upload electronic copies to the internal system;
  • Send inquiries to relevant state bodies and organizations to gather information;
  • Communicate directly with insured parties, their representatives, and/or affected third parties to manage the documentation process;
  • Receive customer claims and objections, and investigate disputed issues based on the contract.

Knowledge and Skills

  • High level of responsibility, attention to detail, and precision;
  • Ability to promptly identify and resolve problems;
  • Strong written and verbal communication, as well as business correspondence skills;
  • Ability to work under pressure and within tight deadlines;
  • Behavioral competencies such as teamwork, proactivity, and goal-orientation;
  • Proficiency in MS Office programs;
  • Certifications in the insurance field are desirable;
  • Language skills: Azerbaijani, English, Russian.

Education and Experience

  • Higher education (in Economics, Finance, or Business Administration);
  • A degree in Law is desirable;
  • Minimum 1 year of work experience in the business field.

What We Offer

Meaningful Work

  • Opportunity to contribute to the Company’s success by participating in decision-making processes and driving positive change.

A Team That Grows Together

  • Opportunity to work in a professional, supportive, and collaborative team environment.

Continuous Development Opportunities

  • Access to a wide range of learning and development opportunities to enhance your knowledge, skills, and professional experience.

A Trust-Based Work Environment

  • A workplace where your ideas are valued, your initiatives are encouraged, and your professional growth is supported.

Only candidates who meet the initial selection criteria will be contacted.

Interested candidates can apply by clicking the link provided in the "Apply" button.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

CV‑ni yoxla
Yerləşmə
Bakı, Sahil Plaza, 61 M. Useynov Ave
Təcrübə
1+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
15 oktyabr 2026
Dillər
Azerbaijani, English, Russian
Son tarix
15 noyabr 2026
HRX ilə müraciət
5
Baxış
259

Maaş bazarla müqayisədə

İşəgötürən məbləği göstərməyib. Sığorta mütəxəssisi üzrə bazar adətən 200–650 ₼ ödəyir, median — 332 ₼.

adətən bu qədər ödəyirlərnadir hallarda

13 açıq vakansiya, 6 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

Sığorta mütəxəssisi kimi öz maaşını yoxla

Şirkət haqqında

PASHA Sığorta
Insurance · Baku
PASHA Sığorta — bütün vakansiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Bu vakansiya haqqında suallar

İş yeri Bakı şəhərindədir.

Biznes sahəsində minimum 1 il iş təcrübəsi tələb olunur.

İş saatları və günləri barədə məlumat verilməyib.

Müraciət üçün tələb olunan sənədlər barədə məlumat verilməyib.

Azərbaycan, İngilis və Rus dillərini bilmək tələb olunur.

MS Office proqramları üzrə biliklər tələb olunur.

Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Sığorta mütəxəssisi üzrə Bakıda digər açıq elanlar.

USI Insurance Services
Junior · 1+ il
Maaş göstərilməyib

Sığorta brokerləri ilə əlaqələri idarə edir və sığorta xidmətlərini təmin edir, 1+ il təcrübə tələb olunur.

TrainingCustomer ServiceClaims HandlingData Entry+1
Müraciət et
Maaş göstərilməyib1 gün qalıb

Sığorta mütəxəssisi tibbi sığorta müraciətlərini idarə edir və müştəri xidmətini təmin edir.

NegotiationCustomer ServiceInsurance Claims ProcessingData Entry+4
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar
Göstərilməyib
İcbari növlər üzrə mütəxəssis
Müraciət et