Vergi öhdəliklərinin düzgün hesablanmasını və bəyannamələrin hazırlanmasını həyata keçirmək tələb olunur
Vakansiya haqqında
Rahat Supermarketlər şəbəkəsi Vergi bölmə müdiri vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri
- Şirkətin vergi uçotunun qanunvericiliyin tələblərinə uyğun təşkilinə və aparılmasına nəzarət etmək;
- ƏDV, mənfəət vergisi, ödəmə mənbəyində tutulan vergi və digər vergi öhdəliklərinin düzgün hesablanmasını təmin etmək;
- Vergi bəyannamələrinin və digər vergi hesabatlarının hazırlanmasına, yoxlanılmasına və vaxtında təqdim edilməsinə nəzarət etmək;
- Vergi orqanları ilə yazışmaları, sorğuların cavablandırılmasını və vergi yoxlamaları üzrə prosesləri koordinasiya etmək;
- Vergi risklərini müəyyənləşdirmək, qiymətləndirmək və onların azaldılması üçün müvafiq tədbirlər görmək;
- Satış, qaytarma, endirim, kampaniya, bonus, back marja, konsiqnasiya, inventarizasiya fərqləri, zayolma və silinmə əməliyyatlarının vergi uçotuna nəzarət etmək;
- İdxal əməliyyatları, gömrük sənədləri və idxal ƏDV-si üzrə uçotun düzgün aparılmasını təmin etmək;
- Elektron qaimə-fakturalar, ƏDV depozit hesabı, onlayn kassa və POS məlumatlarının mühasibat uçotu göstəriciləri ilə üzləşdirilməsinə nəzarət etmək;
- Vergi uçotu ilə maliyyə uçotu arasındakı fərqləri təhlil etmək və müvafiq üzləşdirmələri aparmaq;
- Vergi qanunvericiliyindəki dəyişiklikləri izləmək, onların şirkətin fəaliyyətinə təsirini qiymətləndirmək və müvafiq tədbirlərin görülməsini təmin etmək;
- Vergi proseslərinin təkmilləşdirilməsi, avtomatlaşdırılması və daxili nəzarət mexanizmlərinin gücləndirilməsi istiqamətində tədbirlər həyata keçirmək;
- Vergi bölməsinin əməkdaşlarının fəaliyyətini təşkil etmək, iş bölgüsünü aparmaq və işlərin keyfiyyətinə nəzarət etmək.
Namizədə tələblər
- Cins: Bəy və xanım namizədlər
- Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya müvafiq sahə üzrə ali təhsil;
- Vergi və mühasibatlıq sahəsində minimum 5 il, rəhbər vəzifədə minimum 2 il iş təcrübəsi;
- Pərakəndə satış sektorunda, xüsusilə çoxsaylı mağazaları olan şəbəkələrdə iş təcrübəsi;
- Azərbaycan Respublikasının vergi qanunvericiliyini və onun praktiki tətbiqini yüksək səviyyədə bilmək;
- ƏDV, mənfəət vergisi, ödəmə mənbəyində tutulan vergi və digər vergi öhdəliklərinin hesablanması, bəyannamələrin hazırlanması və yoxlanılması üzrə praktiki təcrübə;
- Pərakəndə satış əməliyyatlarının vergi uçotu üzrə bilik və təcrübə;
- İdxal əməliyyatları, gömrük sənədləri və idxal ƏDV-sinin uçotu üzrə biliklər;
- Elektron qaimə-fakturalar, ƏDV depozit hesabı, onlayn kassa və POS məlumatlarının uçot göstəriciləri ilə üzləşdirilməsi üzrə təcrübə;
- Kameral və səyyar vergi yoxlamaları, vergi orqanlarının sorğularının cavablandırılması və uyğunsuzluqların aradan qaldırılması üzrə praktiki təcrübə;
- Vergi risklərinin müəyyənləşdirilməsi və qanunvericilik çərçivəsində vergi planlaşdırılması bacarığı;
- ERP sistemləri ilə iş təcrübəsi və MS Excel proqramını yüksək səviyyədə bilmək;
- Komandanı idarəetmə, iş bölgüsünün təşkili və hesabatların vaxtında təqdim edilməsinə nəzarət bacarığı;
- Analitik düşüncə, detallara diqqət, yüksək məsuliyyət və məxfi məlumatlarla işləmək bacarığı.
Əlavə üstünlüklər
- Peşəkar Mühasib Sertifikatı (PMS), ACCA və ya vergi sahəsi üzrə müvafiq sertifikatların olması;
- İri vergiödəyiciləri və ya bir neçə hüquqi şəxsdən ibarət şirkətlər qrupu ilə iş təcrübəsi;
- Vergi proseslərinin avtomatlaşdırılması və daxili nəzarət prosedurlarının qurulması təcrübəsi.
İş şərtləri
- İş yeri: Rahat Supermarketlər şəbəkəsi
- İş qrafiki: 5 günlük iş həftəsi
- Əmək haqqı: Namizədin bilik və bacarıqları, peşəkar təcrübəsi və vəzifəyə uyğunluğu nəzərə alınmaqla, müsahibə əsasında müəyyən ediləcək.
Tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində “Vergi bölmə müdiri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Rahat Supermarketlər şəbəkəsidir, Bakı şəhərindədir.
İş həftəsi 5 günlükdür.
Əmək haqqı namizədin bilik və bacarıqları, təcrübəsi və vəzifəyə uyğunluğu əsasında müsahibə ilə müəyyən edilir.
Vergi və mühasibatlıq sahəsində minimum 5 il, rəhbər vəzifədə isə minimum 2 il iş təcrübəsi tələb olunur.
CV-lər mövzu hissəsində “Vergi bölmə müdiri” qeyd edilməklə elektron poçt ünvanına göndərilməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarVergi müdiri üzrə Bakıda digər açıq elanlar.
Vergi və mühasibat layihələrini idarə edir, 2 ildən çox təcrübə tələb olunur
Mühasibat və maliyyə uçotunu idarə edir, vergi qanunvericiliyini mükəmməl bilir.
Maliyyə hesabatlarının hazırlanmasını və komandanın idarə edilməsini təmin etmək üçün maliyyə təhsili tələb olunur




