Maliyyə hesabatlarını hazırlayır, vergi bəyannamələrini dəqiqliklə tərtib edir və vergi qanunvericiliyini yaxşı bilir.
Vakansiya haqqında
Əsas tələblər:
- Mühasibatlıq, maliyyə və ya vergi qanunvericiliyi üzrə Ali təhsil;
- Müvafiq sahə üzrə 2 ildən artıq iş təcrübəsi;
- Microsoft office proqramı üzrə yaxşı səviyyədə, MS Excel proqramı üzrə yüksək səviyyədə səriştəyə malik olmaq;
- 1C 8.3 biliyi;
- PMS sertifikatının olması üstünlükdür, ACCA F3 sertifikatı arzuolunandır.
Vəzifə öhdəlikləri:
- Vergilərin müvafiq qaydada hesablanmasının təmin etmək məqsədilə mühasibat əməliyyatlarında vergi monitorinqinin aparılması;
- Vergilərin hesablanması, bütün vergi hesabatlarının yerli vergi qanunvericiliyinə əsasən hazırlanması və vergi orqanlarına vaxtında təqdim edilməsi;
- ƏDV, Mənfəət Vergisi, Əmlak vergisi, Vahid bəyənnamə, Statistika və digər dövlət orqanlarına aylıq, rüblük və illik hesabatların hazırlanaraq təqdim olunması ;
- Vergilərlə bağlı bütün məsələlərlə əlaqədar olaraq Vergilər Nazirliyi və vergilər üzrə məsləhətçilərlə yazışmaların aparılması, sorğuların vaxtında cavablandırılması;
- Vergi hesablamalarının və ödəmələrinin vergi hesabı ilə uzlaşdırılması.
- Təxirə salınmış vergilərin hesablanması;
- Şirkətdə əmək haqqları ilə bağlı aylıq vergilərin sistemə daxil edilməsi;
- Vergi uçotu ilə bağlı bütün sənədlərin Şirkətin sənəd saxlanma qaydalarına uyğun saxlanmasına nəzarət;
- Audit yoxlamaları zamanı auditorlara lazımi sənədlərin təqdim olunması;
- Online kargüzarlıqların və kameral məktubların gündəlik izlənməsi;
CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu hissəsində “Vergi üzrə mütəxəssis” qeyd edərək müraciət edə bilərsiniz.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
Biz sosial məsuliyyəti dərk edərək davamlı inkişafa, innovasiyaya və etibarlılıq prinsipinə inanaraq müxtəlif sahələr üzrə fəaliyyət göstərən şirkətlər qrupuyuq. Bizim dəyərlərimiz bizim iş prinsipimizin əsas meyarlarını təşkil edir.
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakıda yerləşir.
Müvafiq sahədə minimum 2 il iş təcrübəsi tələb olunur.
Microsoft Office, xüsusilə MS Excel və 1C 8.3 proqramlarında bilik tələb olunur.
CV göndərilməlidir, mövzu hissəsində “Vergi üzrə mütəxəssis” qeyd olunmalıdır. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarVergi mütəxəssisi üzrə Bakıda digər açıq elanlar.
Müştərilərə vergi uyğunluğu xidmətləri göstərmək və mühasibatlıq üzrə bilik tələb olunur.
Vergi hesabatlarının hazırlanması və 1C proqramında əməliyyatların aparılması bacarığı tələb olunur.



