Büdcə və xərclərə nəzarət üzrə mütəxəssis / mühəndis

Karabakh Group

Vakansiya haqqında

Vəzifə haqqında

  • Şirkətimizdə həyata keçirilən tikinti layihələri üzrə büdcənin, faktiki və öhdəlik xərclərinin, layihənin maliyyə nəticələrinin və mənfəət marjasının effektiv idarə olunmasına nəzarət edəcək, layihələrin maliyyə göstəricilərini mütəmadi təhlil edərək rəhbərliyə hesabatlar təqdim edəcək Büdcə və Xərclərə Nəzarət üzrə Mütəxəssis / Mühəndis axtarılır.

Əsas vəzifə və öhdəliklər

  • Tikinti layihələri üzrə büdcələrin hazırlanması, idarə olunması və icrasına nəzarət etmək;
  • Layihənin Original BudgetRevised Budget göstəricilərini izləmək;
  • Budget vs Actual analizlərini aparmaq;
  • Planlaşdırılmış və faktiki xərcləri müqayisə etmək və kənarlaşmaları müəyyənləşdirmək;
  • Layihə üzrə Cost Code / xərc mərkəzləri sisteminin qurulması və düzgün tətbiqinə nəzarət etmək;
  • Material, əməkhaqqı, subpodrat, mexanizm, logistika və digər xərc kateqoriyalarını ayrı-ayrılıqda izləmək;
  • Committed Cost – sifariş, PO və ya müqavilə əsasında yaranmış, lakin hələ tam faktiki xərcə çevrilməmiş öhdəlikləri izləmək;
  • Actual Cost göstəricilərinin düzgün xərc kateqoriyalarına aid edilməsinə nəzarət etmək;
  • ETC (Estimate to Complete) – layihənin tamamlanması üçün tələb olunan qalan xərcləri hesablamaq;
  • EAC (Estimate at Completion) – layihənin yekun gözlənilən xərcini proqnozlaşdırmaq;
  • Cost Variance – büdcədən kənarlaşmaları vaxtında müəyyən etmək və səbəblərini təhlil etmək;
  • Xərc kənarlaşmalarının səbəbləri və mümkün maliyyə riskləri barədə rəhbərliyə məlumat vermək;
  • Layihənin planlaşdırılmış profit / margin göstəricilərinin qorunmasına nəzarət etmək;
  • Change Order / Variation dəyişikliklərinin layihə büdcəsinə və mənfəət marjasına təsirini hesablamaq;
  • Subpodrat müqavilələri, PO-lar, aktlar/IPC, invoice və ödənişlərin təsdiqlənmiş büdcə ilə uyğunluğunu yoxlamaq;
  • Satınalma başlamazdan əvvəl tələb olunan xərcin təsdiqlənmiş büdcə daxilində olub-olmadığını yoxlamaq;
  • Aylıq Cost Report hazırlamaq;
  • Layihələr üzrə Cash Flow və xərc proqnozlarının hazırlanmasında iştirak etmək;
  • Rəhbərlik üçün layihələrin maliyyə vəziyyətini əks etdirən dashboard və analitik hesabatlar hazırlamaq;
  • Layihələr üzrə maliyyə risklərini əvvəlcədən müəyyən etmək və onların qarşısının alınması üçün təkliflər vermək.

Namizədə əsas tələblər

  • İnşaat mühəndisliyi, iqtisadiyyat, maliyyə və ya uyğun ixtisas üzrə ali təhsil;
  • Tikinti sektorunda Cost Control / Budgeting sahəsində minimum 3–5 il iş təcrübəsi;
  • Tikinti layihələrinin büdcəsinin hazırlanması və idarə olunması üzrə praktiki təcrübə;
  • Budget vs Actual analizlərinin aparılması üzrə bilik və təcrübə;
  • Layihə xərclərinin kateqoriyalar üzrə təhlili və idarə olunması bacarığı;
  • Committed Cost, Actual Cost, ETC, EAC, Cost Variance anlayışlarını və onların tətbiqini bilməsi;
  • Layihənin maliyyə nəticələrinin və profit/margin göstəricilərinin təhlili üzrə bacarıq;
  • Change Order / Variation-ların maliyyə təsirini hesablamaq bacarığı;
  • Tikinti layihələrində istifadə olunan kommersiya və maliyyə sənədlərini başa düşmək;
  • Analitik düşüncə, yüksək dəqiqlik və rəqəmlərlə işləmək bacarığı;
  • Rəhbərliyə aydın və strukturlaşdırılmış hesabat təqdim etmək bacarığı;
  • MS Excel-də yüksək səviyyədə işləmək bacarığı;
  • Cost Control / ERP / layihə idarəetmə proqramları ilə işləmək təcrübəsi arzuolunandır.

Namizəd aşağıdakı sənədləri başa düşməlidir

  • BOQ (Bill of Quantities);
  • Müqavilələr;
  • PO (Purchase Order);
  • Invoice;
  • IPC / görülmüş işlər üzrə aktlar;
  • Subpodrat müqavilələri;
  • Sifariş və satınalma sənədləri;
  • Dəyişiklik sifarişləri / Variation sənədləri;
  • Ödəniş və digər layihə-kommersiya sənədləri.

İş şəraiti

  • İş Yeri – Bakı şəhəri,Çinar Park Biznes Mərkəzi
  • İş rejimi- 5 günlük
  • Əməkhaqqı bilik və bacarıqlara əsasən

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Yerləşmə
Bakı
Təcrübə
3–5 il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
2 sentyabr 2026
Son tarix
2 oktyabr 2026

Şirkət haqqında

Karabakh Group
Tikinti, Bina tikintisi · Bakı

Karabakh Group müvafiq sahədə uzun illər təcrübə qazanmış yüksək səviyyəli əməkdaşlardan təşkil olunmuş tikinti şirkətdir.

Karabakh Group — bütün vakansiyalar

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Maaş göstərilməyib

Tikinti layihələri üçün smeta sənədlərini hazırlayır və xərcləri hesablamaq bacarığı tələb olunur

Cost ControlReport PreparationTeamworkCost Estimation+6
Müraciət etAsan müraciətAsan müraciət
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Büdcə və xərclərə nəzarət üzrə mütəxəssis / mühəndis
Müraciət et