Maliyyə əməliyyatlarına və xəzinədarlığa nəzarət edir, Microsoft Office bilikləri tələb olunur.
Vakansiya haqqında
Təsvir
- Qiymətli kağızlar bazarında əməliyyatların aparmaq;
- Banklararası cəlbetmə / yerləşdirmə və qiymətli kağızlar portfelinin hesabatlılığını təmin etmək;
- Bağlanılmış bütün əməliyyatlar üzrə rəsmi sənədlərin hazırlanıb əqd bağlanan tərəfə göndərilməsini və bankdaxili digər struktur bölmələrinin çevik məlumatlandırılmasını təmin etmək;
- Banklar, ölkə daxilində fəaliyyət göstərən kapital şirkətləri və fərdi sahibkarlarla iş;
- Əməkdaşlıq etdiyi yerli və xarici banklar ilə mütəmadi əlaqələri təmin etmək;
- Şöbə daxilində digər gündəlik vəzifələr, sənədləşmə və əməliyyatlara nəzarət etmək;
- Rəhbərliyin tələblərinə uyğun olaraq digər hesabat və təhlillər aparmaq.
Tələblər
- Ali magistr təhsili;
- Hərbi xidmət keçmiş, hərbi xidmətə çağışıra möhlət hüququ və ya çağırışdan azad olmalı (kişilər üçün);
- Analoji sahə üzrə minimum 3 (üç) il iş təcrübəsi olmalıdır. Müəyyən hallarda (namizədin təhsili, biliyi və s. nəzərə alınmaqla) iş təcrübəsinə dair tələb edilən müddət azaldıla bilər;
- Mərkəzi Bank tərəfində verilmiş A; B; C kateqoriyalı ixtisas şəhadətnaməsi olmalı;
- Bakı Fond Birjasından Broker əməliyyatlarının aparılması üçün verilmiş lisenziya olmalı;
- Avtomatlaşma işlərinin yaradılması, proqram təminatı testlərinin aparılması işində aktiv iştirak etmə bacarığı olmalı;
- İşdə dəqiqlik və detallara fikirvermə bacarığı olmalı;
- İşgüzar ünsiyyətin və danışıqlar aparılmasının üsul və metodlarını bilməli;
- Yüksək qavrama və öyrənmə qabiliyyəti olmalı;
- Komandada işləməyi bacarmalı;
- Məsuliyyətli, düzgün və etibarlı olmalı;
- Ünsiyyətcil və təşəbbüskar olmalı;
- MS Ofis proqramları və kompüter avadanlıqları ilə işləmə bacarığına malik olmalı;
- Analitik təhliletmə və analitik hesabat tərtib etmə bacarığı olmalı;
- Əmək funksiyalarının yerinə yetirilməsi üçün zəruri olan qanunvericilik aktlarını və digər aktları bilməlidir.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
Bizi seçdiyiniz üçün Sizə təşəkkür edirik. 2004-cü ildə əsası qoyulan Xalq Bank, qısa zamanda müştərilərin etibarlı tərəfdaşına çevrildi.
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş yeri Bakıda yerləşir.
Minimum 3 il iş təcrübəsi tələb olunur.
Ali magistr təhsili tələb olunur.
Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarXəzinə mütəxəssisi üzrə Bakıda digər açıq elanlar.
Xəzinə əməliyyatlarını aparır, sənədləri yoxlayır və analitik bacarıq tələb olunur.
Maliyyə əməliyyatlarını və xəzinədarlığı idarə edir, Microsoft Office proqramlarını peşəkar bilir.
Bankın aktiv və passivlərinin idarə edilməsini həyata keçirir, maliyyə analizində təcrübə tələb olunur.


