Xəzinadarlıq və maliyyələşdirmə departament müdiri

Veysəloğlu

Vakansiya haqqında

Vəzifə haqqında:

  • Veyseloglu Group of Companies xəzinədarlıq funksiyasına rəhbərlik etmək, maliyyə institutları ilə əlaqələri, likvidliyin idarə olunmasını, maliyyələşdirmə fəaliyyətini və qrup miqyasında dövriyyə kapitalının optimallaşdırılması alətlərini idarə etmək üçün təcrübəli və strateji baxışlı Xəzinadarlıq və Maliyyələşdirmə Departament müdiri axtarır.

Namizədə olan əsas tələblər:

  • Maliyyə, bank işi və ya əlaqəli sahədə bakalavr dərəcəsi (magistr və ya MBA üstünlükdür); Xəzinədarlıq, korporativ maliyyə və ya bank sahəsində 5 il rəhbər vəzifə təcrübəsi.
  • Böyük korporativ qrup, holdinq şirkəti, şaxələndirilmiş biznes qrupu, çoxmillətli təşkilat və ya bank sənayesində güclü təcrübə əhəmiyyətli bir üstünlükdür
  • Azərbaycan və ingilis dillərində yazılı və şifahi mükəmməl bilik (məcburidir).
  • Güclü danışıq və kommunikasiya bacarıqları, strateji və nəticəyönümlü yanaşma,
  • Beynəlxalq maliyyə konfranslarında, bank forumlarında və biznes tədbirlərində Qrupu təmsil etmək üçün özünəinam.komandaları inkişaf etdirmə bacarığı, təqdimat və yüksək səviyyəli tədbirlərdə şirkəti təmsil etmə səriştəsi.

Əsas vəzifə öhdəlikləri:

  • Qrupun xəzinədarlıq strategiyasını hazırlamaq və icra etmək, pul vəsaitlərinin hərəkətini proqnozlaşdırmaq, likvidliyi və maliyyə risklərini (valyuta, faiz, yenidən maliyyələşdirmə və likvidlik riskləri) idarə etmək.
  • Yerli və beynəlxalq banklarla strateji əlaqələr qurmaq, kredit xətləri, maliyyələşdirmə şərtləri, girov və zəmanətlər üzrə danışıqlar aparmaq və bank portfelini optimallaşdırmaq.
  • İnvoys maliyyələşdirməsi, tərs faktorinq, təchizat zəncirinin maliyyələşdirilməsi, idxal/ixrac maliyyələşdirməsi, bank zəmanətləri, akkreditivlər və dövriyyə kapitalı alətləri üzrə strukturlar qurmaq və tətbiq etmək.
  • Strateji investisiyalar və genişlənmə layihələri üçün sindikatlaşdırılmış kreditlər, layihə maliyyələşdirilməsi, ECA dəstəkli və dayanıqlılıqla bağlı maliyyələşdirmə imkanlarını dəyərləndirmək və cəlb etmək.

Biz nə təklif edirik?

  • Azərbaycanın şaxələndirilmiş biznes qruplarından birinin xəzinədarlıq funksiyasına rəhbərlik etmək imkanı.
  • Strateji maliyyə qərarlarında və qrup miqyaslı maliyyələşdirmə təşəbbüslərində birbaşa iştirak.
  • Beynəlxalq maliyyə institutları və iri həcmli maliyyələşdirmə əməliyyatları ilə işləmək təcrübəsi

İş Şərtləri:

  • İşçi və onun ailə üzvləri üçün özəl tibbi sığorta paketi.
  • Əmək haqqı daxili prosedura və dərəcələndirmə sisteminə əsasən müəyyən edilir.
  • İllik bonus İlin sonunda əldə olunan nəticələrə, KPI hədəflərinə əsasən.
  • Korporativ mobil nömrə və /tarif paket;
  • Şirkət tərəfindən təmin olunan nahar;
  • Push30 platformasına abunəlik (İllik abunə haqqına 50% endirim).
  • Şirkət tərəfindən təqdim olunan avtomobil yanacaq kartı

Ünvan: Azure Biznes Mərkəzi

Karyerasını bizimlə davam etmək istəyən namizədlər mövzu hissəsində “Group Head of Treasury Department” yazmaqla, öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Bakı, Azure Biznes Mərkəzi
Təcrübə
5+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
24 noyabr 2026
Dillər
Azerbaijani, English
Son tarix
24 dekabr 2026
Baxış
111

Şirkət haqqında

Veysəloğlu
FMCG · 10,001+ · Bakı
Veysəloğlu — bütün vakansiyalar

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV

Faylı yükləPDF, 8 MB-a qədər

CV-niz artıq HRX-dədirsə, faylı yükləmək lazım deyil — nömrənizi təsdiqləyin, onu özümüz qoşacağıq.

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

İş yeri Azure Biznes Mərkəzində yerləşir.

Əmək haqqı daxili prosedura və dərəcələndirmə sisteminə əsasən müəyyən edilir.

İllik bonus əldə olunan nəticələrə və KPI hədəflərinə əsasən verilir.

Namizədlər mövzu hissəsində “Group Head of Treasury Department” yazmaqla CV-lərini göndərməlidirlər. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Xəzinədar üzrə Bakıda digər açıq elanlar.

Maaş göstərilməyib

Nağd pul əməliyyatlarını idarə edir və bank proqramında əməliyyatları aparmaq bacarığı tələb olunur

TeamworkCash HandlingCurrency ExchangeBanking Software+6
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Maaş göstərilməyib

Nağd pul əməliyyatlarını idarə edir və bankın qaydalarına uyğun hesabatlar hazırlayır.

ReportingResponsibilityTeamworkCash Handling+5
Müraciət et
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Xəzinadarlıq və maliyyələşdirmə departament müdiri
Müraciət et