Xəzinə əməliyyatları üzrə mühasib

Tam Store

Yerləşmə
Azərbaycan
Təcrübə
Middle
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
19 iyun 2026
Dillər
Azerbaijani
Son tarix
19 iyul 2026

Vakansiya haqqında

Əsas vəzifə öhdəlikləri:

  • Şirkətin bank hesabları üzrə gündəlik ödəniş əməliyyatlarının vaxtında və düzgün icra edilməsi;
  • Yerli və xarici köçürmələrin hazırlanması və həyata keçirilməsi;
  • Bank çıxarışlarının gündəlik yoxlanılması və mühasibat proqramında düzgün əks etdirilməsi;
  • Bank hesabları üzrə qalıqların və dövriyyələrin gündəlik nəzarətdə saxlanılması;
  • E-gov.az, E-taxes.gov.az və digər elektron dövlət portallarında əməliyyatların icra edilməsi;
  • Banklarla yazışmaların aparılması, hesablar və bank məhsulları ilə bağlı məsələlərin koordinasiyası;
  • Maliyyə sənədlərinin qanunvericiliyin və daxili prosedurların tələblərinə uyğun şəkildə arxivləşdirilməsi və saxlanılmasının təmin edilməsi;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqların müəyyən edilmiş müddətlərdə və yüksək keyfiyyətlə yerinə yetirilməsi.

Tələb olunan bilik və bacarıqlar:

  • Yüksək səviyyədə Microsoft Office biliklərinin olması (əsasən MS Excel);
  • Mühasibat uçotu proqramları ilə işləmək bacarığı;
  • Analitik düşünmə və detallara diqqətlilik;
  • Məsuliyyətlilik, operativlik və komandada işləmək bacarığı.

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

  • Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat sahəsi üzrə ali təhsil;
  • Bank əməliyyatları və ya mühasibatlıq sahəsində minimum 6 ay iş təcrübəsi.

İş şərtlərimiz:

  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 09:00-18:00;
  • İş yeri: Bakı, Aşıq Molla Cümə küç. 46 D

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • Peşəkar komanda mühiti;
  • Şirkət hesabına korporativ nömrə.

Şirkət haqqında

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Anonim işəgötürənMiddle2 500–3 000 ₼7 gün əvvəl
Accounting SoftwareBank ReconciliationAccounts Payable
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Xəzinə əməliyyatları üzrə mühasib
Müraciət et