İşçi təcrübəsini və daxili kommunikasiya strategiyalarını idarə edir, güclü layihə rəhbərliyi bacarığı tələb olunur.
Vakansiya haqqında
Görəcəyiniz işlər:
- Korporativ tədbirlərin konsepsiyasının hazırlanması və təşkili prosesində iştirak etmək;
- Tədbirlərin planlaşdırılması, koordinasiyası və icrasını təmin etmək;
- Podratçılar, agentliklər və tərəfdaşlarla kommunikasiya aparmaq;
- Tədbir büdcəsinin formalaşdırılması və nəzarətində iştirak etmək;
- Tədbir sonrası hesabatların və nəticə analizlərinin hazırlanmasına dəstək olmaq;
- Şirkətin brend standartlarına uyğun tədbir təcrübəsinin yaradılmasına töhfə vermək;
- Korporativ hədiyyələrin seçimi, alışı və paylanması prosesində iştirak etmək;
- Şöbə üzrə digər yarana biləcək zəruri işlərə dəstək olmaq.
Bizim üçün uyğun namizəd:
- Ali təhsilli;
- Tədbirlərin təşkili və ya korporativ kommunikasiya sahəsində minimum 1 il iş təcrübəsi;
- Böyükmiqyaslı korporativ tədbirlərin hazırlanması və idarə olunması üzrə praktiki təcrübə;
- Layihələrin koordinasiyası və vaxtın effektiv idarə edilməsi bacarığı;
- Güclü kommunikasiya və danışıqlar aparmaq bacarığı;
- Azərbaycan dilində sərbəst ünsiyyət bacarığı;
- Dinamik iş mühitində operativ qərarvermə bacarığı olan şəxsdir.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
ABB (Azərbaijan Beynəlxalq Bankı / The International Bank of Azerbaijan) — the largest bank in Azerbaijan by assets, with the country's widest branch and ATM network. Offers retail, corporate, SME and digital banking services.
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçTədbirlərin təşkili və ya korporativ kommunikasiya sahəsində minimum 1 il iş təcrübəsi tələb olunur.
Ali təhsil tələb olunur.
Layihələrin koordinasiyası, vaxtın idarə olunması, güclü kommunikasiya və danışıqlar bacarığı tələb olunur.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarDaxili kommunikasiya meneceri üzrə Bakıda digər açıq elanlar.
Marketinq üzrə mütəxəssis kimi kontent hazırlamaq və marketinq kampaniyalarını idarə etmək tələb olunur
Tədbirləri planlaşdırır, təşkil edir və həyata keçirir, minimum 1 il təcrübə tələb olunur.
Axşam növbəsində saytın xəbərlərini redaktə etmək və yerləşdirmək üçün 1 il təcrübə tələb olunur



