Influencer marketinq kampaniyalarını idarə edir və sosial media platformalarında təcrübə tələb olunur.
Vakansiya haqqında
İş şəraiti
- İş qrafiki: Həftə içi 5 gün
- İş saatları: 10:00 – 19:00
- İş rejimi: Ofisdaxili
Influencer seçimi və idarə edilməsi
- Brend və kampaniyanın məqsədlərinə uyğun influencer seçimlərinin aparılması.
- Influencer bazasının yaradılması və mütəmadi yenilənməsi.
- Influencerlərin auditoriya göstəricilərinin (reach, ER, demographic fit) təhlili.
- Influencerlərlə yazışma, brief paylaşımı və şərtlərin razılaşdırılması.
- Uzunmüddətli və əməkdaşlıq yönümlü münasibətlərin qurulması.
Kampaniya planlaması və icrası
- Kampaniyanın məqsədlərinin və KPI-larının müəyyənləşdirilməsi.
- Kontent formatlarının seçilməsi (reels, story, post, TikTok video və s.).
- Brief hazırlanması və influencerə düzgün ötürülməsi.
- Çəkiliş və kontent hazırlığı prosesinə nəzarət.
- Paylaşımların vaxtında, tələblərə uyğun şəkildə həyata keçirilməsinin izlənməsi.
Nəticələrin ölçülməsi və reportinq
- Kampaniya sonu performans hesabatlarının, müştərilərin rəqib analizlərinin hazırlanması.
- Əsas metriklərin təhlili: ER, reach, impressions, CTR, CPM və s.
- Hər influencerin performansının müqayisəli təhlili.
- Müştəri və rəhbərliyə aydın, strukturlaşdırılmış report təqdim edilməsi.
Bazar və trend analizi
- Yerli və qlobal trend, format və kontent yanaşmalarını izləmək.
- Trendə uyğun yeni yanaşmalar və təkliflər irəli sürmək.
Daxili komanda ilə əməkdaşlıq
- Digital, SMM, kreativ və maliyyə komandaları ilə koordinasiyalı iş.
- Prioritetlərə uyğun gündəlik iş planının idarə olunması.
Administrativ öhdəliklər
- Influencer müqavilələri və ödəniş proseslərinə dəstək.
- Kontent materiallarının düzgün arxivləşdirilməsi.
- Rəsmi və səliqəli yazışma formatının qorunması.
Namizəddən Tələblər
- Influencer marketinq və ya SMM sahəsində minimum 1–2 il təcrübə.
- Yaxşı kommunikasiya və yazılı ünsiyyət bacarıqları.
- Analitik düşüncə və detallara diqqət.
- Microsoft Office proqramlarında (Word, Excel, PowerPoint) sərbəst işləmək bacarığı.
- Azərbaycan Respublikasının “Reklam haqqında” Qanunu və sosial media reklam qaydaları barədə məlumatlılıq.
- Düzgün time management və prioritetləşdirmə bacarığı.
- Stressə davamlılıq və paralel işləri idarə etmək bacarığı.
- Rus və ingilis dili mütləq.
- Kreativ yanaşma və trend bilikləri mütləqdir.
Xahiş edirik, CV-i "İnfluencer Marketing Manager" başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərəsiniz
Yerləşmə
Azərbaycan
Təcrübə
1–2 il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
11 avqust 2026
Dillər
Azerbaijani, Russian, English
Son tarix
11 sentyabr 2026
Şirkət haqqında
Universal McCann
Müraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Maaş göstərilməyib4 gün qalıb
Maaş göstərilməyib
Product Owner-in gündəlik işlərinə dəstək verir və məhsul idarəetmə bacarıqları tələb olunur
Müraciət etAsan müraciətAsan müraciət
700–800₼
Sosial media strategiyasını hazırlayır, kreativ məzmun yaradır və peşəkar video redaktə bacarığı tələb olunur.
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib
Namizəd axtarışı və müsahibələrin keçirilməsi üzrə iş təcrübəsi olan işə qəbul üzrə mütəxəssis.
Müraciət etAsan müraciətAsan müraciət



