İşəgötürən bu vakansiyanı birbaşa HRX-də yerləşdirib
Vakansiya haqqında
Vəzifə öhdəlikləri
- Şirkətin layihələri üzrə hazırlanan mətnlərin yoxlanılması və redaktə edilməsi, onların dil, üslub və məna baxımından düzgünlüyünün təmin edilməsi;
- Sosial media, reklam kampaniyaları, veb-sayt, təqdimatlar və digər kommunikasiya kanalları üçün mətnlərin hazırlanması;
- Sosial media paylaşımları, Reels və digər video formatları üçün kontent ideyalarının və ssenarilərin hazırlanması;
- Layihələrin kommunikasiya strategiyasına və brend üslubuna uyğun kontentin hazırlanmasının təmin edilməsi;
- Kontent planının hazırlanması, plana uyğun materialların vaxtında paylaşılmasının təmin edilməsi;
- Hazırlanmış kontent və ssenarilər əsasında foto və video çəkilişlərin planlaşdırılması və koordinasiyası;
- Çəkilişlər üçün texniki tapşırıqların, ssenarilərin, kadr planlarının və digər zəruri materialların hazırlanması;
- Fotoqraf, videoqraf, prodakşn komandası, modellər və digər çəkiliş iştirakçıları ilə işin koordinasiyası;
- Çəkiliş zamanı materialların təsdiq edilmiş ssenariyə və kontent konsepsiyasına uyğunluğuna nəzarət edilməsi;
- Çəkiliş nəticəsində əldə olunan foto və video materialların ilkin yoxlanılması, uyğun materialların seçilməsi və zəruri düzəlişlərin bildirilməsi;
- Video materialların montajdan sonrakı versiyalarının mətn, kadr ardıcıllığı və ümumi kommunikasiya baxımından yoxlanılması;
- Reklam materiallarında istifadə olunan başlıqların, sloqanların və digər mətnlərin hazırlanması və redaktə edilməsi;
- Kontentin Azərbaycan dilində qrammatik, leksik və üslubi baxımdan düzgünlüyünün təmin edilməsi;
- Bütün kommunikasiya materiallarında vahid brend dilinin və üslubunun qorunmasına nəzarət edilməsi;
- Qrafik dizayner, rəqəmsal komanda, targetoloq və digər aidiyyəti əməkdaşlarla koordinasiyalı şəkildə işləyərək kontentin vaxtında və müəyyən edilmiş standartlara uyğun hazırlanmasının təmin edilməsi;
- Kontent və çəkilişlər üzrə müəyyən edilmiş son tarixlərə (deadline) nəzarətin təmin edilməsi və işlərin vaxtında tamamlanmasının təmin edilməsi.
Tələblər
- Ali təhsil;
- Kontent yaradılması və kopiraytinq sahəsində minimum 1 il iş təcrübəsi;
- Azərbaycan dilini mükəmməl səviyyədə bilmək, yüksək yazılı nitq və redaktə bacarığı;
- Kreativ düşüncə və müxtəlif formatlar üçün kontent ideyaları hazırlamaq bacarığı;
- Sosial media platformaları və müasir kontent formatları haqqında bilik;
- Komanda və podratçılarla effektiv kommunikasiya və koordinasiya bacarığı;
- Eyni zamanda bir neçə layihə üzrə işləmək, prioritetləri düzgün müəyyənləşdirmək və son tarixlərə riayət etmək bacarığı;
- Detallara diqqət və yüksək məsuliyyət.
Şərait
- Bakı şəhəri;
- 5 günlük iş həftəsi (09:00 – 18:00);
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Yerləşmə
Bakı
Təcrübə
1+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
1 200–1 500 ₼
Yerləşdirilib
2 oktyabr 2026
Dillər
Azərbaycan
Son tarix
16 oktyabr 2026
Maaş bazarla müqayisədə
Kontent meneceri üzrə bazar adətən 600–1 350 ₼ ödəyir, median — 950 ₼.
bu vakansiya · 1 200–1 500 ₼
adətən bu qədər ödəyirlərnadir hallardabu vakansiya
12 açıq vakansiya, 10 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Kontent meneceri kimi öz maaşını yoxlaŞirkət haqqında
ARNE Group MMC
Baku
Müraciətin
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarKontent meneceri üzrə Bakıda digər açıq elanlar.
Maaş göstərilməyib
Maaş göstərilməyib
Sosial media üçün kontent yaradır və SMM sahəsində təcrübə qazanır, kreativ düşüncə tələb olunur.
800–1 000₼Son gün
Məzmun strategiyasını hazırlayır, müxtəlif formatlarda məzmun yaradır və SEO optimizasiyasını idarə edir.
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Maaş göstərilməyib
Sosial media üçün məzmun yaradır və dizayn bacarıqları tələb olunur.
Content CreationGraphic DesignUI/UX DesignBrand guideline adherence





