Vakansiya haqqında

Vəzifə haqqında:

  • “Honours Academy” komandası təhsil və xidmət sahəsində rəqəmsal görüntümüzü gücləndirəcək, kreativ düşüncəyə sahib və kontent istehsalında bacarıqlı “Kontent üzrə Məsul Şəxs” axtarır. Bu vəzifə sosial media platformaları, kampaniyalar, təlimlər, tədbirlər və akademiya daxili fəaliyyətlər üçün kreativ kontent istehsalı və brend kommunikasiyasının vizual olaraq gücləndirilməsində mühüm rol oynayır.

Əsas öhdəliklər:

  • Kontent İdeyası və Kreativ Yanaşma: Brendin və ona aid layihələr üçün sosial media kontent ideyaları hazırlamaq, aktual trendləri izləmək və onları brend üslubuna uyğunlaşdırmaq;
  • Foto/Video Çəkiliş: Təlimlər, tədbirlər, tələbə fəaliyyəti, mentorlar, məkan və kampaniya prosesləri zamanı foto/video çəkilişlər aparmaq;
  • Kontent İstehsalı: Instagram, TikTok, Facebook və digər platformalar üçün dinamik “reels”, “story” və post formatlarında materiallar hazırlamaq;
  • Ssenari və Mətnlər: Qısa video ssenariləri, kontent başlıqları, story axını və caption üçün ilkin mətnlər hazırlamaq;
  • Planlama və Koordinasiya: Sosial Media Meneceri ilə birlikdə həftəlik/aylıq kontent planının icrasına dəstək vermək, dizayner və montaj komandası ilə sıx əməkdaşlıq etmək;
  • Kampaniya Kontenti: Qəbul kampaniyaları, endirimlər tədbirlər və xüsusi layihələr üçün kreativ foto/video materiallar hazırlamaq;
  • Arxivləşdirmə və Təkmilləşdirmə: Çəkiliş materiallarını sistemli şəkildə arxivləşdirmək, sosial media nəticələrinə əsasən daha effektiv kontent formatları təklif etmək.

Tələblər:

  • Kontent yaratma, sosial media və ya kreativ sahədə minimum 1 il təcrübə;
  • Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət bacarığı; İngilis dili biliyi üstünlükdür;
  • Kreativ düşüncə tərzi və yüksək vizual estetik anlayış;
  • Mobil foto və video çəkiliş, sadə montaj bacarıqları (CapCut və s.);
  • Instagram, TikTok, Facebook və digər sosial media platformalarının əsas kontent formatlarını bilmək;
  • Kontentləri vaxtında hazırlamaq, komanda ilə işləmək və yüksək məsuliyyət hissi.

Təklifimiz:

  • Peşəkar və dəstəkləyici komanda mühiti;
  • Yaradıcılıq potensialını reallaşdırmaq üçün geniş imkanlar;
  • Təhsil və xidmət sahəsində real kontent istehsalı təcrübəsi;
  • Peşəkar inkişaf və təlim imkanları.

İş qrafiki:

  • Həftədə 5 gün (Bazar ertəsi – Cümə);
  • İş saatları: 10:00 – 19:00.
  • Kampaniya, tədbir və xüsusi layihə dövrlərində iş qrafikində ehtiyaca uyğun dəyişiklik edilə bilər.

Əməkhaqqı:

  • Əməkhaqqı namizədin bilik, bacarıq və təcrübəsinə əsasən qarşılıqlı razılaşma əsasında müəyyən ediləcəkdir.

CV və qısa motivasiya məktubunuzu mövzu hissəsində “Kontent üzrə Məsul Şəxs” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Yerləşmə
Azərbaycan
Təcrübə
1+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
10 avqust 2026
Dillər
Azerbaijani, English
Son tarix
10 sentyabr 2026

Şirkət haqqında

Honours Academy
Education · Baku
Honours Academy — bütün vakansiyalar

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Maaş göstərilməyib

Rəqəmsal platformalar üçün kreativ məzmun hazırlamaq və strateji idarə etmək.

Content CreationSocial Media ManagementDigital MarketingVideo Editing+5
Müraciət etAsan müraciətAsan müraciət
AVENTUS
MiddleBakı
600

Sosial media hesablarını idarə edir, video və məzmun yaradır, rəqəmsal marketinq bilikləri tələb olunur

Content CreationGoogle AdsMeta Business SuiteMeta Ads Manager+9
Müraciət etAsan müraciətAsan müraciət
SUR Construction
Middle · 2–3 il
1 000–1 500

Şirkətin sosial media strategiyasını hazırlayır və kontent planını idarə edir, 2-3 il təcrübə tələb olunur.

Content PlanningCopywritingCreative ThinkingTrend Analysis+6
Müraciət etAsan müraciətAsan müraciət
Bütün oxşar vakansiyalar

Mövzu üzrə materiallar

Bütün materiallar
Göstərilməyib
Kontent üzrə məsul şəxs
Müraciət et