Şirkətin sosial media strategiyasını hazırlayır və kontent planını idarə edir, 2-3 il təcrübə tələb olunur.
Vakansiya haqqında
Şirkət: DƏRGAH GROUP
İş forması: Tam ştat
İş yeri: Ofisdaxili və layihə icra edilən məkanlar (müəyyən zaman və dövrlərdə)
DƏRGAH GROUP komandası sosial media hesablarının peşəkar idarə olunması, yaradıcı kontentlərin hazırlanması və şirkətin rəqəmsal platformalarda inkişaf etdirilməsi üçün təcrübəli SMM mütəxəssisi axtarır.
Vəzifə öhdəlikləri
- Şirkət üçün aylıq sosial media strategiyasının və kontent planının hazırlanması;
- Sosial media paylaşımları üçün yaradıcı və satışyönümlü mətnlərin yazılması;
- Post, storis və digər sosial media vizuallarının hazırlanması;
- Reels və digər video kontentlərin çəkilməsi, hazırlanması və montajı;
- Video çəkilişlərində iştirak etmək və çəkiliş prosesini idarə etmək;
- Instagram, Facebook, TikTok və digər sosial media hesablarının gündəlik və aktiv şəkildə idarə olunması;
- Sosial media trendlərinin izlənilməsi və şirkətin fəaliyyətinə uyğun tətbiq edilməsi;
- Brendin tanınmasını və auditoriya aktivliyini artıracaq kreativ ideyaların təqdim edilməsi;
- Paylaşımların nəticələrinin izlənilməsi və aylıq hesabatların hazırlanması.
Namizədə tələblər
- SMM və rəqəmsal marketinq sahəsində minimum 1–3 il iş təcrübəsi;
- Kontent strategiyası və aylıq kontent planı hazırlamaq bacarığı;
- Azərbaycan dilində düzgün və yaradıcı mətn yazmaq bacarığı;
- Copywriting və kreativ düşüncə qabiliyyəti;
- Qrafik dizayn və video montaj proqramları ilə işləmək bacarığı;
- Reels, TikTok və digər qısa video formatlarının hazırlanması üzrə təcrübə;
- Sosial media alqoritmləri və aktual trendlər haqqında məlumatlı olmaq;
- Foto və video çəkiliş proseslərini idarə etmək bacarığı;
- Məsuliyyətli, operativ, təşəbbüskar və nəticəyönümlü olmaq;
- Komanda ilə işləmək və tapşırıqları vaxtında icra etmək bacarığı.
İş şərtləri
- Bazar ertəsi – Cümə: 09:00–18:00;
- Şənbə: 09:00–14:00;
- İş forması: Tam ştat;
- Maaş: Namizədin bilik və təcrübəsinə əsasən razılaşma yolu ilə;
- Cins: Kişi və ya qadın.
Maraqlanan namizədlərdən mövzu hissəsində “SMM mütəxəssisi” qeyd etməklə CV və portfolio-larını bizimlə paylaşmaları xahiş olunur.
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!
Şirkət haqqında
Müraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Sosial media üçün kreativ kontent yaratmaq və foto/video çəkilişlər etmək.
Sosial media hesablarını idarə edir, video və məzmun yaradır, rəqəmsal marketinq bilikləri tələb olunur
Sosial media idarə edir, kreativ kontent hazırlayır və analitika aparır.



