Sosial media üçün kreativ kontent yaradır və video montaj bacarığı tələb olunur.
Vakansiya haqqında
Vəzifə öhdəlikləri
- Instagram və Facebook səhifələrinin gündəlik idarə olunması
- Instagram üçün kreativ Post, Story və Reels hazırlanması
- Pizzeriyada foto və video çəkilişlərinin həyata keçirilməsi
- Reels üçün kreativ ideyalar, ssenarilər və çəkiliş konsepsiyalarının hazırlanması
- Video çəkilişləri üçün məkan, dekorasiya, işıq, kadr və ümumi atmosferin düşünülməsi
- Yeni və maraqlı kontent ideyalarının hazırlanması
- Məhsullarımızın — pizza, içkilər, desertlər və s. — kreativ şəkildə təqdim edilməsi
- Kampaniya, aksiya və xüsusi təkliflər üçün sosial media kontentlərinin hazırlanması
- Foto və videoların montajı və redaktəsi
- Kontent planının hazırlanması və paylaşım cədvəlinin idarə olunması
- Instagram və Facebook-da müştərilərdən gələn mesaj, şərh və sualların cavablandırılması
- Müştərilərlə sosial media üzərindən düzgün və pozitiv kommunikasiya qurulması
- Səhifələrin aktivliyinin və nəticələrinin analiz edilməsi
- Trend olan Reels, formatlar, musiqilər və sosial media trendlərinin izlənilməsi
Namizədə tələblər
- Sosial media və kontent yaradılması sahəsində təcrübə
- Instagram və Facebook platformalarını yaxşı bilmək
- Kreativ düşüncə və yeni ideyalar yaratmaq bacarığı
- Telefonla keyfiyyətli foto və video çəkə bilmək
- Reels/video montaj proqramlarından istifadə bacarığı
- Estetik zövq və kadr qurmaq bacarığı
- Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət
- Müştərilərlə nəzakətli və düzgün ünsiyyət qurmaq bacarığı
- Məsuliyyətli, operativ və təşəbbüskar olmaq
- Restoran və food kontenti ilə işləməyə maraq
Üstünlükdür
- CapCut, Adobe və digər kontent proqramlarını bilmək
- Foto/video çəkilişi üzrə əlavə bacarıqlar
- Restoran, kafe və ya food sahəsində SMM təcrübəsi
- Şəxsi portfolio və əvvəlki iş nümunələrinin olması
- TikTok və digər sosial media platformalarında təcrübə
Biz nə gözləyirik?
Biz sadəcə səhifəyə post paylaşacaq əməkdaş axtarmırıq. Pizzeriyanın atmosferini, məhsullarını və brendini sosial mediada maraqlı və cəlbedici şəkildə göstərə biləcək kreativ bir insan axtarırıq.
Əgər “Bu pizzanı necə daha maraqlı çəkə bilərik?”, “Bu məkanda necə viral Reel çəkə bilərik?” kimi ideyalar sizin üçün maraqlıdırsa, sizi komandamızda görmək istəyirik.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Kontent yaradıcısı üzrə bazar adətən 700–1 000 ₼ ödəyir, median — 750 ₼.
16 açıq vakansiya, 8 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Kontent yaradıcısı kimi öz maaşını yoxlaMüraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş Bakıda yerləşir.
İş saatları və günləri barədə məlumat verilməyib.
Əmək haqqı barədə məlumat verilməyib.
Sosial media idarəçiliyi, kreativ düşüncə, foto və video çəkilişi, montaj proqramlarından istifadə bacarığı tələb olunur.
Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarKontent yaradıcısı üzrə Bakıda digər açıq elanlar.
TikTok üçün kreativ video kontent yaradır və məhsulların təqdimatını edir.
Dinamik videolar çəkir, montaj edir və sosial media trendlərini izləyir, minimum 1 il təcrübə tələb olunur.
Sosial media üçün kreativ kontent hazırlayır və kontent planlaşdırma bacarığı tələb olunur.



