TikTok üçün kreativ video kontent yaradır və məhsulları təqdim edir, kamera qarşısında sərbəst çıxış bacarığı tələb olunur.
Vakansiya haqqında
Fəaliyyət sahəsi: Daşınmaz əmlak
Əmək haqqı: Maaş + bonus
Vakansiya haqqında məlumat
- Daşınmaz əmlak şirkətimizə sosial media və çəkilişlər üzrə xanım əməkdaş axtarılır.
- Vəzifə satış işi deyil. Əsas iş şirkətimizin təqdim etdiyi mənzil və layihələrin reklam çəkilişlərində kamera qarşısında iştirak etmək, sosial media hesablarının və əmlak elanlarının idarə olunmasına kömək etməkdən ibarətdir.
Əsas vəzifələr:
- Mənzil, bina və layihələrin reklam çəkilişlərində kamera qarşısında təqdimat etmək;
- Reklam çəkilişləri və sosial media paylaşımları üçün kreativ, maraqlı ideyalar irəli sürmək;
- Hazırlanmış video və digər kontentləri Instagram və digər sosial şəbəkələrdə paylaşmaq;
- Paylaşımlara gələn şərh və sorğulara ilkin cavab vermək, müraciətləri aidiyyəti şəxsə yönləndirmək;
- Əmlak saytlarında elanlar yerləşdirmək və mövcud elanları yeniləmək;
- Daxil olan müraciət və məlumatları sistemli şəkildə qeyd etmək;
- Rəhbərliyin işlə bağlı digər gündəlik tapşırıqlarını yerinə yetirmək.
Tələblər:
- Xanım namizəd;
- Yaş həddi: 20–40 yaş;
- Kamera qarşısında sərbəst və rahat olmaq;
- Səlis və aydın nitq;
- Azərbaycan dilində sərbəst danışıq bacarığı;
- Rus dilində sərbəst və səlis danışıq bacarığı mütləq tələbdir.
- İngilis dilində mətnləri oxumaq və sözləri düzgün tələffüz etmək bacarığı (sərbəst danışıq tələb olunmur);
- Kreativ düşüncə qabiliyyəti, təşəbbüskarlıq və yeni ideyalar təklif etmək bacarığı;
- Instagram, TikTok və digər sosial media platformalarındakı gündəlik trendləri izləmək və onları reklam kontentinə uyğunlaşdırmaq bacarığı;
- Sosial şəbəkələrdən sərbəst istifadə bacarığı;
- Məsuliyyətli, operativ və detallara diqqətli olmaq.
İş qrafiki:
- Həftədə 6 gün;
- İş saatları: 10:00–19:00;
- İşin gedişatından asılı olaraq bəzi günlər iş daha erkən yekunlaşa bilər.
Qeyd: Bu vakansiya əmlak agenti və ya satış meneceri vəzifəsi deyil. Əməkdaş müştərilərlə birbaşa satış danışıqları aparmayacaq. İngilis dili yalnız reklam mətnlərinin kamera qarşısında düzgün səsləndirilməsi üçün tələb olunur.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Kontent yaradıcısı üzrə bazar adətən 700–800 ₼ ödəyir, median — 725 ₼.
13 açıq vakansiya, 8 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Kontent yaradıcısı kimi öz maaşını yoxlaŞirkət haqqında
Broker.Az — 2020-ci ildən fəaliyyət göstərən, Bakı şəhərində premium daşınmaz əmlakların satışı üzrə ixtisaslaşmış şirkətdir.
Müraciətin
Bu vakansiya haqqında suallar
İş həftədə 6 gün, saat 10:00–19:00 arasıdır, bəzi günlər erkən bitə bilər.
Namizədin yaşı 20–40 arasında olmalıdır.
İngilis dilində mətnləri oxumaq və düzgün tələffüz etmək bacarığı tələb olunur, sərbəst danışıq lazım deyil.
İş Bakıda yerləşir.
CV-ni elektron poçt vasitəsilə göndərmək lazımdır. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarKontent yaradıcısı üzrə Bakıda digər açıq elanlar.
Sosial media üçün dinamik videolar çəkir, montaj edir və kreativ yanaşma tələb olunur.
Sosial media üçün kreativ kontent yaradır və video montaj bacarığı tələb olunur.
Sosial media üçün kreativ kontent hazırlayır və kontent planlaşdırma bacarığı tələb olunur.



