Marketinq üzrə mütəxəssis

Minor Business Group

Yerləşmə
Azərbaycan
Təcrübə
Middle
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
13 iyul 2026
Dillər
Azerbaijani, Russian, English
Son tarix
13 avqust 2026

Vakansiya haqqında

Öhdəliklər

  • Şirkətin ümumi marketinq strategiyasının hazırlanması və icrası;
  • Brend strategiyasının formalaşdırılması və inkişaf etdirilməsi;
  • Marketinq kampaniyalarının planlaşdırılması, koordinasiyası və nəticələrinin qiymətləndirilməsi;
  • Rəqəmsal marketinq, sosial media, PR və digər marketinq kanallarının koordinasiyası;
  • Bazarın, rəqiblərin və müştəri davranışlarının təhlili;
  • Marketinq büdcəsinin hazırlanması və idarə olunması;
  • Satış komandası ilə sıx əməkdaşlıq edərək satışların artırılmasına yönəlmiş təşəbbüslərin hazırlanması;
  • Kontent strategiyasının hazırlanması və yaradıcı komandaların işinin koordinasiyası;
  • Partnyorlarla, reklam agentlikləri və podratçılarla əməkdaşlığın idarə olunması;
  • Marketinq fəaliyyətinin effektivliyinin KPI-lar əsasında qiymətləndirilməsi və rəhbərliyə müntəzəm hesabatların təqdim edilməsi.

Tələblər

  • Marketinq, Biznesin idarə olunması və ya əlaqəli sahə üzrə ali təhsil;
  • Marketinq strategiyasının hazırlanması və icrası üzrə praktiki təcrübə;
  • Rəqəmsal marketinq alətləri (Meta Ads, Google Ads, YouTube və s.) ilə işləmək bacarığı;
  • Bazar araşdırması, rəqib analizi və marketinq analitikası üzrə təcrübə;
  • Marketinq büdcəsinin planlaşdırılması və idarə olunması bacarığı;
  • Azərbaycan və rus dillərini sərbəst bilmək (ingilis dili üstünlükdür);
  • MS Office proqramlarını, xüsusilə Excel-i yüksək səviyyədə bilmək;
  • Analitik düşüncə, təşəbbüskarlıq, məsuliyyət və nəticəyönümlü iş yanaşması.
  • Reklam kampaniyaları haqqında anlayış;

İş şəraiti

  • Əməkhaqqı: Müsahibə əsasında razılaşma yolu ilə;
  • İş qrafiki: Həftə içi 5 gün, saat 09:00 – 18:00;

Şirkət haqqında

Minor Business Group
Peşəkar, elmi və texniki fəaliyyətlər, Hüquq xidmətləri

“MİNOR BUSİNESS GROUP” MMC, hüquqi şəxslərə, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə və müxtəlif təşkilati-hüquqi formalı müəssisələrə, HÜQUQ-KONSALTİNQ xidmətləri göstərərək, biznesin bütün sahələrində (Hüquqi xidmətlər, kadr xidmətləri və mühasibatlıq) öz müştərilərinə layiqincə xidmət göstərmiş və onların rəğbətini qazanaraq qısa zamada öz sektorunda qabaqcıl şirkətlərdən birinə çevrilmişdir.

Minor Business Group — bütün vakansiyalar

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
Göstərilməyib
Marketinq üzrə mütəxəssis
Müraciət et