Bacarıqlar və texnologiyalar
Vakansiya haqqında
Tahiroğlu İnşaat şirkəti marketinq fəaliyyətinin strateji idarə olunmasını həyata keçirəcək, brendin bazardakı mövqeyini gücləndirəcək və satış hədəflərinə nail olunmasına dəstək verəcək Marketinq Direktoru axtarır.
Əsas vəzifələr
- Şirkətin qısa və uzunmüddətli marketinq strategiyasını hazırlamaq və icrasını təmin etmək;
- Şirkətin və layihələrin brend strategiyasını formalaşdırmaq və inkişaf etdirmək;
- Satış şöbəsi ilə koordinasiyalı işləyərək satışları dəstəkləyən marketinq kampaniyaları hazırlamaq və idarə etmək;
- Rəqəmsal marketinq (Meta Ads, Google Ads, SEO, Google Analytics və s.) fəaliyyətlərini planlaşdırmaq və nəticələrini analiz etmək;
- Marketinq büdcəsini hazırlamaq, idarə etmək və səmərəli istifadəsinə nəzarət etmək;
- Bazar araşdırmaları aparmaq, rəqibləri təhlil etmək və bazar tendensiyalarını izləmək;
- Yeni layihələrin bazara çıxarılması üçün marketinq planları hazırlamaq və icrasına rəhbərlik etmək;
- Reklam agentlikləri, media və digər tərəfdaşlarla əməkdaşlığı idarə etmək;
- Marketinq komandasını formalaşdırmaq, idarə etmək və inkişaf etdirmək;
- KPI-ləri müəyyən etmək, marketinq fəaliyyətinin effektivliyini ölçmək və rəhbərliyə müntəzəm hesabatlar təqdim etmək.
Namizədə tələblər
- Marketinq, Biznesin idarə edilməsi və ya əlaqəli sahə üzrə ali təhsil;
- Marketinq sahəsində minimum 5 il, rəhbər vəzifədə minimum 2 il iş təcrübəsi;
- İnşaat, daşınmaz əmlak və ya layihə əsaslı biznes sahəsində təcrübə üstünlükdür;
- Strateji marketinq planlaması və brend idarəetməsi üzrə təcrübə;
- Meta Ads Manager, Google Ads, Google Analytics, SEO və CRM sistemləri ilə işləmək bacarığı;
- Marketinq analitikası, büdcələmə və KPI-lərin idarə olunması üzrə biliklər;
- Azərbaycan dilində sərbəst, ingilis dili biliyi üstünlükdür;
- MS Office proqramlarında, xüsusilə Excel və PowerPoint proqramlarında yaxşı səviyyədə bilik.
Şəxsi keyfiyyətlər
- Güclü liderlik və komanda idarəetmə bacarığı;
- Analitik və strateji düşünmə qabiliyyəti;
- Yüksək ünsiyyət və təqdimat bacarıqları;
- Nəticəyönümlülük və məsuliyyətlilik;
- Təşəbbüskarlıq və qərarvermə bacarığı;
- Vaxtın effektiv idarə olunması.
Şirkət haqqında
Şirkət – Tahiroğlu İnşaat olaraq, inşaat və təmir layihələri üçün etibarlı məhsul seçimini müştərilərimizə daha rahat və əlçatan etmək məqsədi ilə fəaliyyət göstərən bir şirkətik. Məqsədimiz keyfiyyətli inşaat materiallarını şəffaf qiymətlərlə, düzgün məlumatlandırma və operativ xidmət prinsipləri əsasında təqdim edərək etibarlı alış-veriş təcrübəsi yaratmaqdır. Vizyonumuz Tikinti sektorunda rəqəmsal alış təcrübəsini daha sadə, daha sürətli və daha etibarlı hala gətirərək sahənin aparıcı şirkətlərindən birinə çevrilmək. Missiyamız Müştərilərimizə yüksək keyfiyyətli inşaat materiallarını dəqiq məlumat, əlçatan qiymətlər və peşəkar xidmət prinsipləri əsasında təqdim etmək, onların layihələrinin uğurla həyata keçirilməsinə töhfə vermək. Dəyərlərimiz Şirkətimizin fəaliyyətinin əsasını dürüstlük, məsuliyyət, etibarlılıq və müştəri məmnuniyyəti təşkil edir. Biz inanırıq ki, uzunmüddətli etibar və davamlı əməkdaşlıq hər bir satışdan daha dəyərlidir. Buna görə də hər zaman keyfiyyətli məhsul, şəffaf yanaşma və yüksək xidmət standartlarını qorumağa sadiqik.
Tahiroğlu İnşaat — bütün vakansiyalarBacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.


