Vakansiya haqqında

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası - AFFA brendinin dəyərinin və tanınmasının artırılması, yeni marketinq və kommersiya imkanlarının yaradılması, sponsor və tərəfdaşlarla əməkdaşlığın inkişaf etdirilməsi, eləcə də AFFA-nın UEFA və FIFA ilə marketinq istiqamətində əlaqələrinin effektiv şəkildə həyata keçirilməsini təmin etmək üçün Brend Menecer vəzifəsinə peşəkar namizəd axtarılır.

Əsas vəzifə öhdəlikləri:

  • AFFA-nın brend strategiyasının hazırlanmasında və həyata keçirilməsində iştirak etmək, brendin inkişafını və vahid mövqeləndirilməsini təmin etmək;
  • AFFA Brand Book və korporativ identikliyin bütün kommunikasiya kanallarında və layihələrdə düzgün tətbiqinə nəzarət etmək;
  • AFFA-nın milli komandaları, yarışları, layihələri və yeni məhsulları üçün brend və marketinq konsepsiyalarının hazırlanmasını idarə etmək;
  • Yeni marketinq və kommersiya məhsulları, layihələri və təşəbbüsləri irəli sürmək və onların hazırlanmasında iştirak etmək;
  • AFFA-nın sponsorları və tərəfdaşları ilə marketinq, brendinq və aktivasiya layihələri üzrə əməkdaşlıq etmək;
  • Sponsorluq paketləri, kommersiya təklifləri, təqdimatlar və digər marketinq materiallarının hazırlanmasında iştirak etmək;
  • Sponsor və tərəfdaşların AFFA brendinə inteqrasiyasını və müqavilə üzrə marketinq aktivliklərinin həyata keçirilməsini koordinasiya etmək;
  • Marketinq kampaniyalarının, kreativ layihələrin və brend aktivliklərinin hazırlanması və icrasında iştirak etmək;
  • UEFA, FIFA və digər beynəlxalq futbol təşkilatları ilə marketinq, kommersiya, brendinq və futbolun inkişafı istiqamətində əməkdaşlıq etmək;
  • UEFA və FIFA-nın beynəlxalq təcrübəsini, proqramlarını və yeni imkanlarını araşdıraraq AFFA üçün uyğun təşəbbüslər irəli sürmək;
  • Rəhbərlik üçün marketinq və kommersiya təqdimatları, konsepsiyalar, hesabatlar və təkliflər hazırlamaq;
  • Yerli və beynəlxalq bazarda marketinq, sponsorluq, brendinq və fan engagement trendlərini izləmək və yeni imkanlar müəyyənləşdirmək;
  • Marketinq Departamentinin digər istiqamətləri ilə sıx əməkdaşlıq edərək layihələrin koordinasiyasını və effektiv icrasını təmin etmək;
  • Tabeliyində olan əməkdaşların və layihə komandalarının işini koordinasiya etmək və zəruri hallarda onlara metodoloji dəstək göstərmək;
  • Brend və marketinq layihələri üzrə büdcənin planlaşdırılmasında və effektiv istifadəsinə nəzarətdə iştirak etmək.

Namizədə tələblər:

  • Ali təhsil;
  • Marketinq, brend menecmenti, kommersiya və ya əlaqəli sahədə ən azı 3 il iş təcrübəsi;
  • Brend strategiyasının hazırlanması və həyata keçirilməsi üzrə təcrübə;
  • Marketinq və kommersiya layihələrinin idarə olunması üzrə praktiki təcrübə;
  • Sponsorlar və biznes tərəfdaşları ilə əməkdaşlıq və danışıqlar aparmaq bacarığı;
  • Təqdimatların, kommersiya təkliflərinin və layihə konsepsiyalarının yüksək səviyyədə hazırlanması;
  • Kreativ düşüncə və yeni ideyalar irəli sürmək qabiliyyəti;
  • Yüksək səviyyədə ingilis dili biliyi;
  • Azərbaycan və ingilis dillərində yüksək səviyyədə yazılı və şifahi kommunikasiya bacarığı;
  • MS Office proqramları, xüsusilə PowerPoint və Excel üzrə yaxşı istifadə bacarığı;

Üstünlük hesab olunur:

  • İdman, futbol və ya sponsorluq sahəsində iş təcrübəsi;
  • UEFA, FIFA və ya digər beynəlxalq idman təşkilatları ilə iş təcrübəsi;

İş şəraiti:

  • Peşəkar və inkişafyönümlü iş mühiti;

İş qrafiki: 5 günlük iş həftəsi, həftədə 40 saat;

  • Vəzifənin xüsusiyyətindən irəli gələrək tədbirlər, oyunlar və digər layihələr zamanı iş saatlarında çeviklik tələb oluna bilər;

Uyğun namizədlərdən CV-lərini “Brend Menecer” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyi xahiş olunur.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

CV‑ni yoxla
Yerləşmə
Bakı
Təcrübə
3+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
14 oktyabr 2026
Dillər
Azerbaijani, English
Son tarix
14 noyabr 2026
HRX ilə müraciət
3
Baxış
119

Maaş bazarla müqayisədə

İşəgötürən məbləği göstərməyib. Marketinq meneceri üzrə bazar adətən 700–1 200 ₼ ödəyir, median — 1 000 ₼.

adətən bu qədər ödəyirlərnadir hallarda

26 açıq vakansiya, 41 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

Marketinq meneceri kimi öz maaşını yoxla

Şirkət haqqında

AFFA
İncəsənət, media və əyləncə, Əyləncə xidmətləri · Baku
AFFA — bütün vakansiyalar

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və ya qısaca AFFA — Azərbaycanda futbola nəzarət edən müstəqil qeyri-hökumət təşkilatıdır.

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bu vakansiya haqqında suallar

İş yeri Bakı şəhərində yerləşir.

İş həftədə 5 gün, həftədə 40 saatdır, tədbirlər zamanı çeviklik tələb oluna bilər.

Marketinq, brend menecmenti və ya əlaqəli sahədə ən azı 3 il iş təcrübəsi tələb olunur.

MS Office proqramları, xüsusilə PowerPoint və Excel üzrə yaxşı istifadə bacarığı tələb olunur.

Azərbaycan və ingilis dillərində yüksək səviyyədə yazılı və şifahi kommunikasiya bacarığı tələb olunur.

CV-ni “Brend Menecer” başlığı ilə göndərmək lazımdır. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Marketinq meneceri üzrə Bakıda digər açıq elanlar.

EDU COMPANY Təhsil Şirkəti
Middle · 3+ ilBakı
Maaş göstərilməyib

Marketinq strategiyasını hazırlayır, rəqəmsal marketinq və reklam kampaniyalarını idarə edir, 3 il təcrübə tələb olunur.

Google AdsMeta AdsEmail MarketingSocial Media Marketing+17
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
SABAH.city
Middle · 5 ilBakı
Maaş göstərilməyib

Marketinq layihələrini idarə edir və rəqəmsal marketinq bacarıqlarına malikdir.

Brand ManagementSEOSocial Media MarketingEmail Marketing+5
Müraciət et
Xırman
MiddleBakı
Maaş göstərilməyib

Brendin marketinq strategiyasını hazırlayır və FMCG sahəsində təcrübə tələb edir.

Brand StrategyMarket ResearchSocial Media MarketingPresentation Skills+13
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Melissa Group
Manager · 5+ ilBakı
4 000–5 000₼

Marketinq strategiyasını hazırlayır, brend idarəçiliyi və komanda rəhbərliyi bacarığı tələb olunur.

Marketing StrategyBrand ManagementSMMPerformance Marketing+11
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar

Mövzu üzrə materiallar

Bütün materiallar
Göstərilməyib
Brend menecer
Müraciət et