Marketinq strategiyasını hazırlayır, brend idarəçiliyi və komanda rəhbərliyi bacarığı tələb olunur.
Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
- Şirkətin ümumi biznes strategiyasına uyğun marketinq strategiyasının hazırlanması və həyata keçirilməsi;
- İllik və rüblük marketinq planlarının hazırlanması, prioritetlərin müəyyənləşdirilməsi və icrasına nəzarət;
- Brendin bazarda mövqeləndirilməsi, tanınmasının və rəqabət üstünlüklərinin gücləndirilməsi;
- Rəqəmsal və ənənəvi marketinq kanallarının effektiv idarə olunması;
- Reklam kampaniyalarının planlaşdırılması, icrası və nəticələrinin təhlili;
- Bazarın, rəqiblərin və müştəri davranışlarının araşdırılması, əldə olunan nəticələr əsasında təkliflərin hazırlanması;
- Marketinq göstəricilərinin (KPI) müəyyənləşdirilməsi və nəticələrin mütəmadi monitorinqi;
- Potensial müştərilərin cəlbi (lead generation), müştəri bazasının genişləndirilməsi və satış komandası ilə əməkdaşlığın inkişaf etdirilməsi;
- Marketinq komandasının fəaliyyətinin təşkili, illik və rüblük planların konkret tapşırıqlara, icra müddətlərinə və fərdi KPI-lara bölünməsi, tapşırıqların yazılı şəkildə müəyyənləşdirilməsi və icrasına nəzarət;
- Daxili komanda, agentliklər və digər tərəfdaşlar arasında iş bölgüsünün təşkili, nəticəyönümlü və şəffaf iş mühitinin formalaşdırılması;
- Marketinq büdcəsinin planlaşdırılması, xərclərin səmərəli idarə olunması və marketinq fəaliyyətinin maliyyə effektivliyinin qiymətləndirilməsi;
- Rəhbərlik üçün mütəmadi hesabatların, analitik təhlillərin və təqdimatların hazırlanması;
- Marketinq proseslərinin təkmilləşdirilməsi, yeni alət və yanaşmaların tətbiqi, iş səmərəliliyinin artırılması.
- Targeting bilmək önəmlidir Meta reklamlarını tənzimləmə bacarığı
Namizədə tələblər:
- Marketinq, biznesin idarə edilməsi, iqtisadiyyat və ya əlaqəli sahələr üzrə ali təhsil;
- Marketinq sahəsində minimum 5 il, rəhbər vəzifədə isə minimum 2 il iş təcrübəsi;
- Marketinq strategiyalarının hazırlanması, həyata keçirilməsi və nəticələrinin qiymətləndirilməsi üzrə praktiki təcrübə;
- Brendin mövqeləndirilməsi, bazar araşdırmaları və rəqabət mühitinin təhlili üzrə bilik və təcrübə;
- Rəqəmsal marketinq alətləri, reklam kampaniyalarının idarə edilməsi və performans göstəricilərinin təhlili üzrə praktiki təcrübə;
- Google Analytics, Google Ads, Meta Ads və digər müvafiq rəqəmsal platformalarla işləmək bacarığı;
- Marketinq büdcəsinin planlaşdırılması, xərclərin optimallaşdırılması və nəticələrin ölçülməsi üzrə təcrübə;
- Satış və biznesin inkişafı istiqamətləri ilə əməkdaşlıq, müştəri cəlbi və kommersiya nəticələrinin yaxşılaşdırılması bacarığı;
- Layihələrin planlaşdırılması, iş proseslərinin koordinasiyası və prioritetlərin düzgün müəyyənləşdirilməsi bacarığı;
- Analitik düşüncə, strateji yanaşma və nəticəyönümlülük;
- Liderlik, qərarvermə, təşəbbüskarlıq və komanda idarəetməsi bacarığı;
- Güclü kommunikasiya, təqdimat və hesabat hazırlamaq bacarıqları;
- MS Office proqramlarından, xüsusilə Excel və PowerPoint-dən yaxşı istifadə bacarığı;
- Azərbaycan və rus dillərində sərbəst danışıq və yazı bacarığı, ingilis dili üzrə minimum B2 səviyyəsi.
İş şəraiti:
- Əmək haqqı: (namizədin təcrübəsinə uyğun olaraq razılaşma yolu ilə)
- Nahar şirkət tərəfindən təmin olunur;
- İş qrafiki-6 günlük
- Əmək məcəlləsinə uyğun sənədləşmə
- Nahar şirkət tərəfindən təmin olunur.
- Ünvan: Səbail rayonu, Şıxov qəsəbəsi.
Uyğun namizədlərdən CV-lərini mövzu hissəsində “Marketinq meneceri” qeyd etməklə əlaqə nömrəsinə və ya Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur:
Əlaqə 010 334 17 47
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Marketinq meneceri üzrə bazar adətən 700–1 500 ₼ ödəyir, median — 1 000 ₼.
30 açıq vakansiya, 43 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Marketinq meneceri kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
Səbail rayonu, Şıxov qɕsəbəsindədir.
6 gənlik əmək qrafikidir.
Nahar şirkət tərəfindən təmin olunur.
Marketinq sahəsində minimum 5 il təcrübə tələb olunur.
CV-ləri "Marketinq meneceri" məvzusunda gəndərməlidir. Mɟktub birbaşa işəgɖərənin poçtuna gedir, qeydiyyat lazım deyil. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarMarketinq meneceri üzrə Bakıda digər açıq elanlar.
Marketinq strategiyasını formalaşdırır, rəqəmsal reklam və sosial media üzrə təcrübə tələb olunur.
Şirkətin marketinq strategiyasını hazırlayır və rəqəmsal marketinq bacarıqlarına malikdir.
Qrup Marketinq Meneceri marketinq planlarını hazırlayır və kampaniyaları koordinasiya edir, digital marketing bacarığı tələb olunur.





