Marketinq planları hazırlayıb sosial media və reklam kampaniyalarını idarə etmək üçün 5 il təcrübə tələb olunur
Vakansiya haqqında
Şirkətimizin marketinq fəaliyyətinin strateji və operativ idarə edilməsini, brend mövqeyinin gücləndirilməsini və satış hədəflərinə nail olunmasını təmin etmək məqsədilə peşəkar Marketinq Meneceri axtarırıq.
Əsas vəzifə və öhdəliklər:
Şirkətin ümumi marketinq strategiyasının hazırlanması, planlaşdırılması və icrasının təmin edilməsi;
Bazarın, rəqiblərin və istehlakçı davranışlarının mütəmadi təhlil edilməsi, bazar tendensiyalarının izlənilməsi;
Brend strategiyasının formalaşdırılması, brendin mövqeləndirilməsi və tanınmasının artırılması;
Yeni məhsulların bazara çıxarılması üzrə marketinq planlarının hazırlanması və həyata keçirilməsi;
Rəqəmsal və ənənəvi marketinq fəaliyyətlərinin planlaşdırılması və idarə olunması;
Sosial media platformalarının, rəqəmsal reklam kanallarının və reklam kampaniyalarının idarə edilməsi;
Reklam, foto və video materiallarının hazırlanması prosesinin təşkili və koordinasiyası;
Məhsulların təşviqi məqsədilə reklam, PR və tanıtım tədbirlərinin planlaşdırılması və həyata keçirilməsi;
Satış komandası ilə koordinasiyalı fəaliyyət göstərərək satış həcminin və bazar payının artırılmasına yönəlmiş tədbirlərin həyata keçirilməsi;
Marketinq büdcəsinin hazırlanması, xərclərin optimallaşdırılması və büdcəyə nəzarətin təmin edilməsi;
Marketinq fəaliyyətlərinin effektivliyinin müvafiq göstəricilər əsasında qiymətləndirilməsi və rəhbərliyə mütəmadi hesabatların təqdim edilməsi.
Namizədə dair tələblər:
Marketinq, biznesin idarə edilməsi və ya müvafiq sahə üzrə ali təhsil;
Marketinq sahəsində minimum 5 il, rəhbər vəzifədə isə minimum 3 il iş təcrübəsi;
FMCG və ya qida istehsalı sektorunda iş təcrübəsi üstünlükdür;
Marketinq strategiyalarının hazırlanması və praktiki icrası üzrə təcrübə;
Brend idarəçiliyi, məhsul marketinqi və bazar araşdırmaları üzrə biliklər;
Rəqəmsal marketinq, SMM və onlayn reklam platformaları üzrə praktiki biliklər;
Marketinq kampaniyalarının planlaşdırılması, icrası və nəticələrinin təhlili bacarığı;
Analitik düşünmə, strateji planlaşdırma və problem həll etmə bacarığı;
Yüksək kommunikasiya, təqdimat və danışıqlar aparmaq bacarığı;
Təşəbbüskarlıq, məsuliyyətlilik və nəticəyönümlülük;
Komanda ilə işləmək və iş proseslərini koordinasiya etmək bacarığı.
Biz nə təklif edirik?
Könüllü tibbi sığorta paketi;
Nahar təminatı;
Korporativ mobil nömrə;
Yanacaq xərclərinin qarşılanması;
Rəqabətli əməkhaqqı (namizədin bilik və təcrübəsinə əsasən, müsahibə zamanı razılaşdırılır).
İş şəraiti:
İş yeri: Həsən Əliyev küçəsi 38, Xırdalan, Azərbaycan
İş qrafiki: 09:00–18:00
İş həftəsi: 5 günlük
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Marketinq meneceri üzrə bazar adətən 700–1 500 ₼ ödəyir, median — 1 000 ₼.
30 açıq vakansiya, 59 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Marketinq meneceri kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Xırdalan şəhərindədir.
Marketinq sahəsində minimum 5 il, rəhbər vəzifədə isə minimum 3 il iş təcrübəsi tələb olunur.
Könüllü tibbi sığorta, nahar təminatı, korporativ mobil nömrə və yanacaq xərclərinin qarşılanması təklif olunur.
Əməkhaqqı namizədin bilik və təcrübəsinə əsasən müsahibə zamanı razılaşdırılır.
Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçMüraciət üçün son tarix 12 dekabr 2026-cı ildir.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarMarketinq meneceri üzrə Xırdalanda digər açıq elanlar.
B2B satış və rəqəmsal marketinq strategiyalarını hazırlayıb həyata keçirmək üçün 3-5 il təcrübə tələb olunur
Marketinq strategiyasını hazırlayıb həyata keçirir, B2B bazarda brend mövqeləndirməsini gücləndirir.
Marketinq və ticarət fəaliyyətlərini idarə edir, strateji planlama və brend idarəçiliyi tələb olunur





