Vakansiya haqqında

Marketinq üzrə assistent/Marketing Assistant axtarırıq

Komandamıza təşəbbüskar, məsuliyyətli və inkişaf etməyə həvəsli bir əməkdaş axtarırıq.

Əgər sosial şəbəkələri sevirsinizsə, insanlarla ünsiyyətdən zövq alırsınızsa, yeni ideyalar təklif etməyi və kontent yaratmağı bacarırsınızsa — bu vakansiya sizin üçün ola bilər.

Vəzifə öhdəlikləri
  • Instagram, Facebook, TikTok və LinkedIn üzərindən daxil olan müraciət və sualların cavablandırılması
  • Müştərilərlə ünsiyyət və müraciətlərin düzgün yönləndirilməsi
  • Sosial şəbəkələr üçün yeni ideyaların və kontent mövzularının təklif edilməsi
  • Postlar, storilər və digər kommunikasiya materialları üçün mətnlərin hazırlanması
  • Reklam yerləşdirmək, nəticələri təhlil etçək bacarığı
  • Avtomobillərin təqdimatı ilə bağlı foto və video çəkilişlərdə iştirak
  • Avtomobil təqdimat videolarında kamera qarşısında çıxış etmək
  • Lead-lərin qeydiyyatı, izlənilməsi və uçotunun aparılması
  • Marketinq fəaliyyəti üzrə hesabatların hazırlanması
  • Marketinq şöbəsinin gündəlik işlərində və layihələrində iştirak
Namizəddən gözləntilərimiz
  • Təşəbbüskarlıq və məsuliyyətlilik
  • İnsanlarla rahat və nəzakətli ünsiyyət qurmaq bacarığı
  • Sosial media və marketinqə maraq
  • Fikirlərini düzgün və yaradıcı şəkildə ifadə etmək bacarığı
  • Kamera qarşısında sərbəst olmaq
  • Detallara diqqət
  • Daim inkişaf etməyə həvəs
Üstünlük hesab olunur
  • Sosial media idarəçiliyi üzrə təcrübə
  • Kopiraytinq bacarığı
  • Sosial media və marketinq alətlərindən istifadə təcrübəsi
  • Video və foto redaktə alətləri ilə işləmək bacarığı
  • İngilis və rus dillərini bilmək
  • Avtomobil sahəsinə maraq
Biz nə təklif edirik
  • Kia-nın rəsmi distribütor komandasında iş
  • Real marketinq layihələrində birbaşa iştirak
  • Öz ideyalarını həyata keçirmək imkanı
  • Peşəkar inkişaf və öyrənmə mühiti
  • Dinamik və maraqlı iş mühiti

Biz sadəcə tapşırıqları icra edən əməkdaş deyil, təşəbbüs göstərən, məsuliyyət götürən və komanda ilə birlikdə inkişaf etmək istəyən bir insan axtarırıq.

Maraqlanan namizədlər CV-lərini şəxsi mesaj vasitəsilə və ya e.eynullayev@gmail.com e-mail ünvanına göndərə bilərlər.

Yerləşmə
Bakı
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
7 avqust 2026
Dillər
English, Russian

Şirkət haqqında

Kia Azerbaijan
Motor Vehicle Manufacturing · 51-200 · Bakı
Kia Azerbaijan — bütün vakansiyalar

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Honours Academy
Junior · 1+ il
Maaş göstərilməyib

Sosial media üçün kreativ kontent yaratmaq və foto/video çəkilişlər etmək.

Content CreationCreative ThinkingTrend AnalysisSocial Media Management+6
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib

Rəqəmsal platformalar üçün kreativ məzmun hazırlamaq və strateji idarə etmək.

Content CreationSocial Media ManagementDigital MarketingVideo Editing+5
Müraciət etAsan müraciətAsan müraciət
IGNIS ELECTRONICS
Junior · 1 ilBakı
700

Sosial media hesablarını idarə edərək müştəri cəlb etmək və satışları artırmaq üçün təcrübə vacibdir.

Content CreationSocial Media ManagementCustomer ServiceMarketing+3
Müraciət etAsan müraciətAsan müraciət
Bütün oxşar vakansiyalar

Mövzu üzrə materiallar

Bütün materiallar
Göstərilməyib
Marketinq üzrə köməkçi
Müraciət et