Marketinq strategiyasını formalaşdırır, rəqəmsal reklam və sosial media üzrə təcrübə tələb olunur.
Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
- Şirkətin qısa və uzunmüddətli marketinq strategiyasının hazırlanması və icrasına nəzarət edilməsi;
- Brendin tanınmasının artırılması və bazar mövqeyinin gücləndirilməsi üçün kampaniyaların təşkili;
- Rəqiblərin, bazar trendlərinin və müştəri davranışlarının mütəmadi təhlili;
- SMM, Google Ads və digər rəqəmsal kanalların effektiv idarə olunması, performansın ölçülməsi (KPI);
- Marketinq büdcəsinin səmərəli bölüşdürülməsi və xərclərə nəzarət edilməsi;
- Rəqəmsal marketinq kanallarının (Facebook, Instagram, TikTok) idarəsi;
- Müştəri seqmentlərinin müəyyən edilməsi və ona uyğun targetinq ilə reklamların yerləşdirilməsi;
- Dizayn, kopiraytinq və SMM komandasının işinin koordinasiya edilməsi;
- PR təşəbbüslərinin, media əməkdaşlıqlarının və korporativ tədbirlərin təşkili;
- Görülən işlərin effektivliyi barədə həftəlik və aylıq analitik hesabatların rəhbərliyə təqdim edilməsi.
Tələb olunan bilik və bacarıqlar:
- Ali Təhsil (marketinq və ya əlaqəli sahədə)
- Google Ads, Meta Ads, Tiktok Ads, LinkedIn Ads və analitika alətləri ilə işləmək bacarığı;
- SEO/SEM, sosial media, reklam və kontent marketinqi sahələrində dərin biliklər;
- Brend idarəçiliyi və bazar mövqeyinin qurulması üzrə biliklər;
- Yaradıcılıq, təşəbbüskarlıq və problemləri operativ və nəticəyönümlü şəkildə həll etmək bacarığı;
- Stratejik düşünmə və analitika bacarığı;
- Hesabatlılıq və təqdimat hazırlamaq bacarığı;
- Azərbaycan dilində səlis yazılı və şifahi nitq (rus və türk dilini bilməsi üstünlükdür).
İş şəraiti:
- İş qrafiki: 5 günlük, tam ştat
- Əmək haqqı: 1500 Azn
- Ünvan: Babək Plaza
Maraqlanan namizlədlər CV nümunələrini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına, mövzu hissəsinə "Marketinq üzrə menecer" yazaraq göndərə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
Marketinq meneceri üzrə bazar adətən 700–1 500 ₼ ödəyir, median — 1 000 ₼.
28 açıq vakansiya, 43 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Marketinq meneceri kimi öz maaşını yoxlaŞirkət haqqında
Fəaliyyət göstərdiyi müddətdə yüksək keyfiyyətli xidmət göstərməklə müştərilərin etibarını qazanmışdır. Peşəkar işçi heyəti ilə sürücülərə həftənin 7 günü, 24 saat dəstək göstərilir və 1 iş günü ərzində ödənişlər hesaba köçürülür.
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Babək Plaza-da yerləşir.
İş qrafiki həftədə 5 gün, tam ştatdır.
Əmək haqqı 1500 manatdır.
Azərbaycan dilində səlis yazılı və şifahi nitq tələb olunur, rus və türk dili üstünlükdür.
CV nümunələrini mövzu hissəsində "Marketinq üzrə menecer" yazaraq göndərməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarMarketinq meneceri üzrə Bakıda digər açıq elanlar.
Marketinq strategiyasını hazırlayır, brend idarəçiliyi və komanda rəhbərliyi bacarığı tələb olunur.
Qrup Marketinq Meneceri marketinq planlarını hazırlayır və kampaniyaları koordinasiya edir, digital marketing bacarığı tələb olunur.
Marketing strategiyasını hazırlayır, sosial media və kampaniyaları idarə edir, təcrübə tələb olunur.





