Marketinq kampaniyalarını idarə edir və KPI göstəricilərini təhlil etmək bacarığı tələb olunur
Vakansiya haqqında
Barattson “Marketinq mütəxəssisi” vəzifəsi üzrə vakansiya elan edir:
Əsas vəzifə öhdəlikləri:
- Sosial şəbəkələrin idarə olunması;
- Kontent planının hazırlanması və paylaşımlar üçün mətnlərin yazılması;
- Reels videoları üçün ssenarilərin və dizayner, videoqraf üçün briflərin hazırlanması;
- Meta Ads platformasında reklam kampaniyalarının qurulması, işə salınması və optimallaşdırılması;
- Reklam və kontentin effektivliyinin təhlil edilməsi;
- Tədris proqramlarının öyrənilməsi və kursların tanıdılması üçün marketinq materiallarının hazırlanması;
- Marketinq tapşırıqları ilə bağlı müvafiq bölmə rəhbərləri ilə əməkdaşlıq edilməsi;
- Həftəlik hesabatların hazırlanması.
Əsas tələblər:
- Ali təhsil (Marketinq, İqtisadiyyat istiqamətləri üzrə arzu olunandır);
- SMM və digital marketinq sahəsində minimum 2 il iş təcrübəsi;
- Meta Ads Manager ilə praktiki iş təcrübəsi;
- Reklam kampaniyalarını müstəqil şəkildə qurmaq və optimallaşdırmaq bacarığı;
- Reklam mətnlərinin yazılması və kontent planlarının hazırlanması bacarığı;
- Statistik məlumatları təhlil etmək və marketinq fəaliyyətinin nəticələrini qiymətləndirmək bacarığı;
- Məsuliyyətlilik, təşkilatçılıq və işlərin müəyyən edilmiş müddətdə yerinə yetirilməsi;
- Azərbaycan dili sərbəst, ingilis və rus dillərini bilmək üstünlükdür.
Biz nə vəd edirik?
- Peşəkar inkişaf imkanı – daxili və xarici təlimlərdə iştirak, şəxsi və karyera inkişafı üçün dəstək;
- Rahat və müasir iş mühiti;
- Komanda birliyini gücləndirən motivasiyaedici korporativ tədbirlər;
- Ailə üzvlərinə təlimlərdən endirimli istifadə haqqı.
İş şəraiti
- İş qrafiki: Həftəiçi 5 iş günü; iş saatı 10:00 – 19:00
- İş yeri: Elmər filialı;
- Əmək haqqı: 1000 – 1200 AZN
Namizədlərdən CV formaların Müraciət et düyməsində qeyd olunan email ünvanına, mövzu hissədə mütləq vəzifənin adı “Marketinq mütəxəssisi”qeyd olunmaqla göndərməkləri xahiş olunur.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
Marketinq mütəxəssisi üzrə bazar adətən 1 000–1 200 ₼ ödəyir, median — 1 000 ₼.
11 açıq vakansiya, 23 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Marketinq mütəxəssisi kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Elmər filialındadır, Bakı şəhərində.
Həftəiçi 5 iş günü, saat 10:00 – 19:00 arası işlənir.
Əmək haqqı 1000 – 1200 ₼ aralığındadır.
SMM və digital marketinq sahəsində minimum 2 il iş təcrübəsi tələb olunur.
Azərbaycan dili sərbəst olmalıdır, ingilis və rus dillərini bilmək üstünlükdür.
Namizədlərdən CV göndərilməsi tələb olunur. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçMövzu hissədə vəzifənin adı “Marketinq mütəxəssisi” qeyd olunmalıdır. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarMarketinq mütəxəssisi üzrə Bakıda digər açıq elanlar.
Marketinq strategiyasının hazırlanması və reklam kampaniyalarının təşkili üzrə 3 il təcrübəsi olan mütəxəssis.
Marketinq sahəsində işləyir, sosial media və rəqəmsal marketinq bilikləri tələb olunur
Marketinq strategiyasını hazırlayan və bazar analizləri aparan peşəkar marketinq mütəxəssisi.




