Marketinq kampaniyalarını planlaşdırır, sosial media və CRM idarəçiliyində təcrübə tələb olunur.
Vakansiya haqqında
Namizəd birbaşa Marketinq Direktoru ilə çalışacaq, partnyor şirkətlər ilə gündəlik marketinq kommunikasiyasını, reklam kampaniyalarını və müxtəlif layihələrin koordinasiyasını həyata keçirəcək.
Vəzifə öhdəlikləri
- Partnyor şirkətlər ilə gündəlik kommunikasiya və əməkdaşlığın qurulması;
- Reklam kampaniyalarının, aksiyaların və tədbirlərin təşkilində iştirak;
- Sosial media üçün kontentlərin hazırlanmasına və planlaşdırılmasına dəstək;
- Şirkətlər ilə endirim və xüsusi təklif kampaniyalarının koordinasiyası;
- Təqdimatların, hesabatların və marketinq materiallarının hazırlanması;
- Marketinq layihələri üzrə tapşırıqların icrası, izlənilməsi və nəticələrin hesabatlandırılması;
- Marketinq komandası, şirkətlər və digər tərəfdaşlar arasında effektiv koordinasiyanın təmin edilməsi.
Namizədə tələblər
- Marketinq, SMM, layihələrin koordinasiyası və ya müştərilərlə iş sahəsində təcrübə üstünlükdür;
- Yüksək kommunikasiya və təşkilatçılıq bacarığı;
- Eyni zamanda bir neçə layihə və tapşırığı idarə etmək bacarığı;
- Instagram və digər sosial media platformaları haqqında biliklər;
- Azərbaycan və rus dillərində sərbəst ünsiyyət bacarığı;
- İngilis dili biliyi üstünlükdür;
- MS Office proqramları ilə işləmək bacarığı;
- Məsuliyyətli, operativ, kreativ və təşəbbüskar olmaq;
- Komanda ilə işləmək və müstəqil qərar qəbul etmək bacarığı.
İş şəraiti
- İş yeri: Bakı
- İş rejimi: 5 günlük (09:00-18:00)
- Əməkhaqqı: Namizədin təcrübə və bacarıqlarına uyğun olaraq müsahibə əsasında müəyyən ediləcək.
Maraqlanan namizədlər CV-lərini “Marketinq üzrə Koordinator” mövzusu ilə elanda “Müraciət et” bölməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Marketinq mütəxəssisi üzrə bazar adətən 800–1 200 ₼ ödəyir, median — 1 000 ₼.
19 açıq vakansiya, 20 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Marketinq mütəxəssisi kimi öz maaşını yoxlaŞirkət haqqında
Leo Media — bizneslərin inkişafına və brendlərin güclənməsinə yönəlmiş kompleks marketinq həlləri təqdim edən kreativ agentlikdir.
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
İş rejimi həftədə 5 gün, saat 09:00-dan 18:00-dəkdir.
Əməkhaqqı namizədin təcrübə və bacarıqlarına uyğun müsahibə əsasında müəyyən edilir.
Azərbaycan və rus dillərində sərbəst ünsiyyət bacarığı tələb olunur, ingilis dili üstünlükdür.
CV-lər “Marketinq üzrə Koordinator” mövzusu ilə elektron poçt ünvanına göndərilməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarMarketinq mütəxəssisi üzrə Bakıda digər açıq elanlar.
Marketinq tədbirlərini təşkil edir və marketinq materiallarının idarə olunmasını təmin edir.
Trade marketinq strategiyalarını hazırlayır, satış nöqtələrində brend görünürlüğünü təmin edir, analitik bacarıq tələb olunur.
Marketinq fəaliyyətlərini koordinasiya edir və brend idarəçiliyi üzrə əsas bacarıqlara malikdir.




