Marketinq strategiyasının hazırlanması və reklam kampaniyalarının təşkili üzrə 3 il təcrübəsi olan mütəxəssis.
Vakansiya haqqında
Vəzifənin adı: Marketoloq
Vəzifə
- Şirkətin marketinq strategiyasını hazırlamaq, icrasını təmin etmək və davamlı olaraq təkmilləşdirmək;
- Təhsil proqramlarının və xidmətlərinin tanıdılması üçün reklam kampaniyalarını planlaşdırmaq, idarə etmək və effektivliyini qiymətləndirmək;
- Rəqəmsal marketinq fəaliyyətlərini (Google Ads, Meta Ads, e-mail marketinq və s.) planlamaq və həyata keçirmək;
- Sosial media və digər kommunikasiya kanalları üzrə marketinq fəaliyyətlərini koordinasiya etmək;
- Bazar araşdırmaları aparmaq, rəqibləri təhlil etmək və hədəf auditoriyanın ehtiyaclarını müəyyənləşdirmək;
- Brendin tanınmasını artırmaq və tələbə cəlbini gücləndirmək üçün yeni marketinq təşəbbüsləri hazırlamaq;
- Satış və qəbul komandası ilə əməkdaşlıq edərək marketinq dəstəyini təmin etmək;
- Marketinq büdcəsini planlaşdırmaq və istifadəsinə nəzarət etmək;
- Reklam və tanıtım materiallarının (broşür, banner, buklet, roll-up və s.) hazırlanması və keyfiyyətinə nəzarət etmək;
- Aylıq və rüblük marketinq hesabatlarını hazırlamaq, nəticələri təhlil etmək və inkişaf təklifləri vermək.
Tələblər
- Marketinq, Biznesin idarə edilməsi və ya əlaqəli sahə üzrə ali təhsil;
- Marketinq sahəsində minimum 3 il iş təcrübəsi;
- Minimum 26 yaş
- Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı;
- Google Ads, Google Analytics, Meta Ads və digər rəqəmsal marketinq alətləri ilə işləmək bacarığı;
- Marketinq planlaşdırılması və layihələrin idarə edilməsi üzrə təcrübə;
- Analitik düşüncə və nəticəyönümlü yanaşma;
- Güclü ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarığı;
- MS Office proqramlarında, xüsusilə Excel və PowerPoint-də sərbəst işləmək bacarığı;
- Kreativ düşüncə, təşəbbüskarlıq və məsuliyyətlilik;
- Komandada işləmək və müstəqil qərarlar qəbul etmək bacarığı;
- Vaxtın səmərəli idarə olunması və eyni vaxtda bir neçə layihəni idarə etmək bacarığı.
Karyera imkanları və təminatlar
- Korporativ nömrə
- Korporativ telefon
- Şirkət əmək münasibətləri zamanı artan əməkhaqqı və karyera imkanlarını tətbiq edir
Əmək şəraiti və şərtləri
- Ünvan: Bakı
- Əmək haqqı: Müsahibə əsasında təyin edilir
- İş günləri: həftə içi 5 gün (6-cı gün qısaldılmış)
- AR ƏM-nə uyğun sənədləşmə
- Gizlilik təminatı
- Şirkətə müraciət edən namizədlərin fərdi məlumatları, həmçinin müraciəti barədə məlumatlar 3-cü tərəf qarşısında paylaşılmır
Qeyd olunan vakansiya üzrə 30.11.2026-cı il tarixinə qədər müraciət qəbul edilir.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Marketinq mütəxəssisi üzrə bazar adətən 975–1 200 ₼ ödəyir, median — 1 000 ₼.
19 açıq vakansiya, 24 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Marketinq mütəxəssisi kimi öz maaşını yoxlaŞirkət haqqında
EDU Company Təhsil Şirkəti is an Azerbaijani education company, founded in 2013, providing courses and training through a network of branches across the country.
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
Marketinq sahəsində minimum 3 il iş təcrübəsi tələb olunur.
Minimum 26 yaş tələb olunur.
Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı tələb olunur.
Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçMüraciət üçün son tarix 30.11.2026-cı ildir.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarMarketinq mütəxəssisi üzrə Bakıda digər açıq elanlar.
Marketinq kampaniyalarını idarə edir və agentliklərlə əlaqəni təmin edir, güclü layihə idarəetmə bacarıqları tələb olunur.
Marketinq planları hazırlamaq, sosial media və reklam kampaniyalarını idarə etmək bacarığı tələb olunur
Marketinq strategiyalarını hazırlamaq və rəqəmsal kanalların idarə olunmasına cavabdehdir.




