Bacarıqlar və texnologiyalar
Vakansiya haqqında
Komandamız üçün strategiya və yaradıcılığı birləşdirə bilən Marketinq Direktoru axtarışındayıq.
Vəzifə öhdəlikləri:
Şirkətin marketinq strategiyasının hazırlanması və həyata keçirilməsi;
Qısa və uzunmüddətli marketinq fəaliyyət planlarının işlənməsi və tətbiqi;
Bazar meyllərinin və istehlakçı davranışlarının araşdırılması, məhsul və xidmətlərin təkmilləşdirilməsi ilə bağlı təkliflərin verilməsi;
Aylıq, rüblük marketinq planın tərtib olunması və icrası
Tabeliyində olan komandanın idarə olunması
Brend mövqeyinin gücləndirilməsi və brend strategiyasının həyata keçirilməsi;
Rəqəmsal marketinq kanallarının (Facebook, Instagram, TikTok) idərsi;
Web analitikası alətləri (Google Analytics, Hotjar, Yandex.Metrika və s.) vasitəsilə vebsaytdakı nəticələrin təhlili;
Digər şöbələrlə birgə marketinq kampaniyalarının hazırlanması və həyata keçirilməsi;
Müştəri seqmentlərinin müəyyən edilməsi və ona uyğun targetinq ilə reklamların yerləşdirilməsi;
PR təşəbbüslərinin, media əməkdaşlıqlarının və korporativ tədbirlərin təşkili;
Tələb olunan bilik və bacarıqlar:
Ali Təhsil (marketinq və ya əlaqəli sahədə)
Rəqəmsal marketinq kanalları ilə işləmə bacarığı (SEO, SEM və s.);
Google Ads, Meta Ads, Tiktok Ads, LinkedIn Ads və analitika alətləri ilə işləmək bacarığı;
SEO/SEM, sosial media, reklam və kontent marketinqi sahələrində dərin biliklər;
Brend idarəçiliyi və bazar mövqeyinin qurulması üzrə biliklər;
Yaradıcılıq, təşəbbüskarlıq və qərarvermə bacarığı;
Stratejik düşünmə və analitika bacarığı;
Komandada iş və qarşılıqlı əməkdaşlıq bacarığı;
Effektiv kommunikasiya bacarığı;
Problemləri operativ və nəticəyönümlü şəkildə həll etmək bacarığı;
Hesabatlılıq və təqdimat hazırlamaq bacarığı;
Azərbaycan dilində səlis yazılı və şifahi nitq (ingilis dilini bilməsi üstünlükdür).
İş şəraiti:
İş saatı: 1-5 günlər 9:00- 18:00
Əmək haqqı: Fix və Bonusdan ibarətdir. Bu barədə məlumat müsahibə zamanı açıqlanır.
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!
Şirkət haqqında
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

