Marketinq üzrə mütəxəssis / aparıcı mütəxəssis

Baku Steel Company CJSC

Vakansiya haqqında

İşin qısa təsviri

Mütəxəssis şirkətin marketinq strategiyası və fəaliyyət planlarının hazırlanması, brendin tanıdılması, rəqəmsal və ənənəvi marketinq kanallarının idarə olunması, bazar araşdırmalarının aparılması və marketinq tədbirlərinin (sərgi, B2B görüşlər, KSM) təşkilinə cavabdehdir.

Strategiya və Planlaşdırma:

  • İllik marketinq planı və büdcəsinin hazırlanmasında iştirak etmək, təsdiqlənmiş plan üzrə fəaliyyətlərin icrasını təmin etmək;
  • Marketinq fəaliyyətlərinin effektivliyini artırmaq və yeni bazar imkanlarını müəyyənləşdirmək üçün rəhbərliyə təkliflər təqdim etmək.
  • Vəzifə funksiyalarına uyğun sənədləşməni vaxtında və düzgün aparmaq.

Araşdırma və Analitika:

  • Bazar, müştəri, rəqib və mühit üzrə analitik araşdırmalar aparmaq;
  • Beynəlxalq marketinq platformalarını və yeni kommunikasiya kanallarını təhlil etmək;
  • Məhsul/xidmət rəylərini öyrənmək və onların satışlara təsirini təhlil etmək.

Rəqəmsal Marketinq və SMM:

  • SMM, rəqəmsal marketinq kampaniyaları, vebsayt məzmununun yenilənməsi və SEO optimallaşdırılması fəaliyyətlərini təşkil və koordinasiya etmək.

Tədbirlər və B2B Kommunikasiya:

  • Yerli və beynəlxalq sərgi, yarmarka və digər tədbirlərdə şirkətin iştirakını təmin etmək;
  • Kommersiya departamenti ilə birgə B2B görüşlərin təşkilini həyata keçirmək;
  • KSM layihələrini planlaşdırmaq və icra etmək.

PR, Media və Promo Materiallar:

  • Banner, reklam çarxı və promo materialların hazırlanmasına, onların korporativ dizayn və brend standartlarına uyğunluğuna nəzarət etmək;
  • Reklam agentlikləri, dizayn şirkətləri və podratçılarla əməkdaşlığı idarə etmək;
  • Media monitorinqini aparmaq, KİV nümayəndələri ilə işgüzar münasibətlər qurmaq.
Yerləşmə
Bakı
Təcrübə
Middle
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
11 avqust 2026
Son tarix
9 sentyabr 2026

Şirkət haqqında

Baku Steel Company CJSC
Iron and Steel Manufacturing · Baku

Əsası Ulu öndər Heydər Əliyev tərəfindən 2001-ci ildə qoyulan Baku Steel Company(BSC) yarandığı gündən, yeniliyi, keyfiyyəti əsas tutaraq istehsalatını daim artıraraq dünya bazarında rəqabətini qoruyur.

Baku Steel Company CJSC — bütün vakansiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Monetri BOKT MMC
Manager · 3+ il
Maaş göstərilməyib

Marketinq strategiyası hazırlamaq və nəzərəçarpan layihələri idarə etmək bacarığı.

Marketing StrategyGoogle AdsSEOPerformance Marketing+10
Müraciət etAsan müraciətAsan müraciət
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Marketinq üzrə mütəxəssis / aparıcı mütəxəssis
Müraciət et