Marketinq strategiyalarını hazırlayır və icra edir, analitik düşüncə bacarığı tələb olunur.
Vakansiya haqqında
Vəzifənin adı: Marketoloq
Vəzifə
- Şirkətin marketinq strategiyasını hazırlamaq, icrasını təmin etmək və davamlı olaraq təkmilləşdirmək;
- Təhsil proqramlarının və xidmətlərinin tanıdılması üçün reklam kampaniyalarını planlaşdırmaq, idarə etmək və effektivliyini qiymətləndirmək;
- Rəqəmsal marketinq fəaliyyətlərini (Google Ads, Meta Ads, e-mail marketinq və s.) planlamaq və həyata keçirmək;
- Sosial media və digər kommunikasiya kanalları üzrə marketinq fəaliyyətlərini koordinasiya etmək;
- Bazar araşdırmaları aparmaq, rəqibləri təhlil etmək və hədəf auditoriyanın ehtiyaclarını müəyyənləşdirmək;
- Brendin tanınmasını artırmaq və tələbə cəlbini gücləndirmək üçün yeni marketinq təşəbbüsləri hazırlamaq;
- Satış və qəbul komandası ilə əməkdaşlıq edərək marketinq dəstəyini təmin etmək;
- Marketinq büdcəsini planlaşdırmaq və istifadəsinə nəzarət etmək;
- Reklam və tanıtım materiallarının (broşür, banner, buklet, roll-up və s.) hazırlanması və keyfiyyətinə nəzarət etmək;
- Aylıq və rüblük marketinq hesabatlarını hazırlamaq, nəticələri təhlil etmək və inkişaf təklifləri vermək.
Tələblər
- Marketinq, Biznesin idarə edilməsi və ya əlaqəli sahə üzrə ali təhsil;
- Marketinq sahəsində minimum 3 il iş təcrübəsi;
- Minimum 26 yaş
- Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı;
- Google Ads, Google Analytics, Meta Ads və digər rəqəmsal marketinq alətləri ilə işləmək bacarığı;
- Marketinq planlaşdırılması və layihələrin idarə edilməsi üzrə təcrübə;
- Analitik düşüncə və nəticəyönümlü yanaşma;
- Güclü ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarığı;
- MS Office proqramlarında, xüsusilə Excel və PowerPoint-də sərbəst işləmək bacarığı;
- Kreativ düşüncə, təşəbbüskarlıq və məsuliyyətlilik;
- Komandada işləmək və müstəqil qərarlar qəbul etmək bacarığı;
- Vaxtın səmərəli idarə olunması və eyni vaxtda bir neçə layihəni idarə etmək bacarığı.
Karyera imkanları və təminatlar
- Korporativ nömrə
- Korporativ telefon
- Şirkət əmək münasibətləri zamanı artan əməkhaqqı və karyera imkanlarını tətbiq edir
Əmək şəraiti və şərtləri
- Ünvan: Bakı
- Əmək haqqı: Müsahibə əsasında təyin edilir
- İş günləri: həftə içi 5 gün (6-cı gün qısaldılmış)
- AR ƏM-nə uyğun sənədləşmə
- Gizlilik təminatı
- Şirkətə müraciət edən namizədlərin fərdi məlumatları, həmçinin müraciəti barədə məlumatlar 3-cü tərəf qarşısında paylaşılmır
Vakansiya üçün müraciət forması və şərtləri
Vakansiya üzrə tələblərə cavab verən namizədlər aşağıdakı “müraciət et” butonuna daxil ola və ya hr@educompany.az mail ünvanına fərdi CV-lərini göndərə bilərlər.
Yalnız tələblərə cavab verən namizədlərə 3 iş günü ərzində geri dönüş edilir.
Qeyd olunan vakansiya üzrə 15.08.2026-cı il tarixinə qədər müraciət qəbul edilir.
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!
Şirkət haqqında
EDU Company Təhsil Şirkəti is an Azerbaijani education company, founded in 2013, providing courses and training through a network of branches across the country.
EDU COMPANY Təhsil Şirkəti — bütün vakansiyalarMüraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Performans marketinq kampaniyalarını idarə edir və analitik bacarıqlarla optimallaşdırır.
Marketinq strategiyası hazırlamaq və nəzərəçarpan layihələri idarə etmək bacarığı.
Rəqəmsal marketinq strategiyasını icra etmək və kampaniyalara rəhbərlik etmək zəruridir.




