Vakansiya haqqında

Vəzifə öhdəlikləri

  • Şirkətin marketinq strategiyasının hazırlanması;
  • Marketinq kampaniyalarının planlaşdırılması və koordinasiyasını həyata keçirmək;
  • Bazar araşdırmaları aparmaq, rəqib fəaliyyətini təhlil etmək və hesabatlar hazırlamaq;
  • Müştəri ehtiyaclarını araşdırmaq və yeni bazar imkanlarını müəyyənləşdirmək;
  • Brendin tanıtımı istiqamətində marketinq tədbirlərinin təşkili və icrasını təmin etmək;
  • Sərgi, konfrans, təqdimat və digər korporativ tədbirlərin təşkilində iştirak etmək;
  • Reklam və çap materiallarının (broşür, kataloq, buklet, banner və s.) hazırlanmasını koordinasiya etmək;
  • Tərəfdaşlarla, reklam agentlikləri və təchizatçılarla əməkdaşlıq etmək;
  • Marketinq büdcəsinin icrasında iştirak etmək və xərclərə nəzarət etmək;
  • Satış şöbəsi ilə koordinasiyalı işləyərək satışın artırılmasına yönəlmiş marketinq fəaliyyətlərini həyata keçirmək;
  • Müştəri məmnuniyyəti və brend tanınırlığının artırılması istiqamətində təkliflər hazırlamaq;
  • Marketinq fəaliyyətlərinin nəticələrini analiz etmək və rəhbərliyə mütəmadi hesabat təqdim etmək.

Tələblər

  • Marketinq, Biznesin idarə olunması və ya əlaqəli sahə üzrə ali təhsil;
  • Marketinq strategiyasının hazırlanması və icrası üzrə praktiki təcrübə;
  • Rəqəmsal marketinq alətləri (Meta Ads, Google Ads, YouTube və s.) ilə işləmək bacarığı;
  • Bazar araşdırması, rəqib analizi və marketinq analitikası üzrə təcrübə;
  • Marketinq büdcəsinin planlaşdırılması və idarə olunması bacarığı;
  • Azərbaycan və rus dillərini sərbəst bilmək (ingilis dili üstünlükdür);
  • MS Office proqramlarını, xüsusilə Excel-i yüksək səviyyədə bilmək;
  • Analitik düşüncə, təşəbbüskarlıq, məsuliyyət və nəticəyönümlü iş yanaşması.
  • Reklam kompaniyaları haqqında anlayış;

İş şəraiti

  • Əməkhaqqı: Müsahibə əsasında razılaşma yolu ilə;
  • İş qrafiki: Həftə içi 5 gün, saat 09:00 – 18:00;

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Yerləşmə
Azərbaycan
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
3 avqust 2026
Dillər
Azerbaijani, Russian, English
Son tarix
3 sentyabr 2026

Şirkət haqqında

Minor Business Group
Peşəkar, elmi və texniki fəaliyyətlər, Hüquq xidmətləri

“MİNOR BUSİNESS GROUP” MMC, hüquqi şəxslərə, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə və müxtəlif təşkilati-hüquqi formalı müəssisələrə, HÜQUQ-KONSALTİNQ xidmətləri göstərərək, biznesin bütün…

Minor Business Group — bütün vakansiyalar

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
Göstərilməyib
Rəqəmsal marketinq üzrə mütəxəssis
Müraciət et