Xarici kommunikasiya üzrə baş mütəxəssis

PASHA Bank

Vakansiya haqqında

Təsvir

  • Mətbuat konfransları təşkil etmək və onların ölkənin əsas kütləvi informasiya vasitələrində geniş əhatəyə malik olmasını təmin etmək;
  • Bankın mediada qazanılmış əhatə dairəsinin genişləndirilməsi üçün ölkənin aparıcı media qurumlarının jurnalistləri ilə sıx əlaqələr yaratmaq və qoruyub saxlamaq;
  • Müsahibələr və əhatə dairəsinin genişləndirilməsi üçün jurnalistlər və digər media əməkdaşlarından gələn sorğuları cavablandırmaq;
  • Xarici kommunikasiya planlarına uyğun olaraq yerli və beynəlxalq media, bankın xarici (internet) və daxili (intranet) vebsaytları və digər xarici və daxili nəşrlər (Baş İcraçı Direktordan gələn mütəmadi məktublar daxil olmaqla) üçün məzmunu hazırlamaq, redaktə etmək və təsdiqləmək;
  • Bankın daxili və xarici veb portallarının ümumi şəkildə idarə edilməsini təmin etmək;
  • Bankın “İllik” və “Davamlılıq” Hesabatlarının hazırlanması üzrə təşəbbüs göstərmək, planlaşdırmaq, büdcələndirmək və Bankın departamentlər arası koordinasiyasını təşkil etmək;
  • Bankın mediada optimal əhatə dairəsinə malik olmasını təmin etmək; Bankın və onun əsas rəqiblərinin cari maliyyə və bankla əlaqəli məsələlərini və qeydlərini daimi monitorinq və təhlil etmək; Aylıq/illik analiz aparmaq;
  • Peşəkar auditoriya, iqtisadi araşdırma mərkəzləri və ixtisaslaşdırılmış dövri nəşrlərlə əlaqələri inkişaf etdirmək;
  • “Baş icraçı direktorla səhər yeməyi”/”İdarə Heyətinin üzvləri ilə səhər yeməyi”/Baş icraçı direktorla nahar” layihələri həyata keçirmək; Bankın əməliyyatlarının təkmilləşdirilməsi üçün təkliflərin icra edilməsinə dair prosesləri koordinasiya etmək və hesabat vermək (Baş icraçı direktora və işçilərə); “PAŞA Holdinq”- də həyata keçirilən eyni layihəsi üzrə işlərin koordinasiyası və PBA aid məsələlər üzrə mütəmadi olaraq baxmaq/icra olunması üzrə işi təşkil etmək;
  • PBA, PBT və PBG birləşdirən “NOVA” daxili rüblük jurnalını planlaşdırmaq, hazırlamaq və nəşr etmək.

Tələblər

  • Təhsil səviyyəsi və istiqaməti: Bakalavr təhsili (Jurnalistika);
  • İş təcrübəsi (il və/və ya sahə olaraq): Müvafiq sahədə ən az 4+ il;
  • Kompüter bilikləri: MS Office proqramları;
  • Dil bilikləri: Azərbaycan, Rus, İngilis (sərbəst);
  • Digər: Yaradıcılıq, tez uyğunlaşma və auditoriya qarşısında çıxış etmək bacarığı.

Vakansiya növü - Tam ştat

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Yerləşmə
Azərbaycan
Təcrübə
4+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
30 iyul 2026
Dillər
Azerbaijani, Russian, English
Son tarix
30 avqust 2026

Şirkət haqqında

PASHA Bank
Banking · Baku
PASHA Bank — bütün vakansiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

AzTelco Group MMC
Senior · 5–6 il
Maaş göstərilməyib

Şirkətin ictimaiyyətlə əlaqələrini idarə edir və media ilə iş bacarıqları tələb olunur.

Public RelationsPress Release WritingEvent OrganizationContent Creation+8
Müraciət et
Honours Academy
Junior · 1+ il
Maaş göstərilməyib

Sosial media üçün kreativ kontent yaratmaq və foto/video çəkilişlər etmək.

Content CreationCreative ThinkingTrend AnalysisSocial Media Management+6
Müraciət etAsan müraciətAsan müraciət
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Xarici kommunikasiya üzrə baş mütəxəssis
Müraciət et