Elektron platformalarda məhsul kontentini idarə etmək və SEO üzrə bilik tələb olunur
Vakansiya haqqında
Təsvir
- Məhsullar haqqında məlumatları etibarlı mənbələrdən toplayıb yoxlamaq, sayta, marketplace`lərdə və daxili sistemə daxil etmək;
- Təsdiq olunmuş plana uyğun olaraq yeni məhsul və kateqoriyaları platformalarda yerləşdirmək;
- Məhsul kartlarını hazırlamaq və təkmilləşdirmək - başlıqlar, unikal təsvirlər və məhsul xüsusiyyətlərini əlavə etmək;
- Şəkil və infoqrafikaları hazırlamaq, redaktə etmək və platformalara yükləmək;
- Məhsul səhifələrinin SEO elementləri, o cümlədən title və description üzərində işləmək;
- ERP sistemində məhsul məlumatlarını emal etmək və məzmunu aktual saxlamaq.
İş şəraiti:
- İş qrafiki: I-V günlər
- İş yeri: Baş ofis
Tələblər
- Elektron platformalarda kontentinin idarə edilməsi sahəsində ən azı 2 il iş təcrübəsi arzuolunandır;
- Azərbaycan və rus dilində səlis yazı bacarığı, ingilis dili biliyi üstünlükdür;
- Magento, Shopify, WooCommerce, OpenCart və ya digər CMS platformalarında biri ilə iş təcrübəsi;
- Excel`də, o cümlədən böyük həcmli məlumatlarla işləmə bacarığı;
- Adobe Photoshop, Adobe Illustrator və ya Canva ilə şəkillərin redaktəsi üzrə baza bilikləri arzuolunandır;
- Diqqətlilik, məsuliyyət, işləri prioritetləşdirmək və son tarixlərə riayət etmək bacarığı;
- Komanda ilə işləmək və yeni alətləri öyrənmək həvəsi.
Üstünlük veriləcək:
- Gözəllik (beauty) və ya pərakəndə satış (retail) sahəsində ən azı 1-2 il iş təcrübəsi arzuolunandır.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Rəqəmsal kontent üzrə mütəxəssis üzrə bazar adətən 500–700 ₼ ödəyir, median — 575 ₼.
13 açıq vakansiya, 12 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Rəqəmsal kontent üzrə mütəxəssis kimi öz maaşını yoxlaŞirkət haqqında
“Kontakt” pərakəndə satış sektoru üzrə Azərbaycanın aparıcı mağazalar şəbəkəsidir. Şirkət hazırda ölkə üzrə 50-dən çox mağaza, ölkə sərhədlərindən kənarda – isə Gürcüstanın müxtəlif bölgələrində fəaliyyət göstərir.
Müraciətin
Bu vakansiya haqqında suallar
İş Bakı şəhərində, baş ofisdədir.
İş həftənin I-V günləri təşkil olunur.
Elektron platformalarda kontentin idarə olunması sahəsində ən azı 2 il təcrübə arzuolunandır.
Magento, Shopify, WooCommerce, OpenCart və ya digər CMS platformalarından biri ilə iş təcrübəsi tələb olunur.
Excel, Adobe Photoshop, Adobe Illustrator və ya Canva proqramlarında baza bilikləri arzuolunandır.
Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarRəqəmsal kontent üzrə mütəxəssis üzrə Bakıda digər açıq elanlar.
Onlayn mağaza üçün məhsul kontenti yaradır və CMS, SEO bilikləri tələb olunur
Sosial media hesablarının idarə olunmasına və foto-video kontent hazırlanmasına dəstək göstərir, SMM və video montaj bacarıqları tələb olunur
Kampaniya üçün rəqəmsal və çap materialları hazırlamaq və layihələri idarə etmək üçün marketinq mütəxəssisi.


