Rəqəmsal marketinq və süni intellekt kontent meneceri

StudyLab

Vakansiya haqqında

“StudyLab” Mərkəzi Xaricdə Təhsil üzrə Digital Marketing & AI Content Manager vəzifəsi üzrə vakansiya elan edir!

“StudyLab” şirkətinin rəqəmsal platformalarda inkişafını təmin etmək, sosial media kanallarını peşəkar şəkildə idarə etmək, auditoriyanı genişləndirmək, şirkətin xidmət və məhsullarının effektiv tanıtımını həyata keçirmək və müasir AI texnologiyalarından istifadə etməklə digital marketinq fəaliyyətini inkişaf etdirmək.

İş barədə məlumat:

  • Şirkətin Digital Marketing və Social Media strategiyasını hazırlamaq və həyata keçirmək;
  • Instagram, TikTok, Facebook və digər aktual sosial media platformalarını idarə etmək və inkişaf etdirmək;
  • Şirkətin müxtəlif xidmət və məhsul istiqamətləri üzrə kontent-plan hazırlamaq;
  • Reels, Stories, postlar və digər rəqəmsal kontentin hazırlanmasını və paylaşılmasını təmin etmək;
  • Sosial şəbəkələrdə auditoriyanın, baxışların, engagement və müraciətlərin artırılması istiqamətində sistemli şəkildə işləmək;
  • Meta Business Suite / Meta Ads Manager vasitəsilə reklam kampaniyalarını hazırlamaq, idarə etmək və optimallaşdırmaq;
  • Reklam kampaniyalarının nəticələrini və əsas göstəricilərini təhlil etmək;
  • ChatGPT, Claude, Gemini və digər müasir AI alətlərindən kontent, araşdırma, ideya, mətn, vizual və marketinq materiallarının hazırlanmasında effektiv istifadə etmək;
  • Canva, CapCut və digər müasir digital alətlərdən istifadə etməklə vizual və video kontent hazırlamaq;
  • Şirkətin məhsul və xidmətləri üçün kreativ reklam ideyaları, kampaniyalar, satış yönümlü mətnlər və CTA-lar hazırlamaq;
  • Instagram və TikTok üzrə aktual trendləri, alqoritmləri və yeni digital marketing alətlərini mütəmadi izləmək və tətbiq etmək;
  • Şirkətin foto və video çəkilişlərinin planlaşdırılmasında və həyata keçirilməsində iştirak etmək;
  • Digital marketinq nəticələri üzrə rəhbərliyə dövri hesabatlar və inkişaf təklifləri təqdim etmək;

Namizədə tələblər:

  • SMM / Digital Marketing / Content Marketing sahəsində minimum 2 il iş təcrübəsi;
  • Instagram, TikTok və Facebook platformalarında kommersiya hesablarının idarə olunması üzrə praktiki təcrübə;
  • Digital marketing, brendin tanıdılması və auditoriyanın genişləndirilməsi prinsiplərini yaxşı bilmək;
  • Meta Business Suite / Meta Ads Manager ilə işləmək bacarığı;
  • ChatGPT, Claude, Gemini və digər müasir AI alətlərindən sərbəst və effektiv istifadə etmək;
  • AI vasitəsilə kontent, araşdırma, mətn, vizual və video materialların hazırlanması bacarığı;
  • Canva və CapCut proqramlarında sərbəst işləmək;Reels, Stories və digər qısa video formatlarının hazırlanması və montajı bacarığı;
  • Instagram və TikTok alqoritmləri, trendləri və auditoriya davranışı haqqında yaxşı anlayış;
  • Güclü copywriting və storytelling bacarığı;
  • Digital marketinq nəticələrini və əsas göstəriciləri təhlil etmək bacarığı;
  • Müstəqil şəkildə kontent-plan hazırlamaq və yeni ideyalar irəli sürmək bacarığı;
  • Yüksək vizual zövq, kreativlik, təşəbbüskarlıq və məsuliyyət;
  • Azərbaycan dili – yüksək səviyyədə; İngilis dili – B2 və üzəri; Rus dili – üstünlükdür;

Maraqlanan namizədlər mövzu yerində “Digital Marketing & AI Content Manager” yazmaqla öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.

Portfolio və əvvəl idarə etdiyi sosial media hesablarının təqdim olunması mütləqdir.

Bazar ertəsi – Cümə 10:00 -18:30 / Şənbə 10:00 - 16:00

“StudyLab” Mərkəz Ofis / Ünvan: Ataturk Prospekti 39A

Yuxarıda göstərilən tələblərə cavab verən şəxslər müsahibəyə dəvət olunacaqlar!

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

CV‑ni yoxla
Yerləşmə
Bakı, Ataturk Prospekti 39A
Təcrübə
2+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
7 oktyabr 2026
Dillər
Azerbaijani, English, Russian
Son tarix
7 noyabr 2026
HRX ilə müraciət
1
Baxış
77

Maaş bazarla müqayisədə

İşəgötürən məbləği göstərməyib. Rəqəmsal marketinq mütəxəssisi üzrə bazar adətən 700–1 300 ₼ ödəyir, median — 990 ₼.

adətən bu qədər ödəyirlərnadir hallarda

28 açıq vakansiya, 52 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

Rəqəmsal marketinq mütəxəssisi kimi öz maaşını yoxla

Şirkət haqqında

StudyLab
Təhsil, Təlim və peşəkar inkişaf · Baku
StudyLab — bütün vakansiyalar

StudyLab Təhsil və İnkişaf Mərkəzi XXI əsrdə insanın əsas məqsədini səmərəlilikdə, yəni inkişaf etməkdə, öyrənməkdə və imkanlarını maksimum dərəcədə artırmaqda görən və buna inanan peşəkar təlimçilər və iş adamları tərəfindən 2019-cu ildə…

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bu vakansiya haqqında suallar

İş yeri Bakıda, Ataturk Prospekti 39A ünvanındadır.

Bazar ertəsi – Cümə 10:00 -18:30, Şənbə 10:00 - 16:00 saatları arasında işlənir.

Minimum 2 il SMM / Digital Marketing sahəsində iş təcrübəsi tələb olunur.

Mövzu yerində “Digital Marketing & AI Content Manager” yazmaqla CV və portfolio göndərilməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.

Müraciət formasına keç

Meta Business Suite, Meta Ads Manager, ChatGPT, Claude, Gemini, Canva və CapCut proqramları istifadə olunur.

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Rəqəmsal marketinq mütəxəssisi üzrə Bakıda digər açıq elanlar.

Bütün oxşar vakansiyalar
Göstərilməyib
Rəqəmsal marketinq və süni intellekt kontent meneceri
Müraciət et