Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
- Meta Ads, Google Ads, TikTok Ads, LinkedIn Ads və digər rəqəmsal platformalarda reklam kampaniyalarını planlaşdırmaq, idarə etmək və optimallaşdırmaq.
- Rəqəmsal reklam büdcəsinin səmərəli idarə olunmasını təmin etmək.
- Hədəf auditoriyanı, istehlakçı davranışlarını və bazar trendlərini təhlil edərək effektiv reklam strategiyaları hazırlamaq.
- Məhsul, büdcə və hədəf auditoriyaya uyğun ən effektiv reklam kanallarını müəyyənləşdirmək.
- Reklam kampaniyalarının nəticələrini təhlil etmək, mütəmadi hesabatlar hazırlamaq və optimallaşdırma təklifləri vermək.
- Google Analytics 4 (GA4), Google Tag Manager (GTM), Meta Events Manager və digər analitika alətləri vasitəsilə istifadəçi davranışını və reklam nəticələrini izləmək.
- Reklamlarda A/B testləri keçirmək və ən effektiv reklam variantlarını müəyyənləşdirmək.
- Veb-saytın performansını təhlil etmək, trafik və konversiyanın artırılması üzrə təkliflər hazırlamaq.
- SEO üzrə işləri koordinasiya etmək və ya outsource tərəfdaşın fəaliyyətinə nəzarət etmək.
- KPI, ROI, ROAS, ROMI, CPA, CPL və digər performans göstəricilərini izləmək və təhlil etmək.
- Digital bazarı, yeni texnologiyaları və rəqiblərin fəaliyyətini izləyərək biznes üçün yeni həllər və marketinq alətləri təklif etmək.
- Marketinq komandası ilə əməkdaşlıq edərək rəqəmsal kampaniyaların hazırlanmasını və icrasını təmin etmək.
- Françayzer və korporativ brend standartlarına riayət olunmasını təmin etmək (zəruri hallarda).
- Vəzifə funksiyalarına uyğun rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
Tələblər:
- Digital Marketinq və ya Performance Marketing sahəsində minimum 5 il iş təcrübəsi.
- Meta Ads, Google Ads, TikTok Ads platformalarında praktiki təcrübə.
- GA4, Google Tag Manager, Google Search Console, Meta Ads Manager və SEO/SEM üzrə biliklər.
- Reklam büdcəsinin idarə olunması və göstəricilərinin təhlili bacarığı.
- Excel proqramını yaxşı səviyyədə bilmək və analitik düşüncə tərzinə sahib olmaq.
- E-commerce və Retail sahəsində təcrübə.
- Rus və ingilis dili bilikləri üstünlükdür.
- Məsuliyyətli, nəticəyönümlü, analitik düşüncəli və komanda ilə işləmək bacarığı.
Şərtlər:
- Əmək haqqı: Müsahibə əsasında
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi
- İş qrafiki: Bazar ertəsi–Cümə / 09:00–18:00
- Şirkət tərəfindən naharla təmin olunur
- Peşəkar inkişaf və karyera imkanları
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Yerləşmə
Azərbaycan
Təcrübə
5+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
3 avqust 2026
Dillər
Russian, English
Son tarix
3 sentyabr 2026
Şirkət haqqında
Arash Medical Company
Topdansatış və pərakəndə ticarət, Topdansatış və distribusiya
Arash Medical Company yalnız tibbi texnologiyaların deyil, həm də etibarlı satış və peşəkar servis xidmətinin ünvanıdır. İxtisaslaşmış servis komandamız distributoru olduğumuz beynəlxalq brendlərin rəsmi təlim proqramlarında mütəmadi…
Arash Medical Company — bütün vakansiyalarMüraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Maaş göstərilməyib3 gün qalıb
Müraciət etAsan müraciətAsan müraciət
1 300–1 500₼2 gün qalıb
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib
Rəqəmsal marketinq strategiyasını hazırlayır və SEO, analitika alətlərində təcrübə tələb olunur
Maaş göstərilməyib
Rəqəmsal marketinq strategiyalarını hazırlamaq və Meta Ads ilə Google Ads işlətmək.
Müraciət etAsan müraciətAsan müraciət




