Vakansiya haqqında

Alievs Space LLC komandasına part-time Marketing Manager axtarırıq.

Biz veb saytlar, onlayn mağazalar və mobil tətbiqlər hazırlayan komandayıq. Bu yaxınlarda Tbilisidə yeni filialımızı açdıq və marketinq istiqamətini gücləndirmək istəyirik.

Vəzifə öhdəlikləri:

  • Şirkətin LinkedIn, Instagram və digər sosial media kanallarının idarə edilməsi
  • Aylıq kontent planının hazırlanması və icrası
  • Potensial müştərilərlə ilkin əlaqə kampaniyalarının aparılması
  • Google Ads və Meta Ads kampaniyalarının qurulması, nəticələrin təhlili
  • Tamamlanmış layihələr üzrə portfolio və case study materiallarının hazırlanması
  • Rəqiblərin və bazarın müntəzəm təhlili

Tələblər:

  • Rəqəmsal marketinq sahəsində minimum 1-2 il iş təcrübəsi
  • İngilis dilində sərbəst yazışma bacarığı — müştərilərimizin bir hissəsi beynəlxalqdır
  • Sosial media idarəetmə və analitika alətləri ilə iş bacarığı
  • Rəqəmlərlə işləmək və nəticəni ölçmək bacarığı
  • Azərbaycan dili — sərbəst; rus dili biliyi üstünlükdür

Üstünlük sayılır:

  • IT və ya proqram təminatı sahəsində marketinq təcrübəsi
  • Google Ads / Meta Ads sertifikatları
  • Gürcüstan bazarı ilə tanışlıq

Biz təklif edirik:

  • Part-time çevik iş qrafiki
  • Bakı ofisində iş
  • Beynəlxalq layihələrdə iştirak
  • Genişlənən komandada real təsir göstərmək imkanı
  • Peşəkar inkişaf üçün dəstək

Müraciət üçün CV-nizi LinkedIn vasitəsilə göndərin.

Yerləşmə
Bakı
Təcrübə
1–2 il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
23 avqust 2026
Dillər
Azerbaijani, English, Russian

Şirkət haqqında

Alievs Space LLC
Information Services · 11-50 · Bakı
Alievs Space LLC — bütün vakansiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
Göstərilməyib
Marketinq meneceri
Müraciət et