Rəqəmsal marketinq strategiyalarını hazırlayır, sosial media və reklam kampaniyalarını idarə edir.
Vakansiya haqqında
İş yeri: Time Business Center (Time Tower)
Vəzifə öhdəlikləri:
- Sosial media hesablarından daxil olan müraciətlərin cavablandırılması;
- Sosial media üçün gündəlik Story-lərin hazırlanması və paylaşılması;
- Həftəlik və aylıq hesabatların hazırlanması;
- Həftəlik və aylıq kontent planlarının tərtib edilməsi;
- Sosial media üçün Reels və digər vizual kontentlərin hazırlanması;
- Əlamətdar günlərə və xüsusi tədbirlərə uyğun postların hazırlanması;
- Şirkətə məxsus veb-saytların və Google Business səhifələrinin idarə olunması və yenilənməsi;
- Kampaniyaların, menyuların, qiymətlərin və fotoşəkillərin yenilənməsi;
- E-mail marketing kampaniyaları üçün dizaynların hazırlanması və göndərilməsi;
- Menyuların dizayn və tərtibatının hazırlanması;
- Kontent çəkilişləri üçün moodboard və kreativ nümunələrin hazırlanması;
- Müxtəlif təqdimatların (prezentasiyaların) hazırlanması.
Tələblər:
- Marketinq sahəsində müvafiq iş təcrübəsi mütləqdir;
- Azərbaycan, rus və ingilis dillərini bilmək;
- Sosial media və rəqəmsal marketinq sahəsində bilik və təcrübə;
- Kreativ düşüncə və güclü vizual zövq;
- Analitik düşüncə və hesabat hazırlamaq bacarığı;
- Yüksək kommunikasiya və təşkilatçılıq bacarığı;
- Məsuliyyətli, operativ və komanda ilə işləmək bacarığı.
İş şəraiti:
- 5 günlük iş rejimi (09:00-18:00)
- Əmək haqqı: 800-1000 AZN (Əməkhaqqı namizədin iş təcrübəsi və bilik səviyyəsindən asılı olaraq müəyyən ediləcək)
CV-nizi mövzu hissəsində “Marketinq mütəxəssisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
Rəqəmsal marketinq mütəxəssisi üzrə bazar adətən 750–1 250 ₼ ödəyir, median — 1 000 ₼.
25 açıq vakansiya, 59 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Rəqəmsal marketinq mütəxəssisi kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş 5 günlük rejimdə, saat 09:00-dan 18:00-dəkdir.
Əmək haqqı 800-1000 ₼ aralığında, təcrübə və bilik səviyyəsindən asılıdır.
İş yeri Time Business Center (Time Tower), Bakı şəhərindədir.
CV-nizi mövzu hissəsində “Marketinq mütəxəssisi” qeyd etməklə müraciət edin. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarRəqəmsal marketinq mütəxəssisi üzrə Bakıda digər açıq elanlar.
Marketinq üzrə mütəxəssis kimi kontent hazırlamaq və marketinq kampaniyalarını idarə etmək tələb olunur
Rəqəmsal marketinq və veb dizayn üzrə kampaniyalar hazırlamaq və Wix ilə işləmək bacarığı tələb olunur
Sosial media hesablarını idarə edir, yaradıcı kontent hazırlayır və reklam kampaniyalarını aparır.



