Vakansiya haqqında

Mebel və elektronika sahəsində qabaqcıl brendləri müştərilərimizə təqdim edən, daim böyüyən və yeniliklərə açıq olan mağazalar şəbəkəmiz üçün rəqəmsal dünyadakı səsimiz olacaq, dinamik və yaradıcı "Rəqəmsal Marketinq Mütəxəssisi" axtarırıq!

Əsas Öhdəliklər və Vəzifə Funksiyaları:

  • Şirkətin mebel və elektronika məhsullarının onlayn satışını və tanınmasını artırmaq üçün rəqəmsal marketinq strategiyasını hazırlamaq və icra etmək;
  • Meta (Facebook, Instagram) və Google Ads (Search, Display, Shopping) platformalarında effektiv reklam kampaniyaları qurmaq, idarə etmək və optimallaşdırmaq;
  • Rəqəmsal reklam büdcəsini idarə etmək və ROI (investisiya gəlirliyi) göstəricilərini maksimuma çatdırmaq;
  • Veb-sayt və sosial media analitikası alətləri (Google Analytics, Facebook Pixel və s.) vasitəsilə kampaniyaların hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək;
  • Elektron ticarət (E-commerce) trendlərini və rəqiblərin rəqəmsal fəaliyyətlərini izləyərək yeni təkliflər irəli sürmək;
  • SMM və dizayn komandası ilə koordinasiyalı çalışaraq reklamlar üçün cəlbedici vizual və mətn kontentinin hazırlanmasına istiqamət vermək;
  • Remarketing (Yenidən hədəfləmə) strategiyaları ilə potensial müştəriləri real alıcılara çevirmək.

Namizədə Daxil Olan Tələblər:

  • Ali təhsil (Marketinq, Biznesin idarə edilməsi və ya müvafiq sahə üzrə üstünlükdür);
  • Rəqəmsal marketinq sahəsində minimum 2 il iş təcrübəsi (Mebel, elektronika və ya retail/pərakəndə satış sahəsində təcrübəsi olanlara üstünlük veriləcək);
  • Meta Ads Manager və Google Ads platformaları ilə peşəkar səviyyədə işləmək bacarığı;
  • Google Analytics, Google Tag Manager və Pixel quraşdırılması üzrə biliklər;
  • Azərbaycan dilində mükəmməl yazı və şifahi ünsiyyət bacarığı;
  • Analitik düşünmə, məlumatlarla işləmə və hesabatlılıq qabiliyyəti;
  • Komandada işləmək və çevik qərarvermə bacarığı.

İş Şəraiti:

  • İş qrafiki: Həftədə 6 gün;
  • Əmək haqqı: 800 AZN + KPI bonusları (Namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə əsasında müəyyən ediləcək);
  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmiləşdirilmə;
  • Peşəkar komanda və karyera yüksəlişi imkanları;
  • Ünvan: Bakı, Yasamal r/n, İnşaatçılar m/s., Üç Tac binası.

Maraqlanan namizədlər CV-lərini Azərbaycan dilində göndərmələri xahiş olunur.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

CV‑ni yoxla
Yerləşmə
Bakı, Yasamal r/n, İnşaatçılar m/s., Üç Tac binası
Təcrübə
2+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
800 ₼
Yerləşdirilib
24 sentyabr 2026
Dillər
Azerbaijani
Son tarix
24 oktyabr 2026
HRX ilə müraciət
2
Baxış
16

Maaş bazarla müqayisədə

Rəqəmsal marketinq mütəxəssisi üzrə bazar adətən 750–1 350 ₼ ödəyir, median — 1 000 ₼.

bu vakansiya · 800 ₼
adətən bu qədər ödəyirlərnadir hallardabu vakansiya

23 açıq vakansiya, 50 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

Rəqəmsal marketinq mütəxəssisi kimi öz maaşını yoxla

Şirkət haqqında

Rifah Group
Topdansatış və pərakəndə ticarət, İxtisaslaşmış pərakəndə ticarət · Baku
Rifah Group — bütün vakansiyalar

1994-cü ildən faəliyyət göstərən, müştərilərinə mebel və ev avadanlıqları satışı ilə məşğul olan yerli şirkət. Məqsədimiz qarşıdakı 3 il ərzində müasir standartlara uyğun korporativ şirkət qurmaq və bu yeni inkişaf strategiyası…

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bu vakansiya haqqında suallar

İş yeri Bakı, Yasamal rayonu, İnşaatçılar metrosu yaxınlığında, Üç Tac binasında yerləşir.

İş həftədə 6 gün təşkil olunur.

Əmək haqqı 800 manatdır və əlavə olaraq KPI bonusları mövcuddur.

Namizədlərdən Azərbaycan dilində CV tələb olunur. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.

Müraciət formasına keç

Rəqəmsal marketinq sahəsində minimum 2 il iş təcrübəsi tələb olunur.

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Rəqəmsal marketinq mütəxəssisi üzrə Bakıda digər açıq elanlar.

NewCond
Middle · 2+ ilBakı
1 200–1 500₼

Rəqəmsal marketinq kampaniyalarını idarə edir və Meta Ads, Google Ads biliklərinə malikdir.

Meta AdsGoogle AdsTikTok AdsDigital Marketing Strategy+15
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar
800 ₼
Rəqəmsal marketinq mütəxəssisi
Müraciət et