Vakansiya haqqında

Vəzifənin məqsədi:

  • Şirkətin təmsil etdiyi brendlərin tanıtımını, məhsul və xidmətlərin təqdimatını təmin etmək, izləyici kütləsini artırmaq və müştəri ilə rəqəmsal ünsiyyəti gücləndirmək.

Vəzifə Öhdəlikləri

  • Performance Marketinq: Meta Ads, Google Ads və TikTok reklam kampaniyalarının strategiyasının qurulması, icrası, idarə edilməsi və optimizasiyası
  • Partnyor və Şəbəkə İdarəedilməsi: Diler, diler şəbəkələri və korporativ partnyorlarla birgə rəqəmsal marketinq fəaliyyətlərinin, ortaq kampaniyaların və ko-branding layihələrinin əlaqələndirilməsi və idarə olunması.
  • Büdcə Planlaması: Aylıq və rüblük rəqəmsal reklam büdcələrinin planlaşdırılması, xərclərin bölgüsü, kanallar arası optimizasiyası və effektivliyinin izlənilməsi.
  • Tədbir və Kampaniya Dəstəyi (Extra Effort): Şirkətin iştirak etdiyi sərgilər, diler görüşləri, yeni məhsul təqdimatları və böyük satış kampaniyaları (məsələn: Yeni il, Black Friday və s.) zamanı əlavə resurs və vaxt sərf edərək (extra effort) rəqəmsal dəstəyin, xüsusi səhifələrin və reklamların vaxtında işə salınmasının təmin edilməsi.
  • Analitika və İzləmə: GA4, Google Tag Manager, Meta Pixel və Conversion API inteqrasiyalarının qurulması, həmçinin Google Search Console vasitəsilə SEO performansının izlənilməsi.
  • Metrik Nəzarəti: CTR, CPC, CPL, CPA, ROAS və digər əsas performans göstəricilərinin gündəlik və aylıq izlənməsi, rəqabətli mühitdə Google Ads Auksion İnsights analizi. Veb-sayt idarəetməsi ilə bağlı təcrübəyə sahib olmaq.
  • Auditoriya və Strategiya: Hədəf kütlələrin seqmentləşdirilməsi, remarketing/retargeting kampaniyalarının təşkili və bazar tendensiyalarının təhlili.
  • Kreativ İdarəetmə: Kontent komandası üçün reklam yönümlü brieflərin hazırlanması, veb-sayt və landing page-lərin optimizasiyası üzrə tövsiyələr.
  • Hesabatlılıq: Aylıq rəqəmsal marketinq hesabatlarının hazırlanması və büdcənin effektivliyinin artırılması istiqamətində təkliflərin verilməsi.

Namizədə Tələblər

  • Marketinq sahəsində minimum 2il rəqəmsal üzrə minimum 1il praktiki iş təcrübəsi (Middle səviyyəyə uyğun olaraq müstəqil qərar qəbul etmə və büdcə idarəetmə bacarığı).
  • Meta Ads Manager və Google Ads platformalarında sərbəst, peşəkar səviyyədə işləmə təcrübəsi.
  • B2B şəbəkələr, diler kanalları və ya partnyor münasibətləri istiqamətində marketinq fəaliyyətlərinin idarə olunmasında təcrübə.
  • GA4, Google Tag Manager və Pixel/Conversion API quraşdırmalarında dərindən praktiki biliklər.
  • Büdcə planlaması, xərclərin optimizasiyası və reklam metriklərinin Excel / Google Sheets vasitəsilə analizi.
  • Çoxsaylı layihələri idarə etmək bacarığı, intensiv iş qrafikinə və tədbir dövrlərində çevik (flexible/extra effort) iş rejiminə uyğunlaşma.
  • Analitik düşüncə, detallara diqqət və nəticəyönümlü yanaşma.
  • Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət, texniki materialları oxumaq üçün səviyyədə İngilis dili.
  • E-commerce və B2B lead generation layihələrində işləmiş olmaq (klimatik avadanlıqlar və ya texniki məhsul sektorunda təcrübə əlavə üstünlükdür).
  • SEO prinsipləri və baza səviyyəsində optimizasiya bilikləri.

Biz Nə Təklif Edirik?

  • Real və geniş miqyaslı Çin brendləri ilə B2B/B2C layihələr üzərində işləmək imkanı.
  • Peşəkar inkişaf, rəqəmsal alətlər üzrə təlimlər və dinamik öyrənmə mühiti.
  • Görülən işlərin nəticəsinə və performansa əsaslanan inkişaf perspektivi.
  • Dinamik, səmimi və nəticəyönümlü komanda ilə işləmək mühiti.
  • Korporativ nömrə şirkət tərəfindən təmin edilir
  • Əyləncəli mühitdə team buildinglər

Əmək şəraiti:

  • 5 günlük iş rejimi;
  • İstirahət günü: Bazar günü.

Vəzifə üzrə əmək haqqı:

  • 1200-1500 Azn

İş yeri:

  • Bakı şəhəri, Əhməd Rəcəbli (Aynalı Plaza)

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

CV‑ni yoxla
Yerləşmə
Bakı, Əməd Rəcəbli (Aynalı Plaza)
Təcrübə
2+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
1 200–1 500 ₼
Yerləşdirilib
29 sentyabr 2026
Dillər
Azerbaijani, English
Son tarix
29 oktyabr 2026
HRX ilə müraciət
3
Baxış
15

Maaş bazarla müqayisədə

Rəqəmsal marketinq mütəxəssisi üzrə bazar adətən 750–1 350 ₼ ödəyir, median — 1 000 ₼.

bu vakansiya · 1 200–1 500 ₼
adətən bu qədər ödəyirlərnadir hallardabu vakansiya

23 açıq vakansiya, 50 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

Rəqəmsal marketinq mütəxəssisi kimi öz maaşını yoxla

Şirkət haqqında

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bu vakansiya haqqında suallar

Bakı şəhəri, Əhməd Rəcəbli (Aynalı Plaza).

5 günlük iş rejimi, istirahət günü bazar günü.

1200-1500 manat arasıdır.

Marketinq sahəsində minimum 2 il, rəqəmsal marketinqdə isə minimum 1 il praktiki təcrübə tələb olunur.

Meta Ads Manager, Google Ads, GA4, Google Tag Manager, Excel və Google Sheets proqramlarında sərbəst işləməlidir.

B2B şəbəkələrdə marketinq təcrübəsi, analitik düşüncə və SEO bilikləri tələb olunur.

Namizədlər CV-lərini qeyd olunan elektron poçt ünvanına göndərməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Rəqəmsal marketinq mütəxəssisi üzrə Bakıda digər açıq elanlar.

Rifah Group
Middle · 2+ ilBakı
800₼

Rəqəmsal marketinq strategiyasını hazırlayır və Meta, Google Ads platformalarında kampaniyalar idarə edir

Digital Marketing StrategyMeta Ads ManagerGoogle AdsGoogle Analytics+5
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Anonim
Bakı
1 000–1 500₼

Digital marketing strategiyasını hazırlayır, Meta Ads və Google Ads ilə təcrübəsi olmalıdır.

Digital Marketing StrategyMeta AdsGoogle AdsTikTok Ads+19
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar
1 200–1 500 ₼
Rəqəmsal marketinq üzrə mütəxəssis
Müraciət et