Şirkətin sosial media hesablarını idarə edir və reklam kampaniyaları qurur, analitika bacarığı tələb olunur.
Vakansiya haqqında
JUNIOR MARKETING & SMM SPECIALIST
Auto Import Baku MMC komandamıza marketinq, sosial media və rəqəmsal reklam istiqamətində işləyəcək, məsuliyyətli, təşəbbüskar və inkişaf etməyə həvəsli Junior Marketing & SMM Specialist axtarırıq.
Bu vəzifə yalnız iş imkanı deyil, marketinq sahəsində özünü inkişaf etdirmək istəyən namizəd üçün real öyrənmə və inkişaf fürsətidir. Namizəd birbaşa Marketing Manager ilə işləyəcək, proseslərin içində olacaq və praktiki biliklərini inkişaf etdirəcək.
VƏZİFƏ ÖHDƏLİKLƏRİ
Instagram, Facebook, TikTok və digər sosial media hesablarının idarə olunması;
Həftəlik və aylıq kontent planlarının hazırlanması;
Post, Reels və Stories üçün kreativ ideyaların hazırlanması;
Kontentin hazırlanması, çəkilməsi və paylaşım prosesinin koordinasiyası;
Sosial media trendlərinin izlənilməsi və şirkətin fəaliyyətinə uyğunlaşdırılması;
Smartfonla keyfiyyətli foto və video çəkilişlərinin həyata keçirilməsi;
Reels və Stories üçün uyğun kadrların çəkilməsi;
Kadr, işıq və kompozisiya üzrə baza biliklərindən istifadə;
Çəkilmiş materialların CapCut və digər alətlərdə ilkin montajının edilməsi;
Canva və digər dizayn alətləri ilə sadə vizualların hazırlanması;
Meta Ads Manager-də reklam kampaniyalarının qurulması və idarə edilməsi;
Targeting və düzgün auditoriya seçiminin həyata keçirilməsi;
Custom Audience və Lookalike Audience üzrə baza/praktiki biliklərdən istifadə;
Kampaniya məqsədlərinin düzgün seçilməsi: Leads, Messages, Traffic, Engagement və s.;
Reklam büdcəsinin monitorinqi və kampaniya nəticələrinin izlənilməsi;
CPM, CPC, CTR, CPL və digər əsas reklam göstəricilərinin təhlili;
Reklam kampaniyalarının ilkin optimizasiyasının aparılması;
Bazar və rəqib analizlərinin aparılması;
Marketinq kampaniyalarının icrasında iştirak;
Yeni marketinq ideyalarının hazırlanması;
Həftəlik və aylıq marketinq hesabatlarının hazırlanması;
Rəhbər tərəfindən verilən tapşırıqların vaxtında və keyfiyyətlə icra olunması.
NAMİZƏDƏ TƏLƏBLƏR
SMM / Digital Marketing sahəsində minimum 6 ay–1 il praktiki təcrübə;
Marketinqin əsas prinsipləri haqqında anlayış;
Instagram, Facebook və TikTok platformalarını yaxşı tanımaq;
Meta Ads Manager ilə real işləmə təcrübəsi;
Targeting və auditoriya seçimi üzrə praktiki bilik;
Reklam kampaniyalarının əsas məqsədləri və KPI-ları haqqında anlayış;
Smartfonla foto və video çəkilişi bacarığı;
Sosial media üçün uyğun kadr və kontent hazırlaya bilmək;
Canva və CapCut ilə işləmə bacarığı;
Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət;
İngilis dili minimum B1 səviyyəsində;
Marketinq və digital terminologiyanı ingilis dilində anlama bacarığı;
Kreativ düşüncə və yeni kontent ideyaları yaratmaq bacarığı;
Trendləri izləmək və onları brendə uyğunlaşdırmaq bacarığı;
Excel / Google Sheets üzrə baza bilikləri;
Analitik düşüncə və problem həll etmə bacarığı;
Məsuliyyətli, operativ və təşkilatçı olmaq;
Deadline-lara riayət etmək;
Təşəbbüskar olmaq və hər tapşırıq üçün rəhbərdən göstəriş gözləməmək;
Komanda ilə düzgün kommunikasiya qurmaq;
Öyrənməyə və inkişaf etməyə açıq olmaq.
ÜSTÜNLÜKLƏR
Photoshop / Illustrator / CorelDRAW;
Google Ads üzrə baza bilikləri;
GA4 və Google Search Console haqqında anlayış;
SEO üzrə baza bilikləri;
CRM sistemləri ilə işləmə təcrübəsi;
Avtomobil və ya e-commerce sektorunda iş təcrübəsi;
Əvvəlki Meta Ads kampaniyalarından real nəticələr və portfolio.
İŞ ŞƏRAİTİ
Vəzifə: Junior Marketing & SMM Specialist
Şirkət: Auto Import Baku MMC
İş rejimi: 11:00 - 18:00
İş yeri: Bakı
- Əmək haqqı: 500 AZN (Əmək haqqı artandır)
Şirkət haqqında
Fərqimiz – etibarımızdır | Geniş seçim və sığortalı çatdırılma | Since 2018 | TikTok & Instagram: @autoimport_baku | Auto Import Baku şirkəti 2018-ci ildə təsis olunmuşdur.
Auto Import Baku MMC — bütün vakansiyalarMüraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Sosial media hesablarını idarə edir və kreativ kontent hazırlamaq bacarığı tələb olunur
Şirkətin sosial media strategiyasını hazırlayır və kontent planını idarə edir, 2-3 il təcrübə tələb olunur.
Sosial media hesablarını idarə edir və reklam kampaniyaları qurmaq üçün kreativ bacarıq tələb olunur.


