Sosial media platformalarında kontent planı hazırlayır və idarəetmə bacarığı tələb olunur
Vakansiya haqqında
"FIRE UNIVERSAL GROUP" MMC komandamıza yaradıcı, məsuliyyətli və sosial media sahəsinə marağı olan SMM Mütəxəssisi axtarır.
Əlavə üstünlüklər
- SMM üzrə portfolio və əvvəlki iş nümunələrinin olması;
- Video montaj bacarığı;
- Foto/video çəkiliş sahəsində təcrübə;
- Reklam kampaniyalarının idarə olunması üzrə bilik;
- Rus və ya ingilis dilini bilməsi.
İş şərtləri
İş qrafiki: Həftədə 5 gün, 09:00–18:00
Əmək haqqı: 600 AZN-dən başlayır
İş yeri: Bakı
Müraciət
Müraciət etmək üçün CV-nizi və varsa portfolio/iş nümunələrinizi təqdim edin.
Qeyd: SMM əməkdaşının işi yalnız ofisdə paylaşım hazırlamaqla məhdudlaşmır. Şirkətin fəaliyyət göstərdiyi obyektlərə gedərək real iş prosesindən foto və video materialların hazırlanması və sosial mediada peşəkar şəkildə təqdim edilməsi vəzifənin əsas hissələrindən biridir.
Vəzifə öhdəlikləri
- Şirkətin sosial media hesablarının idarə olunması;
- Məhsul və xidmətlər haqqında maraqlı və kreativ paylaşımların hazırlanması;
- Məhsulların foto və video çəkilişlərinin həyata keçirilməsi;
- İş gedən obyektlərə gedərək görülən işlərdən foto və video çəkilişlər etmək;
- Obyektlərdə görülən işlərin, quraşdırılan sistemlərin və layihələrin sosial mediada təqdim olunması;
- Instagram, Facebook, TikTok və digər sosial media platformalarında mütəmadi paylaşım;
- Reels və Story formatında kontentlərin hazırlanması;
- Paylaşımlar üçün mətnlərin hazırlanması;
- Sosial media trendlərinin izlənilməsi və şirkətin fəaliyyətinə uyğun tətbiqi;
- Səhifələrin aktivliyinin və vizual görünüşünün daim inkişaf etdirilməsi.
Tələblər
- SMM sahəsində təcrübə arzuolunandır;
- Instagram, Facebook və TikTok platformalarını yaxşı bilmək;
- Canva, CapCut və digər dizayn/video proqramlarından istifadə bacarığı;
- Telefonla keyfiyyətli foto və video çəkilişi bacarığı;
- Kreativ düşüncə və yeni kontent ideyaları vermək bacarığı;
- Azərbaycan dilində düzgün və səlis yazı bacarığı;
- Məsuliyyətli, operativ və işinə ciddi yanaşan olmaq;
- Obyektlərə gedərək çəkilişlər etmək imkanının olması;
- Komanda ilə işləmə bacarığı.
Müraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Instagram və TikTok hesablarını idarə edir, kreativ kontent yaratmaq bacarığı tələb olunur.
Instagram və TikTok səhifələrini idarə edən, kreativ kontent hazırlama bacarığı tələb olunur.
Sosial media hesablarını idarə edir, video və məzmun yaradır, sosial media təcrübəsi tələb olunur.

