Instagram və TikTok səhifələrini idarə edən, kreativ kontent hazırlama bacarığı tələb olunur.
Vakansiya haqqında
Baku Holiday Travel komandası SMM üzrə Mütəxəssis vakansiyası elan edir.
Əgər səyahət hekayələrini ekranda canlandırmaq, trendi tutmaq və hər postun arxasında nəticə görmək sizin güclü tərəfinizdirsə, sizi komandamıza qoşulmağa dəvət edirik.
Vəzifə öhdəlikləri:
- Instagram, TikTok, Facebook, LinkedIn və digər platformaların idarə edilməsi
- Kreativ və satış yönümlü kontent ideyalarının hazırlanması
- Həftəlik və aylıq kontent planının hazırlanması
- Reels, Stories və postların hazırlanması və paylaşılması
- Trend və viral kontentlərin izlənilməsi və tətbiqi
- Foto/video çəkilişlərinin təşkili və kontent istehsalına nəzarət
- Rəqiblərin və bazarın analiz edilməsi
- Sosial media nəticələrinin izlənilməsi və hesabatların hazırlanması
- Marketinq və satış komandası ilə koordinasiyalı işləmək
Namizədə tələblər:
- Ali təhsil (turizm, menecment və ya digər əlaqəli sahələr üzrə təhsil almış namizədlərə üstünlük veriləcək)
- SMM sahəsində minimum 1-2 il iş təcrübəsi
- Azərbaycan dilində səlis yazı və danışıq
- Rus və ingilis dili biliyi üstünlükdür
- Kreativ düşüncə və güclü vizual zövq
- Instagram və TikTok trendlərinə hakimlik
- Canva, CapCut və oxşar proqramlarla işləmək bacarığı
- Güclü kommunikasiya bacarığı
- Komandada işləmək və operativ qərarvermə bacarığı
Biz nə təklif edirik?
- Dinamik və peşəkar iş mühiti
- Turizm sektorunda maraqlı və yaradıcı layihələr üzərində işləmək imkanı
- Peşəkar inkişaf və davamlı öyrənmə imkanları
- Kreativ ideyaların dəstəkləndiyi və qiymətləndirildiyi komanda mühiti
Tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində “SMM üzrə Mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Şirkət haqqında
Baku Holiday Travel 2013-cü ildən etibarən beynəlxalq və daxili turizm xidmətləri sahəsində fəaliyyət göstərən dinamik və inkişaf yönümlü turizm şirkətidir.
Baku Holiday Travel — bütün vakansiyalarMüraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Sosial media platformalarında kontent planı hazırlayır və reklam kampaniyalarını idarə edir, minimum 1-2 il təcrübə tələb olunur.
Sosial media hesablarını idarə edir, reklam kampaniyaları qurur və SMM sahəsində təcrübə tələb olunur.
Sosial media hesablarını idarə edir və video kontent hazırlamaq üçün SMM və video montaj bacarığı tələb olunur.


