Sosial media marketinq (SMM) mütəxəssisi

PEAKPİN MMC

Vakansiya haqqında

PeakPin — Yeni fəaliyyətə başlayan geolokasiya əsaslı mobil platformadır: ətrafdakı insanlar, məkanlar və fürsətlər bir xəritədə. Tətbiq yayımlanır, brend sıfırdan qurulur. PEAKPİN MMC-nin Marketinq və Brend şöbəsinə SMM mütəxəssisi axtarırıq — səhifələri sıfırdan quran və böyüdən mütəxəssis.

NƏ EDƏCƏKSİNİZ

  • Instagram, TikTok və Facebook hesablarını sıfırdan qurmaq və böyütmək
  • Aylıq kontent planı hazırlamaq: post, story, reels
  • Tətbiqin funksiyalarını (ad günü bildirişləri, pik anlar, fürsətlər, PinBox, Kampaniya, Tədbir və s.) sadə və cəlbedici dildə göstərmək
  • Reels çəkmək və montaj etmək — məkanlarda və ofisdə
  • Bakı məkanları ilə birgə paylaşımlar və mini-kampaniyalar təşkil etmək
  • Şərh və mesajlara cavab vermək, icma qurmaq
  • Hədəfli reklam kampanyalarını qurmaq və nəticələri həftəlik hesabat kimi təqdim etmək

TƏLƏBLƏR

  • SMM sahəsində ən azı 1 il təcrübə — apardığınız səhifələri göstərə bilməlisiniz
  • Reels/TikTok formatını bilmək, mobil montaj (CapCut və ya bənzəri)
  • Canva və ya bənzər dizayn aləti
  • Azərbaycan dilində səlis və səhvsiz yazı; rus dili üstünlükdür
  • Meta Ads Manager ilə iş təcrübəsi üstünlükdür
  • Startap ritminə uyğunluq: sürətli sınaq, sürətli düzəliş

NƏ TƏKLİF EDİRİK

  • Rəsmi əmək müqaviləsi, ƏMAS qeydiyyatı
  • Əmək haqqı: 800+AZN
  • Brendi sıfırdan qurmaq imkanı — hər şey sizin əlinizlə başlayır
  • Birbaşa direktorla iş, uzun təsdiq zənciri yoxdur
  • İş qrafiki: B.e–Cümə 09:00–18:00, ofis + məkanlarda çəkilişlər

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Yerləşmə
Bakı
Təcrübə
1+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
800–1 400 ₼
Yerləşdirilib
5 sentyabr 2026
Dillər
Azerbaijani
Son tarix
14 oktyabr 2026

Şirkət haqqında

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

600–800

Sosial media üçün kreativ kontent planı hazırlayır və Meta Ads reklamlarını idarə edir.

Social Media MarketingContent PlanningMeta AdsTrend Analysis+6
Müraciət etAsan müraciətAsan müraciət
Bütün oxşar vakansiyalar

Mövzu üzrə materiallar

Bütün materiallar
800–1 400 ₼
Sosial media marketinq (SMM) mütəxəssisi
Müraciət et