Sosial media hesablarını idarə edir, reklam kampaniyaları qurur və SMM sahəsində təcrübə tələb olunur.
Vakansiya haqqında
Şirkətimiz üçün sosial media sahəsində özünə güvənən, yaradıcı düşünən və gördüyü işlə fərq yarada biləcək Sosial Media Marketinqi Mütəxəssisi axtarırıq.
Vəzifələr
- Şirkətin sosial media hesablarının (Instagram, Facebook, TikTok, LİnkedIn) idarə edilməsi;
- Kontent planının hazırlanması və yeni kontent ideyalarının təqdim olunması;
- Şirkətin veb-səhifələrinə ehtiyac olduqda dəyişikliklərin edilməsi və xəbərlərin yerləşdirilməsi (WordPress üzərindən həyata keçirilir, proses öyrədiləcək);
- Sosial media üçün qısa video formatlarına uyğun ideyaların və Reels ssenarilərinin hazırlanması;
- Məhsullara Birmarket platforması üzərindən stok və digər məlumat dəyişikliklərinin edilməsi (proses öyrədiləcək);
- Meta Ads Manager üzərindən reklamların yerləşdirilməsi, nəticələrin analiz edilməsi və aylıq hesabatların hazırlanması;
- Marketinqlə bağlı kampaniya və təkliflərin rəhbərliyə təqdim edilməsi;
- Marketinq strategiyasının qurulmasına dəstək göstərilməsi;
- B2B müştərilər üçün nəzərdə tutulmuş promo məhsullara nəzarət edilməsi və ehtiyac yarandıqda promo məhsulların sifariş edilməsi.
Tələblər
- Bəy namizəd axtarılır;
- Marketinq və ya əlaqəli ixtisas üzrə ali təhsil və ya bu sahədə təhsil verən etibarlı qurumlardan əldə edilmiş diplomun olması
- Sosial media idarəçiliyi sahəsində minimum 1 il iş təcrübəsi;
- Meta Ads Manager və Meta Business Suite ilə işləmə bacarığı;
- Dəqiq, məsuliyyətli və hesabatlı iş prinsipi;
- Deadline uyğun şəkildə dizaynerlə brief verilməsi;
- Yaradıcı və müştəri yönümlü düşüncə tərzi;
- Avtomobil sektoruna marağın və ya bu sahədə anlayışının olması üstünlükdür;;
- Sosial media paylaşımları və reklamlar üçün kreativ və düzgün mətnlər yaza bilmək;
- Azərbaycan dilində səlis yazı və kommunikasiya bacarığı.
- Süni intellekt alətlərindən düzgün və səmərəli istifadə
İş şəraiti
- Həftədə 5 iş günü, 2 gün istirahət;
- Ofisdaxili iş – Bakıxanov;
- Bəzi hallarda çəkilişlər üçün əməkdaşlıq etdiyimiz məntəqələrə səfər;
- Karyera yüksəlişi üçün şəffaf və dəstəkləyici iş mühiti;
- Əmək haqqı – namizədin bilik və bacarıqlarına əsasən müəyyən edilir.
Əgər öz ideyalarına güvənirsənsə, sosial medianı yaxşı anlayırsansa və gördüyün işlə real nəticə yaratmaq istəyirsənsə, CV-ni və Portfolionu və ya idarə etdiyiniz səhifələri qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu hissəsinə “SMM Mütəxəsisi” yazaraq göndərə bilərsən.
Şirkət haqqında
ARG Group, müştərilərinə keyfiyyətli məhsullar və innovativ həllər təqdim etməyə yönəlmişdir. 2018-ci ildən fəaliyyət göstərən şirkət, sürtkü yağları,avtomobil təkərləri və avtomobil ətirləri üzrə geniş çeşidə malikdir.
ARG Group MMC — bütün vakansiyalarMüraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Sosial media hesablarını idarə edir və reklam kampaniyaları qurmaq üçün kreativ bacarıq tələb olunur.
Sosial media üçün kontent planı hazırlayır, Meta Ads Manager-də reklam kampaniyalarını idarə edir.
Instagram və TikTok hesablarını idarə edir, kreativ kontent yaratmaq bacarığı tələb olunur.



