Sosial media və məzmun planlamasını idarə edir, SMM və kontent yaradılması üzrə təcrübə tələb olunur.
Vakansiya haqqında
Biz komandamıza sosial media hesablarımızı idarə edəcək, vizual və video kontentlər hazırlaya biləcək təcrübəli SMM Mütəxəssisi axtarırıq!
Namizədə dair tələblər:
- İş təcrübəsi: SMM və kontent yaradılması sahəsində ən azı 1 il iş təcrübəsi
- Portfolio: Əvvəlki işləri (hazırladığı postlar, viderolar, dizaynlar və ya idarə etdiyi səhifələr) əks etdirən portfolio təqdim olunmalıdır
- Mobil çəkiliş və video montaj: Səhifələr üçün Reels, TikTok və çarxların çəkilişini aparmaq, CapCut, InShot və ya digər mobil/peşəkar proqramlarda yüksək keyfiyyətli montaj etmək bacarığı
- Qrafik dizayn: Sosial media postları və carousellər üçün Photoshop, Illustrator və ya Canva proqramlarında sərbəst dizayn hazırlamaq qabiliyyəti
- Kopyraytinq: Maraqlı, savadlı və hədəf auditoriyaya uyğun mətnlər yaza bilmək
- Vizual zövq, trendləri yaxından izləmə və kreativ yanaşma
Əsas öhdəliklər:
- Aylıq SMM strategiyasının və kontent planının hazırlanması
- Foto və video çəkilişlərin təşkili, çəkilməsi və montaj olunması
- Statik və dinamik (statik post, carousel, story, Reels) vizualların və dizaynların hazırlanması
- Paylaşımların vaxtında edilməsi və hesabların aktivliyinin saxlanılması
- Trendlərin izlənilməsi və uyğun ideyaların tətbiqi
Maraqlanan namizədlər öz CV-lərini və Portfoliolarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “SMM” qeyd edərək göndərə bilərsiniz.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Sosial media meneceri üzrə bazar adətən 500–800 ₼ ödəyir, median — 700 ₼.
18 açıq vakansiya, 47 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Sosial media meneceri kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakıdadır.
SMM və kontent yaradılması sahəsində ən azı 1 il iş təcrübəsi tələb olunur.
CapCut, InShot, Photoshop, Illustrator və ya Canva proqramlarında işləmə bacarığı tələb olunur.
CV və portfolio göndərilməlidir, portfolio əvvəlki işləri əks etdirməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçMüraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarSosial media meneceri üzrə Bakıda digər açıq elanlar.
Sosial media hesablarını idarə edir, kontent strategiyası qurur və 2-3 il təcrübə tələb olunur
Instagram və Meta Ads idarə edir, video çəkir və montaj edir, AI alətlərindən istifadə edir.
Instagram və TikTok hesablarını idarə edir, kreativ kontent yaratmaq bacarığı tələb olunur.



