Sosial media və məzmun planlamasını idarə edir, SMM və kontent yaradılması üzrə təcrübə tələb olunur.
Vakansiya haqqında
Mebel və elektronika sahəsində keyfiyyətli məhsulları və fərqli xidməti ilə seçilən mağazalar şəbəkəmiz üçün sosial media hesablarımızı (Instagram, Facebook, TikTok) canlandıracaq, yaradıcı ideyaları ilə brendimizi trendə çevirəcək dinamik və həvəsli "SMM Menecer" axtarırıq!
Əsas Öhdəliklər:
- Mebel və elektronika məhsullarının satış hədəflərinə uyğun, auditoriyanı hərəkətə keçirən aylıq kontent və kommunikasiya strategiyasının qurulması;
- Mağaza daxilində məhsulların preminum və cəlbedici görünməsi üçün mobil çəkilişlərin (Reels, TikTok, Shorts) kadr, işıq və konsepsiya baxımından mükəmməl şəkildə təşkil edilməsi;
- Çəkilən materialların müasir montaj dinamikasına (CapCut, Premiere və s.) və trendlərə uyğun, sıxıcı olmayan formatda işlənməsinə nəzarət etməsi;
- Sosial media postları üçün "satın alma istəyi" oyadan, qrammatik cəhətdən qüsursuz və maraqlı mətnlərin (copywriting) yazılması;
- Səhifələrin organik böyümə dinamikasını, əhatə dairəsini və interaksiyaları analiz edərək, strategiyanı dataya əsasən davamlı inkişaf etdirmək;
- Kampaniyaların və xüsusi günlərin təqdimatı üçün dizayner və rəqəmsal reklam (Performance) mütəxəssisi ilə koordinasiyalı çalışmaq.
Namizədə aid tələblər:
- SMM sahəsində minimum 2-3 il iş təcrübəsi (Premium retail, mebel, interyer və ya elektronika sahəsində keysləri olanlara üstünlük verilir);
- Yüksək vizual zövq və estetik baxış açısı (Kadrı, rəngi, işığı və kompozisiyanı hiss edən);
- Sosial media alqoritmlərini (Instagram, TikTok) dərindən bilən və trend dəyişikliklərinə dərhal adaptasiya olan;
- Azərbaycan dilində mükəmməl, zəngin və hədəf kütləsinə xitab edən yazı qabiliyyəti;
- Vaxtın idarə edilməsi bacarığı, məsuliyyətlilik və detallara qarşı həssaslıq;
- Təzyiq altında işləmək yox, işini sevərək yaradıcı həllər istehsal etmək vizyonu.
Biz nə təklif edirik? (İş Şəraiti):
- İş qrafiki: Həftədə 6 gün (İşin gedişatına və çəkiliş planına uyğun olaraq çevik qrafik imkanı);
- Əmək haqqı: 600 AZN + Səhifənin böyüməsi və satış KPI-larına əsaslanan performans bonusları (Məbləğ namizədin peşəkarlığına əsasən müsahibədə təyin olunacaq);
- Fikir və ideyalarınıza dəyər verilən, bürokratiyadan uzaq, dinamik və yaradıcı iş mühiti;
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmiləşdirilmə;
- Ünvan: Bakı, Yasamal r/n, İnşaatçılar m/s, Üç tac binası
CV-lər Azərbaycan dilində olmasını xahiş edirik.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
Sosial media meneceri üzrə bazar adətən 500–800 ₼ ödəyir, median — 700 ₼.
18 açıq vakansiya, 47 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Sosial media meneceri kimi öz maaşını yoxlaŞirkət haqqında
1994-cü ildən faəliyyət göstərən, müştərilərinə mebel və ev avadanlıqları satışı ilə məşğul olan yerli şirkət. Məqsədimiz qarşıdakı 3 il ərzində müasir standartlara uyğun korporativ şirkət qurmaq və bu yeni inkişaf strategiyası…
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı, Yasamal rayonu, İnşaatçılar metrosu yaxınlığında Üç tac binasıdır.
Həftədə 6 gün işlənir, işin gedişatına uyğun çevik qrafik imkanı var.
Əmək haqqı 600 manatdır, performans bonusları əlavə olunur.
CV Azərbaycan dilində olmalıdır. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçMinimum 2-3 il iş təcrübəsi tələb olunur.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarSosial media meneceri üzrə Bakıda digər açıq elanlar.
Sosial media hesablarını idarə edir, kontent yaradır və video montaj bacarığı tələb olunur.
Sosial media üçün kontent hazırlayır və koordinasiya edir, ən azı 2 il təcrübə tələb olunur.
Instagram səhifəsini idarə edir, reklamlar hazırlayır və satış təcrübəsi tələb olunur.




