Mağazada və onlayn satışları idarə edir, SMM və foto-video bacarıqları tələb olunur
Vakansiya haqqında
Supertoys komandamıza kreativ, dinamik və sosial media trendlərini yaxından izləyən SMM mütəxəssisi axtarırıq!
Namizədin əsas işi sosial media platformaları üçün video kontentlərin çəkilməsi, montajı və canlı yayımların təşkili olacaq.
Vəzifə öhdəlikləri
- TikTok və Instagram platformaları üçün video kontentlərin çəkilməsi və montaj edilməsi;
- Reels, TikTok və Stories formatında kreativ videoların hazırlanması;
- Məhsulların, kampaniyaların və mağaza fəaliyyətinin video vasitəsilə təqdim edilməsi;
- TikTok və Instagram hesablarında canlı yayımların (LIVE) açılması və idarə edilməsi;
- Canlı yayımlar zamanı məhsulların təqdimatı, izləyicilərlə ünsiyyət və aktivliyin təmin edilməsi;
- Sosial media trendlərini izləmək və onları brendə uyğun kontentə çevirmək;
- Çəkiliş prosesində yaradıcı ideyalar irəli sürmək və ssenarilərin hazırlanmasında iştirak etmək;
- Hazırlanan kontentlərin vaxtında və müəyyən edilmiş plana uyğun paylaşılmasını təmin etmək.
Namizədə tələblər
- Sosial media platformalarının, xüsusilə TikTok və Instagram-ın iş prinsipini bilmək;
- Telefon və ya kamera ilə keyfiyyətli video çəkilişi bacarığı;
- CapCut və ya digər montaj proqramlarında işləmək bacarığı;
- TikTok və Instagram LIVE funksiyalarından istifadə təcrübəsi;
- Kamera qarşısında sərbəst olmaq və canlı yayımları idarə etmək bacarığı;
- Kreativ düşüncə və trendləri düzgün qiymətləndirmək qabiliyyəti;
- Ünsiyyətcil, təşəbbüskar və məsuliyyətli olmaq;
- Komanda ilə işləmək bacarığı.
İş şəraiti
- İş qrafiki: 6 günlük iş həftəsi;
- İş yeri: Bakı;
- Əməkhaqqı: Müsahibə əsasında müəyyən edilir;
- Dinamik və yaradıcı komandada işləmək imkanı.
Əgər video çəkməyi, montaj etməyi və canlı yayımlarda auditoriya ilə ünsiyyət qurmağı bacarırsansa, Supertoys komandasında səni gözləyirik!
Mobiloqrafiya və ya SMM kursunu bitirib lakin təcrübəsi olmayan namizədlər də müraciət edə bilər.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Müraciət üçün CV və varsa, çəkdiyin və montaj etdiyin video nümunələrini göndər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Sosial media meneceri üzrə bazar adətən 550–800 ₼ ödəyir, median — 700 ₼.
26 açıq vakansiya, 60 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Sosial media meneceri kimi öz maaşını yoxlaŞirkət haqqında
SuperToys.az oyuncaq mağazalar şəbəkəsi hər yaşda olan uşaqlar üçün müxtəlif cür oyuncaqlar və əyləncə vasitələrinin satışını həyata keçirir.
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhəridir.
İş həftədə 6 gündür.
Əməkhaqqı müsahibə əsasında müəyyən edilir.
Namizəd CV və varsa video nümunələrini göndərməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçTikTok və Instagram platformalarının iş prinsipini bilməlidir.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarSosial media meneceri üzrə Bakıda digər açıq elanlar.
Sosial media platformalarını idarə edir və kreativ kontent hazırlamaq bacarığı tələb olunur
Sosial media platformalarında kontent yaradır və reklam kampaniyalarını idarə edir, 1.5 il təcrübə tələb olunur.
Instagram, TikTok və Facebook səhifələrini idarə edir, kreativ kontent hazırlamaq bacarığı tələb olunur



