Şirkətin sosial şəbəkələrini idarə edir, SMM sahəsində 2 il təcrübəsi var.
Vakansiya haqqında
LEGNO şirkəti komandasına satış yönümlü, kreativ və təqdimat bacarığı yüksək olan SMM & Brend Təmsilçisi axtarır!
Biz sadəcə sosial media səhifələrini idarə edən deyil, brendimizi auditoriyaya sevdirən, məhsullarımızı peşəkar şəkildə təqdim edən və sosial media fəaliyyətini real satış nəticələrinə çevirə bilən komanda üzvü axtarırıq.
-
Biz nə təklif edirik?
Premium mebel və interyer layihələri üzərində işləmək imkanı; - Kreativ ideyaları reallaşdırmaq üçün peşəkar iş mühiti;
- Brendin inkişafında birbaşa iştirak;
- Karyera və peşəkar inkişaf perspektivi;
- Rəqabətədavamlı əməkhaqqı və nəticəyə əsaslanan bonus sistemi.
Bizim üçün əsas göstərici izləyici sayı deyil, yaradılan marağın real müştəri müraciətlərinə və satışlara çevrilməsidir.
Müraciət üçün: CV-nizi, portfolionuzu və kamera qarşısında təqdimat nümunələrinizi bizə göndərin.
Vəzifə öhdəlikləri
- Şirkətin sosial media strategiyasını satış hədəflərinə uyğun qurmaq və həyata keçirmək;
- LEGNO brendinin sosial mediada əsas simalarından biri kimi çıxış etmək;
- Kamera qarşısında məhsul, layihə və xidmətlərimizi peşəkar, inandırıcı və maraqlı formada təqdim etmək;
- Instagram, TikTok və digər platformalar üçün kreativ Reels, video və reklam konseptləri hazırlamaq;
- Mebel və interyer layihələrinin təqdimatlarını təşkil etmək, çəkilişlərdə aktiv iştirak etmək;
- Potensial müştərilərin diqqətini cəlb edən və satış müraciətlərini artıran kontent hazırlamaq;
- Reklam kampaniyaları üçün kreativ ideyalar, ssenarilər və satış mesajları hazırlamaq;
- Satış komandası ilə koordinasiyalı işləyərək müraciətlərin keyfiyyətini və sayını artırmaq;
- Sosial media fəaliyyətinin nəticələrini analiz etmək və inkişaf təklifləri vermək.
Tələblər
- SMM, rəqəmsal marketinq və ya kontent yaradılması sahəsində minimum 3 il təcrübə;
- Satış və marketinq düşüncəsinin yüksək olması;
- Kamera qarşısında sərbəst, enerjili və özünəinamlı çıxış bacarığı;
- Güclü nitq qabiliyyəti, düzgün diksiya və təqdimat mədəniyyəti;
- Kreativ düşüncə və fərqli kontent ideyaları yaratmaq bacarığı;
- Premium brendlərin kommunikasiya üslubunu anlamaq;
- Instagram və TikTok alqoritmləri, reklam və kontent trendləri haqqında biliklər;
- Məhsulun üstünlüklərini müştəri üçün dəyərə və satış arqumentinə çevirmək bacarığı;
- Mebel, memarlıq, interyer dizaynı və lüks seqmentə maraq;
- Məsuliyyətli, təşəbbüskar və nəticəyönümlü yanaşma.
-
Üstünlük veriləcək bacarıqlar
Daha əvvəl brend siması və ya videoaparıcı kimi fəaliyyət; - Meta Ads reklam kampaniyaları ilə iş təcrübəsi;
- Satış yönümlü video ssenarilərinin hazırlanması;
- Premium məhsul və xidmətlərin marketinqi üzrə təcrübə;
- İngilis və ya rus dili biliyi.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
Sosial media meneceri üzrə bazar adətən 500–800 ₼ ödəyir, median — 700 ₼.
33 açıq vakansiya, 59 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Sosial media meneceri kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakıda yerləşir.
SMM, rəqəmsal marketinq və ya kontent yaradılması sahəsində minimum 3 il təcrübə tələb olunur.
Əməkhaqqı 2000–5500 manat aralığındadır.
İş saatları və iş günləri barədə məlumat verilməyib.
CV-nizi, portfolionuzu və kamera qarşısında təqdimat nümunələrinizi e-mail vasitəsilə göndərin. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarSosial media meneceri üzrə Bakıda digər açıq elanlar.
Sosial media strategiyasını planlaşdırır, məzmun yaradır və performans analizini aparır.
Sosial media hesablarını idarə edir, kreativ dizayn və video hazırlamaq bacarığı tələb olunur.
Sosial media hesablarını idarə edir, kontent yaradır və sosial media trendlərini izləyir.




