Vakansiya haqqında

Vəzifənin məqsədi şirkətin və brendlərinin sosial media kommunikasiyasının və kontent fəaliyyətinin planlı, ardıcıl və keyfiyyətli icrasını təmin etməkdir.

Əsas vəzifə öhdəlikləri

  • Şirkətin və brendlərinin sosial media hesabları üçün aylıq kontent planı hazırlamaq, təsdiqlənmiş plan üzrə paylaşımların vaxtında yayımlanmasını təmin etmək.
  • Sosial media postları, karusel, story və qısa videolar üçün ideyalar, mətnlər və ssenarilər hazırlamaq.
  • Zeytun və Pharmastore səhifələri üzrə həm biznes tərəfdaşlarına, həm də son istehlakçılara uyğun məzmun hazırlamaq, brendin ünsiyyət üslubunu qorumaq.
  • Kampaniyalar, məhsullar, aptek açılışları, tədbirlər və əməkdaşlıqlar barədə kontent hazırlamaq, məlumatları aidiyyəti əməkdaşlarla dəqiqləşdirmək.
  • Dizaynerlərə və çəkiliş komandasına aydın tapşırıqlar vermək, foto və video çəkilişlərinin hazırlanmasında və koordinasiyasında iştirak etmək.
  • Sayt, mobil tətbiq, SMS və digər kommunikasiya kanalları üçün mətnlər hazırlamaq, onların kampaniya mesajları ilə uyğunluğunu təmin etmək.
  • Paylaşımların dil, yazı və məzmun düzgünlüyünü yoxlamaq, məhsul və sağlamlıqla bağlı məlumatları yayımdan əvvəl aidiyyəti mütəxəssislərlə razılaşdırmaq.
  • Sosial media şərh və mesajlarını izləmək, təsdiqlənmiş cavablar əsasında kommunikasiya aparmaq, sorğuları aidiyyəti əməkdaşlara yönləndirmək.
  • Sosial media trendlərini və rəqiblərin fəaliyyətini izləmək, auditoriyaya uyğun yeni kontent formatları təklif etmək.
  • Əhatə, baxış, qarşılıqlı əlaqə və izləyici dinamikasını təhlil etmək, aylıq hesabatlar və kontentin təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq.
  • Meta Ads Manager vasitəsilə Facebook və Instagram reklam kampaniyalarını planlaşdırmaq, qurmaq və idarə etmək, təsdiqlənmiş büdcə çərçivəsində auditoriya seçimi və nəticələrə əsasən optimallaşdırma aparmaq.
  • Rəqəmsal marketinq, brend, PR və satış üzrə əməkdaşlarla koordinasiyalı işləmək, reklam kampaniyaları üçün məzmun hazırlanmasına dəstək vermək.
  • Rəhbərlik tərəfindən vəzifə funksiyalarına uyğun verilən digər tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.

İş şəraiti

  • İş yeri – BEGOC Biznes Mərkəzi (ünvan: Bakı, Zərifə Əliyeva küç., 93).
  • Tibbi sığorta və nahar.
  • Peşəkar təlim və inkişaf imkanları.
  • Karyera yüksəlişi üçün şəffaf və dəstəkləyici mühit.

Namizədə tələblər

  • Ali təhsil (marketinq, kommunikasiya, jurnalistika, biznesin idarə edilməsi və ya digər müvafiq sahələr üzrə).
  • SMM, kontent hazırlanması və ya kopiraytinq sahəsində minimum 2 il iş təcrübəsi.
  • Sosial media hesablarının idarə olunması, kontent planlarının və müxtəlif formatlı məzmunun hazırlanması üzrə praktiki təcrübə.
  • Azərbaycan dilində səlis və qrammatik cəhətdən düzgün yazmaq, ingilis dilini yaxşı səviyyədə bilmək. Rus dili biliyi üstünlükdür.
  • Meta Ads Manager və Meta Business Suite ilə işləmək; Facebook və Instagram reklamlarının qurulması, auditoriya seçimi, büdcənin idarə edilməsi və nəticələrin təhlili üzrə praktiki təcrübə.
  • Canva, CapCut və ya oxşar alətlərlə sadə vizual və qısa video hazırlamaq bacarığı üstünlük hesab olunur.
  • MS Office və Google Workspace alətləri ilə işləmək, hesabat və təqdimatlar hazırlamaq bacarığı.
  • Əczaçılıq, sağlamlıq, kosmetika və ya pərakəndə satış sahəsində kontent təcrübəsi üstünlük hesab olunur.
  • Yaradıcı düşüncə, auditoriyaya uyğun mətn yazmaq, planlaşdırma və analitik təhlil bacarıqları.
  • Məsuliyyətli, detallara diqqətli və operativ olmaq, komanda ilə işləmək və son tarixlərə riayət etmək.

Vakansiya növü - Tam ştat

Qeyd olunmuş tələblərə cavab verən şəxslər CV-lərini mövzu hissəsində “SMM və kontent üzrə mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Hazırlanmış mətn və sosial media kontentindən nümunələrin əlavə olunması arzuolunandır.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Bakı, Zərifə 8liyeva küc., 93
Təcrübə
2+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
26 oktyabr 2026
Dillər
Azerbaijani, English, Russian
Son tarix
26 noyabr 2026
HRX ilə müraciət
2
Baxış
72

Maaş bazarla müqayisədə

İşəgötürən məbləği göstərməyib. Sosial media meneceri üzrə bazar adətən 500–850 ₼ ödəyir, median — 775 ₼.

adətən bu qədər ödəyirlərnadir hallarda

35 açıq vakansiya, 59 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

Sosial media meneceri kimi öz maaşını yoxla

Şirkət haqqında

Zeytun Pharmaceuticals
Topdan və pərakəndə satış · 1000 + · Baku
Zeytun Pharmaceuticals — bütün vakansiyalar

Zeytun Pharmaceuticals MMC Azərbaycanın aparıcı əczaçılıq və səhiyyə təchizat şirkətlərindən biridir. Şirkət 2014-cü ildən etibarən fəaliyyət göstərir və dərman vasitələrinin idxalı, distribusiyası, topdansatışı, pərakəndə satışı və aptek…

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

İş yeri Bakı, Zərifə Əliyeva küçəsi, 93 ünvanındadır.

Vakansiya tam ştatdır, iş saatları və günləri barədə məlumat verilməyib.

Əməkhaqqı barədə məlumat verilməyib.

Ali təhsil marketinq, kommunikasiya, jurnalistika və ya biznesin idarə edilməsi sahələrindən biri olmalıdır.

SMM, kontent hazırlanması və ya kopiraytinq sahəsində minimum 2 il iş təcrübəsi tələb olunur.

Meta Ads Manager, Meta Business Suite, Canva, CapCut, MS Office və Google Workspace proqramları ilə işləmək bacarığı tələb olunur.

CV-lər mövzu hissəsində “SMM və kontent üzrə mütəxəssis” qeyd edilməklə elektron poçt ünvanına göndərilməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Sosial media meneceri üzrə Bakıda digər açıq elanlar.

Maaş göstərilməyib

Sosial media fəaliyyətlərini idarə edir və kontent strategiyası hazırlamaq bacarığı tələb olunur.

Content PlanningCopywritingSocial Media AnalyticsMeta Business Suite+5
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Intermak Group
JuniorBakı
Maaş göstərilməyib

Sosial media hesablarını idarə edir və kontent planlaşdırma bacarığı tələb olunur.

Content PlanningCopywritingCommunity ManagementMeta Business Suite+5
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar
Göstərilməyib
SMM və kontent üzrə mütəxəssis
Müraciət et