Vakansiya haqqında

Yufamo komandamıza sosial media ilə işləməyi sevən, kamera qarşısında rahat olan, ünsiyyətcil və məsuliyyətli əməkdaş axtarır.

Vəzifə öhdəlikləri:

  • Yufamo Academy tələbələrinin suallarını cavablandırmaq və onlara ilkin dəstək göstərmək
  • Instagram və TikTok hesabları üçün kontent ideyaları hazırlamaq
  • Reels, TikTok və digər qısa formatlı videolarda öz üzü ilə iştirak etmək
  • Sosial media üçün video və foto kontentlərin hazırlanmasında iştirak etmək
  • Kontent planına uyğun paylaşımların hazırlanması və yerləşdirilməsi
  • Sponsorlu reklamların yaradılması və idarə olunmasına dəstək göstərmək
  • Aktiv reklam kampaniyalarına nəzarət etmək və əsas göstəriciləri izləmək
  • Sosial media mesajları və müraciətlərinin cavablandırılması
  • Yufamo Academy və Yufamo xidmətlərinin sosial mediada düzgün təqdim olunmasına dəstək vermək

Namizədə tələblər:

  • Instagram və TikTok platformalarını yaxşı tanımaq
  • Kamera qarşısında rahat və sərbəst danışa bilmək
  • Səlis nitq və yaxşı ünsiyyət bacarığı
  • Kontent ideyaları düşünə bilmək və sosial media trendlərini izləmək
  • CapCut, Canva və digər sadə kontent hazırlama proqramlarını bilmək
  • Meta Ads / Instagram reklamları haqqında ümumi anlayışın olması kifayətdir
  • Müştərilərlə və tələbələrlə nəzakətli, səbirli və düzgün kommunikasiya qurmaq
  • Məsuliyyətli, punktual və öyrənməyə açıq olmaq
  • Azərbaycan dilində sərbəst danışmaq və yazmaq

Üstünlükdür:

  • Daha əvvəl SMM, kontent yaradıcılığı, satış və ya müştəri xidmətləri sahəsində təcrübə
  • Şəxsi və ya biznes sosial media hesablarının idarə edilməsində təcrübə
Yerləşmə
Bakı
Təcrübə
Junior
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
21 avqust 2026
Dillər
Azerbaijani

Şirkət haqqında

Yufamo
Social Networking Platforms · 2-10 · Bakı

Rəqəmsal aktivlər qururuq. Davamlı dəyər yaradırıq. | Yufamo rəqəmsal media aktivlərinin qurulması və idarə olunması üzrə fəaliyyət göstərən media şirkətidir.

Yufamo — bütün vakansiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Maaş göstərilməyib

Sosial media hesablarını idarə edir və kontent hazırlama bacarığı tələb olunur.

Content CreationContent PlanningSocial Media AnalyticsCanva+5
Müraciət etAsan müraciətAsan müraciət
PMO Consulting
MiddleBakı
Maaş göstərilməyib

Marketinq fəaliyyətlərini icra etmək və sosial media məzmununu yaratmaq bacarığı tələb olunur.

Visual DesignCanvaMeta AdsContent Creation+6
Müraciət et
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Social media meneceri
Müraciət et